Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə122/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   119   120   121   122   123   124   125   126   127

 
245
edir ki: “Xəvariclərin fikirlərindən bəziləri içimə  işləmişdi. Həcc etmək
sonra da (dəvət etmək) insanların qarşısına çıxmaq arzusu ilə bir cəmaat 
ilə qola çıxdıq. Mədinəyə çatdıq. Orada Cabir b. Abdullah insanlara hədis 
rəvayət edirdi. Bir ara Cəhənnəmlikləri zikr etdi. Mən: “Ey Peyğəmbərin 
yoldaşı! Sən nə danışırsan. Halbuki Allah: “Ey Rəbbimiz! Sən cəhənnəm 
oduna atdığın  şəxsi,  əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən 
olmaz!”.  (Ali  İmran 192). “Fasiqlərə  gəldikdə isə, onların məskəni 
cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora 
qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun 
əzabını!” – deyiləcəkdir”.  (əs-Səcdə 20).  Buyurur dedim. Cabir: “Sən 
Quran oxuyursan?” deyə soruşdu. Mən: “Bəli” dedim. O, elə isə əvvəlini 
oxu o, kafirlər barəsindədir” dedi və əlavə etdi: “Sən Allahın Muhəmməd 
i dirildəcəyi Məqami Mahmudu eşitdinmi?”. Mən: “Bəli” dedim. O: 
“Muhəmməd  ə  məxsus öyülən Məqami Mahmuddur. Allah o, Məqami 
Mahmud xatirinə  Cəhənnəmdən çıxardıqlarını  çıxaracaq”. Cabir sonra 
Sırat körpüsünün qoyulmasından və üzərindən insanların keçdiyini 
söylədi. Biz: “Bu yaşlının Peyğəmbər haqqında yalan söylədiyinimi zənn 
edirsən?” dedik və  Xəvariclikdən döndük. Xeyr, Allaha and olsun ki, 
bizdən bir nəfərdən başqa heç kəs Xəvariclikdə qalmadı” dedi
958
.  
2. Peyğəmbər  - sallallahu aleyhi və  səlləm –  Cənnətliklərin cənnətə 
girməsi üçün şəfaət edəcəkdir. Yəni onlar Cənnətə girməyi haqq qazanmış 
olmaqla birlikdə, ancaq onun şəfaətindən sonra Cənnətə girmələri üçün 
onlara izn veriləcəkdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 
bir gün Rəsulullah - sallallahu aleyhi və səlləm – ə ət yeməyi gətirildi və 
qol tərəfindən bir parça ayrılıb qabağına qoyuldu. Çünki Rəsulullah  
sallallahu aleyhi və səlləm – ətin bu hissəsini daha çox xoşlayardı. Ondan 
qabaq dişləri ilə bir dişdəm dişlədikdən sonra buyurdu: «Mən qiyamət 
günü bütün insanların seyyidiyəm. Bu nədən belədir bilirsiniz? Dünyada 
gəlib-getmiş  nə  qədər insanlar varsa bunların hamısını Allah qiyamət 
günündə düz və geniş bir sahədə toplayır. Elə düz və geniş bir sahə ki, 
carçı  səslədikdə  səsini hər kəs eşidir və baxan bir kişinin gözü məhşər 
xalqını bir baxışda görə bilir. Günəş insanlara yaxınlaşdırılır. Artıq 
insanları  qəm-qüssə bürüyür. Dəhşətli və  ağır (istiyə) dözməkdə onlarda 
nə güc, nə  də  səbr qalır.  İnsanların bir qismi digərinə: «Bizim başımıza 
gələn bu faciəni görmürsünüz!? Bəlkə bizim bu halımıza Allah yanında 
şəfaət edəcək birisini axtaraq!» deyəcəklər. İnsanların bir qismi: «Adəm – 
əlehissəlam – ın yanına gedək?» deyəcəklər. İnsanlar onun yanına gəlib: 
«Ey Adəm! Sən insanların atasısan. Allah səni  əli ilə yaratdı  və öz 
                                                           
958
 Müslim “İman” 320 (190).  


 
246
ruhundan sənə həyat verdi. Sonra mələklərə əmr etdi, onlar da sənə səcdə 
etdilər. Bizim üçün Rəbbimizdən  şəfaət dilə. Ey atamız! Sən bizim bu 
vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» 
deyəcəklər. Adəm – əlehissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk 
qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir
nə  də bundan sonra belə bir qəzəb edəcəkdir. Allah bu ağacdan yəməyi 
mənə qadağan etmişdir. Mən isə ona asi oldum (artıq sizə  şəfaət edə 
bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən 
başqa bir şəfaətçiyə gedin. Nuh –  əlehissəlam – ın yanına» deyəcəkdir. 
İnsanlar Nuhun yanına gələrək: «Ey Nuh! Sən Allahın insanlara 
göndərdiyi ilk rəsulsan. Allah səni (Quranda) «Çox  şükr edən qul». (əl-
İsra 3) deyə vəsf edir. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu 
vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyə-
cəklər. Nuh –  əlehissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk 
qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, 
nə  də bundan sonra belə bir qəzəb edəcəkdir. Heç şübhəsiz ki, mənə 
(dünya həyatımda Rəbbimə) bir dəfə dua etmək fürsəti verilmişdir. Mən 
də onu öz qövmümün əleyhinə etdim (artıq sizə şəfaət edə bilmərəm, indi 
mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir 
şəfaətçiyə gedin. İbrahim – əlehissəllam – ın yanına» deyəcəkdir. İnsanlar 
İbrahim – əlehissəlam – ın yanına gələrək: «Ey İbrahim! Sən yer üzündə 
Allahın peyğəmbəri və Allahın dostusan. Bizim üçün Rəbbimizdən şəfaət 
dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti 
görmürsən?» deyəcəklər.  İbrahim  –  əlehissəlam – da: «Şübhəsiz ki, 
Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq 
belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O 
ki, qaldı  mənə) Mən üç dəfə yalan danışmışam
959
 (artıq sizə  şəfaət edə 
bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən 
başqa bir şəfaətçiyə gedin. Musa – əlehissəlam – ın yanına» deyəcəkdir. 
İnsanlar Musa – əlehissəlam – ın yanına gələrək: «Ey Musa! Sən Allahın 
peyğəmbərisən. Allah sənə risalətini verməklə  və  səninlə vasitəçisiz 
danışmaqla insanlar üzərində  fəzilətli etdi. Bizim üçün Rəbbimizdən 
şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu 
                                                           
959
 Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – 
buyurdu: «İbrahim – əlehissəlam – bu üç hal müstəsna əsla yalan danışmamışdır. Bu yalanlardan iksi 
Allahın zatı və rizası üçündür. Birinci: «Bütpərəstlərə mən xəstəyəm deməsi, ikincisi isə bütün bütləri 
sındıraraq öz qövmünə: «Bəlkə bu işi bütlərin bu böyüyü edib?!» deməsidir. Üçüncüsü isə İbrahimin 
yanında Sara olduğu halda zalım hökmdarın  ərazisindən keçərkən yoldaşına  əgər səndən kim 
olduğunu soruşarsa de ki, sən mənim bacımsan. Şübhəsiz ki, «Sən mənim İslamda bacımsan». Daha 
geniş məlumat üçün bax: Buxari 1412,1543, Müslim. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə