Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə121/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   117   118   119   120   121   122   123   124   ...   127

 
243
Kimlər üçün şəfaət ediləcəyinə isə, Uca Allah bizlərə ancaq Allahın 
razı olduğu kimsələr üçün şəfaət ediləcəyini də  xəbər vermişdir.  «Allah 
onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı 
olduğu kəslərdən ötrü şəfaət edə bilər və onu heybətindən qorxarlar». 
(əl-Ənbiya 28). «O, gün izn verdiyi və söz danışmağa razı olduğu 
kəslərdən başqa heç kimin şəfaəti fayda verməz». (Ta ha 109).  
Bütün bu ayələrdən bəlli oldu ki, şəfaət yalnız Allahın söz və 
əməlindən razı olduğu kimsələrə izn verdikdən sonra və Allahın razı 
olduğu kimsələrə ediləcəkdir. Bundan qeyri olan şəfaət isə müşriklərin 
(yəni Allahdan qeyrisinə ibadət edənlərin) bütləri, tanrıları haqqında 
inandıqları  şirk olan şəfaətdir. Çünki onlara görə Allahın izni və rizası 
olmadan onların bütləri onlara şəfaət edəcəklər. Allah bu cür şəfaət 
istəyənlər haqqında buyurur: «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, 
nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında 
bizdən ötrü şəfaət edənlərdir» deyirlər. De ki: «Allaha göylərdə və yerdə 
(özünə  şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə  şərik 
qoşulan bütlərdən uzaqdır və ucadır».  (Yunus 18). «Çünki biz sizi (siz 
bütləri) aləmlərin Rəbbi ilə  bərabər tutduq. Bizi yalnız günahkarlar 
azdırdı.  İndi artıq nə  şəfaət edən kimsələrmiz, nə  də bir mehriban 
dostumuz var! Kaş bir də  (dünyaya)  dönə biləydik, möminlərdən 
olardıq».  (əş-Şuəra 98-102). «(Ya Peyğəmbər!) Onları urəklərin ağıza 
gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə  (qiyamət günü ilə) 
qorxut. (O, gün) zalimlərin nə bir dostu, nə  də bir şəfaətçisi olar». (əl-
Mumin 18). «Şəfaət edənlərin  şəfaəti onlara fayda verməz».  (əl-
Muddəssir 48). «Qorxun elə bir gündən ki, o gün heç kəs heç kəsin işinə 
yarıya bilməz, heç kəsdən  (gördüyü pis işlər müqabilində)  əvəz  (fidyə) 
qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas 
olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz».  (əl-
Bəqərə 123). «Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları 
Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və 
həvadarı yoxdur. Bəlkə  də onlar pis əməllrdən çəkinsinlər».  (əl-Ənam 
51).  «(Allaha qoşduqları)  şəriklərindən onlar üçün şəfaət edəcək 
kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər». (ər-Rum 13).  
Allahın izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta 
şəfaət edən peyğəmbər də olsa belə ondan qəbul olunmaz. Allah Qurani 
Kərimdə üç Peyğəmbəri xatırladaraq buyurur ki, onların  şəfaəti,  şəfaət 
etdikləri insanlara heç bir fayda verməmişdir. Allah onların şəfaətini qəbul 
etməmişdir, çünki buna onun izni və razılığı olmamışdır. «Nuh Rəbbinə 
(dua ilə) müraciət edib dedi: «Ey Rəbbim! Oğlum  (Kənan)  mənim ailə 


 
244
üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən hakimlərin 
hakimisən». Allah buyurdu: «O, sənin ailəndən deyildir. Çünki o (küfr 
etməklə) pis bir iş görmüşdür.  (Və ya sənin məndən onu xilas etmək 
xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə 
cahillərdən olmamağı nəsihət edirəm». (Hud 45-46). İbrahim öz atasına: 
«Mən  (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən 
heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim 
bacardığım yalnız budur) deməsi istisnadır».  (əl-Mumtəhinə 4). 
Peyğəmbər - sallallahu aleyhi və səlləm – idi ki, müşrik olaraq ölən əmisi 
üçün Allahdan bağışlanma dilədikdə Allah ona bu əməli qadağan edərək 
buyurdu:  «Müşriklərin Cəhənnəmlik olduqları  (müsəlmanlara)  bəlli 
olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə  və iman 
gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113).  
Belə ki, Allah yaratdığı  məxluqlardan  şəfaəti yalnız üç şərtlə  qəbul 
edir. 1)  Şəfaət edəndən Allahın razı olması. 2) Şəfaət olunandan Allahın 
razı olması. 3) Allahın şəfaət edənə şəfaət etmək üçün izn verməsi. Bu üç 
şərtsiz  şəfaət edən istər mələk olsa, istər peyğəmbər olsa belə,  şəfaəti 
qəbul olunmayacaqdır.  
Quran və Sünnə ilə isbat olunan şəfaətin (qiyamət günü) bir neçə növü 
vardır.  
1. Bu ən böyük şəfaət olacaqdır. Bu şəfaət də Peyğəmbər - səllallahu 
aleyhi və  səlləm –  ə  məxsusdur. Allahın ona vəd etmiş olduğu Məqami-
Mahmud da budur. «Ola bilsin ki, Rəbbin səni  (qiyamət günü hamı 
tərəfindən)  bəyənilib təriflənən bir məqama  (axirətdəki  ən böyük şəfaət 
məqamına)  göndərsin».  (əl-İsra 79). Abdullah b. Amr b. əl-As – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Azanı  eşitdikdə müəzzinin ardınca onun dediklərini 
təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə 
Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan mənim üçün vəsiləni 
istəyin. Allah onu istədiyi qullarından birinə verəcəkdir və  mən ümüd 
edirəm ki, o mənəm. Mənim üçün Allahdan bunu istəyəcək olana Qiyamət 
günü mənim onun üçün şəfaət etməyim vacib olar»
956
. Cabir b. Abdullah 
–  radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Mənim  şəfaətim vacib olar o, adama ki, azanı 
eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və  qılınacaq namazın Rəbbi 
olan Allahım Muhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd 
etdiyin tərifə layiq məqama yüksəlt»
957
. Yezid b. Suheyb əl-Fakir rəvayət 
                                                           
956
 Müslim 384.  
957
 Buxari 2/94. Azan bölümü.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə