Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə123/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   119   120   121   122   123   124   125   126   127

 
247
müsibəti görmürsən?» deyəcəklər. Musa – əlehissəlam – da: «Şübhəsiz ki, 
Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq 
belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O 
ki, qaldı  mənə) Mən isə öldürülməsinə heç bir qərar olmayan insanı 
öldürmüşəm
960
 (artıq sizə  şəfaət edə bilmərəm, indi mən özümü 
düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. 
İsa – əlehissəlam – ın yanına» deyəcəkdir. İnsanlar İsa – əlehissəlam – ın 
yanına gələrək: «Ey İsa! Sən Allahın Rəsulu, Allahın Məryəmə dediyi söz 
və ondan gəlmə bir ruhsan. Sən beşikdə ikən insanlarla danışdın. Bizim 
üçün Rəbbimizdən  şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? 
Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İsa – əlehissəlam – 
da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə 
bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb 
edəcəkdir. Özü haqqında heç bir günahı zikr etməyərək (artıq sizə şəfaət 
edə bilmərəm, indi mən özümü düşünürəm) (Başqa rəvayətdə: Mən 
Allahdan başqa tanrı edildim
961
). Vay nəfsim, nəfsim! Siz məndən başqa 
bir şəfaətçiyə gedin. Muhəmməd - sallallahu aleyhi və səlləm – in yanına» 
deyəcəkdir. Nəhayət onlar mənim yanıma gələrək: «Ey Məhəmməd! Sən 
Allahın rəsulu və peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş  və 
gələcək günahlarını bağışlamışdır. Rəbbimizin hüzurunda bizə  şəfaət et. 
Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti də 
görmürsən?» deyəcəklər. Bundan sonra mən həmən  Ərşin altına gələrək 
Rəbbimin qarşısında səcdəyə qapanıram. Sonra səcdə  də, Allaha edilən 
həmd-sənadan sonra (Allah) məndən  əvvəl heç bir peyğəmbərə 
deyilməyən təriflər deyər: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün 
dinlənilir! İtə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!» buyurur. Mən 
səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə 
şəfaət edərəm. Bundan sonra: «Ya Muhəmməd! Ümmətindən sorğu-sual 
olunmayanları  Cənnətin qapılarından olan sağ qapıdan içəri sal. Lakin 
onlar digər qapılardan da içəri girə bilərlər». Peyğəmbər  - sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Nəfsim  əlində olan Allaha and olsun ki, 
Cənnətin qapı qanadlarından iki qanadın arası  Məkkə ilə  Həcər və ya 
Məkkə ilə Busra arası qədər genişdir». Başqa bir rəvayətdə Peyğəmbər 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Allah (Qiyamət günü) insanları 
toplayır, möminlər ayağa qalxırlar. Nəhayət Cənnət onlara 
                                                           
960
 Fironun  adamlarından bir Misirli Musa –  əlehissəlam – qövmündən biri ilə döyüşürdü. Musanın 
qövmündən olan Musadan kömək istədikdə, Musa da kömək edərək düşmənin sinəsinə yumruqla 
vurur. Bu yumruq da onu öldürür. (əl-Qəsəs 18)-ci ayəsinə bax. 
961
 Əhməd 2/281,282. 


 
248
yaxınlaşdırılır».  İnsanlar Adəm  –  əlehissəlam – gələrək: «Ey atamız! 
Cənnəti bizə açdır» deyəcəklər. Adəm: «Sizləri Cənnətdən ancaq atanız 
Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər mənim oğlum 
İbrahim  –  əlehissəlam – ın yanına gedin» deyəcəkdir.  İbrahim: «Mən 
bunun sahibi deyiləm. Mən ancaq pərdə arxasından xəlil (dost) 
olmuşdum. Sizlər Allahın kəlimətullahı olan Musa –  əlehissəlam – ın 
yanına gedin» deyəcəkdir. Cəmaat Musa –  əlehissəlam – ın yanına 
gəlirlər. Musa: «Mən buna sahib deyiləm. Sizlər Allahdan gəlmə söz və 
ondan gəlmə bir ruh olan İsa – əlehissəlam – ın yanına gedin» deyəcəkdir. 
İsa  –  əlehissəlam –: «Mən buna sahib deyiləm!» deyəcək və insanları 
Muhəmməd - sallallahu aleyhi və səlləm – in üstünə göndərəcəkdir»
962
.  
3.  Cəhənnəmdə  bəzi müşriklərin cəzasının yüngülləşdirilməsi üçün 
ediləcək şəfaət. Səid b. Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında 
ikən Peyğəmbər - sallallahu aleyhi və səlləm – onun yanına gəldi. Onun 
yanında  Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə  də var idi. 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Ey əmi!  Lə  İləhə 
İlləllah – kəlməsini de ki, bununla Allah yanında sənin lehinə  şəhadət 
edim».  Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə  də: «Ya Əbu 
Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər  
sallallahu aleyhi və  səlləm – sözünü əmisinə deməkdə davam edirdi. 
Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət  Əbu Talibin 
onlara söylədiyi son söz: «AbulMuttalibin milləti üzərindəyəm!» oldu və: 
«Lə  İləhə  İlləllah» deməkdən çəkindi. Peyğəmbər - sallallahu aleyhi və 
səlləm – buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək 
sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə 
nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları  (müsəlmanlara)  bəlli 
olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə  və iman 
gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz».  (ət-Tövbə 113). 
«(Ya Muhəmməd!)  Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə 
bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq 
kəsləri  (öz  əzəli elmi ilə) daha yaxşı o bilir».  (əl-Qəsəs 56).  Başqa 
rəvayətdə Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Ey əmi! 
Lə  İləhə  İlləllah –  kəlməsini de ki, bununla Allah yanında sənin lehinə 
şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması  və haqqımda: 
«Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib 
səni məmnun edərdim»
963
. Abbas b. AbdulMuttalib – radıyallahu anhu –
deyir ki: «Ya Rəsulallah!  Şübhə yox ki, Əbu Talib daima səni 
                                                           
962
 Müslim 195.  
963
 Müslim.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə