Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə126/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   119   120   121   122   123   124   125   126   127

 
253
selin gətirdiyi yabanı reyhan toxumları kimi çıxırlar. Görmürsünüz ki, 
yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi) 
necə olur. Günəşə doğru olanı sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə 
açıq olur. (Başqa rəvayətdə «Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, 
Cənnət sularından tökün!» deyiləcəkdir). Cənnət əhalisi onları tanıyır. Heç 
bir yaxşılıq etməmiş, xeyr əməllər işləməmiş halda Allahın Cənnətə 
saldığı kəslər bunlardır. Allah buyurur: «Cənnətə girin! Gözünüzün görə 
bildiyi hər nə varsa sizindir». Onlar: «Ey Rəbbimiz! Sən aləmlərdə heç 
kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl bir 
şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!» Allah buyurur: 
«Mənim rizam! Artıq bundan sonra sizə  əbədiyyən qəzəb 
etməyəcəyəm»
968

7. Peyğəmbər  - səllallahu aleyhi və  səlləm –  Cənnətə girən bir qrup 
insanların  əməllərinin mükafatı olaraq Cənnətdə  dərəcələrinin artırılması 
üçün ediləcək şəfaət. Ənəs b. Məlik, Cabir – radıyallahu anhu – rəvayət 
etdi ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Şəfaətim 
ümmətim arasında böyük günah sahibləri üçündür»
969
. Osman – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Qiyamət günü üç sinif insan şəfaət edəcəkdir: 
«Peyğəmbərlər, alimlər,  şəhidlər və möminlər»
970
.  Əbu Musa əl-Əşari – 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm - buyurdu: “Mən ümmətimin (günahkar olanların) yarısının 
Cənnətə girməsi ilə  şəfaət (sahibi olmağım) arasında sərbəst buraxıldım. 
Mən  şəfaəti tərcih etdim (üstün gördüm). Çünki şəfaət daha geniş  və 
ümmətimin (topdan qurtuluşuna) daha kifayətdir.  Şəfaət siz müttəqilərə 
xasdır, bilirsinizmi?”. Biz: “Xeyr” dedik. O: “Xeyr, o müttəqilər üçün 
deyil, günahkarlar, xətalılar və pis işlərə baş vuran (müsəlmanlar) 
üçündür”
971
.  
Bütün bu şəfaətlərdən başqa Qiyamət günü qulun tutduğu oruc, 
oxuduğu Quran da şəfaət edəcəkdir. Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm – buyurdu: «Oruc və Quran Qiyamət günü qula şəfaət 
edəcəkdir»
972
.  Əbu Umamə – radıyallahu anhu – rəvayət etdi ki, 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Quranı öyrənin, 
                                                           
968
 Müslim.  
969
 Tirmizi  “Qiyamət” 2437, Əbu Davud “Sünnət” 4739, İbn Məcə 4310, İmam  Əhməd «Musnəd» 
3/213. 
970
 Heysəmi «Məcmuu Zəvaid» 10/381.  
971
 İbn Məcə 4301.  
972
 əl-Albani «Səhih Hədislər Silsiləsi» 3882.  


 
254
çünki o, qiyamət günü əhli üçün şəfaətçi olacaqdır»
973
.  ən-Nəvvas b. 
Səman – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Qiyamət günü Quran və ona əməl edənlər 
gətiriləcək.  İrəlidə  əl-Bəqərə  və Ali-İmran surələri gedəcəklər. Oxuyub 
əməl edənlərə şəfaət edəcəklər»
974
. Əli – radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Kim Quran 
oxuyar, onu əzbərləyər, halal saydığını qəbul edər, haram etfdiyi şeyi də 
haram edərsə Allah o, kimsəni Cənnətə salar. Ayrıca Cəhənnəmə 
girmələri əmr edilmiş ailəsindən on kimsəyə şəfaətçi olar»
975

Qiyamət günü baş verəcək hadisələrdən sonra Cənnətliklər Cənnətdə
Cəhənnəmliklər də  Cəhənnəmdə  qərar tutduqdan sonra: İbn Ömər,  Əbu 
Səid – radıyallahu anhum – rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Qiyamət günü (Cənnət  əhli Cənnətə, 
Cəhənnəmliklər də  Cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun 
surətində  gətirilir. Cənnət ilə  Cəhənnəm arasında dayandırılır və: «Ey 
Cənnət  əhli! Sizlər bunu tanıyırsınızmı?» deyilir. Cənətliklər dərhal 
boyunlarını uzadıb başlarını ona doğru qaldırırlar və ona (qoyuna) 
baxırlar; «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Sonra: «Ey Cəhənnəm 
əhli! Sizlər bunu tanıyırsınız?» deyilir. Onlar da başlarını qaldıraraq 
baxırlar və: «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Bundan sonra 
qoyunun kəsilməsini  əmr edirlər və  dərhal qoyun kəsilir. Sonra: «Ey 
Cənnət əhli! Cənnətdə əbədi yaşayacaqsınız, artıq sizə ölüm yoxdur! və ey 
Cəhənnəm  əhli! Sizlər də  Cəhənnəmdə  əbədisiniz, artıq ölüm yoxdur!» 
deyilir. Bundan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu ayəni 
oxudu:  (Ya Muhəmməd!)  Qəflətdə olanları  və iman gətirməyənləri işin 
bitmiş olacağı  (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə 
Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə 
peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi 
qiyamət günü) ilə qorxut! (O, gün bütün) yer üzünə  və onun üzərində 
olan hər  şeyə yalnız biz varis olacağıq. Onlar bizim hüzurumuza 
qaytarılacaqlar». (Məryəm 39-40)
976
  
                                                           
973
 Müslim.  
974
 Müslim.  
975
 Tirmizi 2907. 
976
 Buxari “Rikak” 50,51, Müslim 2850, 2887.  


 
255
AXİRƏT GÜNÜNƏ İMAN ETMƏYİN 
MÜSƏLMANA OLAN FAYDALARI  
1. Gözəl Bir Həyat: Axirət gününə inanan bir kimsə heç şübhəsiz ki, 
Allaha itaət və yaxınlıq üçün çalışar. Bütün növ günah və pisliklərdən 
uzaqlaşar və beləcə gözəl və xoşbəxt bir həyat yaşayar.  
2. Söz Və Davranışda Ölçülü Olmaq: Heç şübhəsiz ki, Axirət gününə 
inanan bir kimsə bütün söz və davranışında ölçülü olar və yalnız doğru 
olanı danışar və edər.  
3. Axirəti Üstün Tutmaq: Heç şübhəsiz ki, Allahın mömin bəndələri 
üçün hazırladığı daimi nemətlər və kafirlər üçün hazırladığı əzabı bilən bir 
kimsə bu dünyanı aşağı görər, bu dünyanın keçici olduğunu və ona qarşı 
zahid olar. Dünyaya görə  qəm və  kədərə batmaz, bütün səyini axirəti 
qazanmağa yönəldər.  
BİTİRDİM MİLADİ: 26 AVQUST 2009-CU İL 
HİCRİ: 10 RAMAZAN 1430-Cİ İL 
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10) 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə