Microsoft Word Axirata Iman doc


Cəhənnəmdən Cənnətə Daxil Olanlar



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə118/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   114   115   116   117   118   119   120   121   ...   127

 
237
Cəhənnəmdən Cənnətə Daxil Olanlar: İmran b. Hüseyn – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
«Mənim  şəfaətim ilə bir qövm Cəhənnəmdən çıxarılıb Cənnətə daxil 
ediləcəkdir. Onlar Cəhənnəmliklər – deyə adlandırılacaqlar»
933
.  İbn 
Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi 
və səlləm - buyurdu: «Mən Cəhənnəm əhlinin Cəhənnəmdən son çıxacaq 
və Cənnət əhlinin Cənnətə son girəcək olanını bilirəm. Bu o kimsədir ki, 
Cəhənnəmdən sürünə-sürünə  çıxar. Allah: «Get Cənnətə gir!» deyə 
buyurar. O, kimsə  Cənnətə yaxınlaşar və ona elə  gəlir ki, cənnət artıq 
dolmuşdur. O: «Ya Rəbb! Mən Cənnəti dolmuş gördüm!» deyər. Allah: 
«Get Cənnətə gir! Dünya qədər və dünyanın on misli qədər yer sənindir» 
deyə buyurar. Qul: «Sən, Aləmlərin Rəbbi olduğun halda mənimlə zarafat 
edirsən (mənə gülürsən)?» deyər. Hədisi rəvayət edən deyir ki: 
«Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – bunu deyərkən arxa dişləri 
görünənə  qədər güldü» dedi. Cənnət  əhlinin  ən aşağı sakini bu 
kimsədir»
934
. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 
sallallahu aleyhi və səlləm - buyurdu: “Mən Cənnət əhlindən Cənnətə ən 
son girəcək olanı, Cəhənnəm  əhlinin oradan ən son çıxacaq olanı 
tanıyıram. Bu o, kimsədir ki, Qiyamət günü gətirilir və ona kiçik günahları 
ərz edilir (göstərilir), böyük günahları isə (göstərilmir). Ona sən filan-filan 
günü bu əməli etdin, filan-filan günü də bu əməli etdi – deyilir. O, da bəli 
deyir. Böyük günahların göstəriləcəyi qorxusu və  sıxıntısı onu kiçikləri 
inkar etməyə gücü çatmır. Etdiyin hər bir pisliyə qarşı  sənə bir həsənə 
vardır. Adam: Ya Rəbbim! Mən başqa günahlarda etmişəm lakin burada 
onları görmürəm” deyər.  Əbu Zərr: “Rəsulullah  - sallallahu aleyhi və 
səlləm – i gördüm ki, gülür. Elə güldüki arxa dişləri göründü” dedi
935
. İbn 
Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi 
və səlləm - buyurdu: “Cənnətə girən son kimsə Sırat üzərində gah yürüyər, 
gah üzüüstə sürünə, gah da atəş üzünü yandırar. (Sıratı) keçdikdən sonra 
dönüb: Məni səndən qurtaran (Allah) mübarək və ucadır. Allah mənə elə 
bir şey ehsan etmişdir ki, nə öncəkilərdən, nə də sonrakılardan heç kimə 
ehsan etməmişdir. Ona bir ağac göstərilir: Ey Rəbbim! Məni bu ağaca 
yaxınlaşdır, kölgəsində kölgələnim, suyundan içim” deyər. Allah: “Ey 
Adəm oğlu! Mən sənə istədiyini versəm məndən başqa  şey istəməzsən”. 
Adam: “Xeyr, Ya Rəbbim! (Allaha and olsun ki, istəmərəm)” deyəcək və 
bundan başqa bir şey istəməyəcəyinə dair Allaha söz verir. Allah onu 
                                                           
933
 Buxari 6566.  
934
 Buxari 6571, 7511, Müslim 314.  
935
 Müslim 190.  


 
238
məzur görür. Çünki o, kimsə  səbr edə bilməyəcəyi bir şeyi görmüşdür. 
Onu ağaca yaxınlaşdırır. O, da ağacın kölgəsində kölgələnir və suyundan 
içir. Sonra ona birincidən daha gözəl bir ağac göstərilir və bu kimsə: “Ya 
Rəbbim! Məni bu ağaca yaxınlaşdır. Kölgəsində kölgələnim və suyundan 
içim. Bundan başqa səndən bir şey istəməyəcəyəm” deyər. Allah: “Ey 
Adəm oğlu! Məndən başqa bir şey istəməyəcəyinə söz vermədinmi? Səni 
bu ağaca yaxınlaşdırsam başqa şey də istəyəcəksən Məndən” deyər. Adam 
başqa bir istəməyəcəyinə dair Allaha söz verir. Allah onu məzur görür. 
Çünki o, kimsə  səbr edə bilməyəcəyi bir şeyi görmüşdür. Onu ağaca 
yaxınlaşdırır. O, da ağacın kölgəsində kölgələnir və suyundan içir. Sonra 
Cənnət qapısının yanında ona əvvəlkindən daha gözəl bir ağac göstərilir o: 
“Ya Rəbbim! Məni bu ağaca yaxınlaşdır. Kölgəsində kölgələnim və 
suyundan içim. (Əmin olun) Bundan başqa Səndən bir şey 
istəməyəcəyəm” deyər. Allah: “Ey Adəm oğlu! Məndən başqa bir şey 
istəməyəcəyinə söz vermədinmi?”. Adam: “Bəli, Ya Rəbbim! Lakin bu ən 
axırıncı istək olsun. Səndən başqasını istəmərəm” deyəcək. Allah onu 
yenə  də  məzur görür. Çünki o, kimsə  səbr edə bilməyəcəyi bir şeyi 
görmüşdür. Buna görə  də Allah onu ağaca yaxınlaşdırır. (Bu dəfə) 
Cənnətliklərin səsini eşidir: “Ya Rəbbim! Məni ora sal” deyər. Allah: “Ey 
Adəm oğlu! Məndən nə istəyirsən? Sənə bir dünya və onun mislini 
versəm razı olarsanmı?” deyə buyurar. Adam: “Ya Rəbbim! Sən aləmlərin 
Rəbbi olduğun halda mənimlə zarafatmı edirsın?” deyər. Bu vaxt İbn 
Məsud – radıyallahu anhu – gülməyə başladı. Orada olanlar səbəbini 
soruşduqda o: “Rəsulullah - sallallahu aleyhi və səlləm – belə gülmüşdü 
və  səhabələr: “Nə üçün gülürsən Ya Rəsulullah!” dedikdə o: “Bu adam: 
Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mənimlə zarafatmı 
edirsın?” dediyi zaman Rəbbul Aləmin güldüyü üçün gülürəm” deyə 
buyurdu. Allah: “Mən səninlə zarafat etmirəm, lakin mən dilədiyimi 
etməyə qadirəm” deyə buyurdu
936
. Əbu Səid əl-Xudri - radıyallahu anhu 
–  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«…Allah öz qulları üzərində haqq-hesabı çəkib bitirdikdən sonra Cənnət 
ilə  Cəhənnəm arasında bir nəfər qalır. Bu kimsə  Cənnətə girən  ən son 
Cəhənnəmlik olacaqdır. (Başqa rəvayətdə: «Bu kimsə  Cənnət  əhlinin 
Cənnətə  ən son girəni olacaqdır»). Onun üzü Cəhənnəmə  tərəf yönəlmiş 
olacaqdır. O, kimsə: «Ya Rəbbim! Üzümü Cəhənnəmdən çevir onun isti 
küləyi (qoxusu) məni zəhərləyib öldürür, atəşi isə məni yandırır». Allah: 
«Əgər sənin istədiyin yerinə yetsə bundan sonra məndən başqa bir şey 
istəyəcəksənmi?» deyə buyurur. O, kimsə: «İzzətinə and olsun ki, xeyr!» 
                                                           
936
 Müslim 187.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə