Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə125/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   119   120   121   122   123   124   125   126   127

 
251
oradan çıxart!» deyilir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra 
yenə  Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə 
qapanıram». Mənə: «Ya Muhəmməd! Başını qaldır! Söylə, sözün 
dinlənilir!  İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan 
sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə  şəfaət diləyirəm. 
Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi ağırlığından daha az, 
daha az, daha az iman varsa onu da atəşdən çıxart!» deyilir. Mən də dərhal 
gedib bunu yerinə yetirdim. 
Bu  Ənəs – radıyallahu anhu – nun bizə  xəbər vermiş olduğu: «Ənəs 
hədisidir». Biz onun yanından çıxdıq. Nəhayət səhranın yüksək bir yerinə 
yetişdiyimiz zaman Həsənul Bəsrinin yanına çatsaq da, ona salam versək 
də, o, Əbu Xəlifənin evində gizlənmiş bir halda idi. Onun yanına girdik, 
salam verdik və: «Ya Əbu Səid! Biz qardaşın  Əbu Həmzənin yanından 
gəlirdik. Şəfaət haqqında danışdığı hədisi heç eşitməmişdik». O: «Davam 
edin, hədisi söyləyin» dedi. Biz də ona hədisi danışdıq. O, yenə: «Davam 
edin, söyləyin» dedi. Biz: «Ənəs bundan başqasını danışmadı» dedik. O, 
dedi: «O, bizə bunu iyirmi il bundan qabaq danışmışdır. O, vaxt hafizəsi 
və qüvvəsi çox gözəl idi. İndi isə bir qism şeyləri unutmuşdur. Şeyx bunu 
unutdumu, yoxsa sizlərə bunu danışmaq istəmədimi – bilmirəm?!». Biz 
də: «Sən bizə danış» dedik. O, güldü və:  «İnsan tələsən-hövsələsiz 
yaradılmışdır».  (əl-Ənbiya 37) (ayəsini oxudu). Sonra Peyğəmbər  
sallallahu aleyhi və səlləm – dördüncü dəfə yenə Rəbbinin yanına dönərək 
Ona həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanır». Mənə: «Ya 
Məhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir!  İstə, sənə verilir! 
Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Mənə 
izn ver: «Lə İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim. Allah – 
subhənəhu və təalə – ona: «Bu sənin üçün deyil (və ya bu sənə aid deyil) 
deyə buyurdu. Lakin İzzətimə and olsun ki: «Lə  İləhə  İlləllah» deyən 
Tövhid  əhlinin hamısını  Cəhənnəmdən çıxardacağam»
966
.  Ənəs– 
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm 
- buyurdu: «Dörd kimsə  Cəhənnəmdən çıxarılıb Allahın hüzuruna 
götürüləcəkdir. Sonra təkrar Cəhənnəmə göndərilmələri  əmr edildikdə 
onlardan biri: «Ya Rəbbim! Məni Cəhənnəmdən çıxardığında təkrar 
Chənnəmə geri göndərəcəyini heç ummamışdım» deyər. Allah onu 
Cəhənnəmdən qurtarar»
967

6. Cəhənnəmə girmələri əmr olunmuş bir qurup insanların Cəhənnəmə 
girməmələri üçün ediləcək şəfaət. Əbu Səid əl-Xudri – radıyallahu anhu – 
                                                           
966
 Müslim.  
967
 Müslim «İman» 321.  


 
252
rəvayət etdi ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurur: 
«….Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana 
and içirəm ki, sizdən heç kimsənin haqqı  təmamilə  bərqərar etmək 
xüsusunda Allaha yalvarıb yaxarması, qiyamət günündə möminlərdən 
atəşdə olan qardaşları üçün Allaha yalvarmaları  qədər  şiddətli olmaz». 
Onlar: «Ey Rəbbimiz! Bu (Cəhənnəmdə) qalanlar bizimlə  bərabər oruc 
tutar və  həcc edərdilər!» deyirlər. Onlara: «Tanıdığınız kimsələri oradan 
çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!» deyilir. Atəş onlardan 
kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. 
Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! 
Cəhənnəmdə  əmr etdiklərindən heç kimsə qalmadı!» deyirlər. Allah 
buyurur: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və yəqin olan 
hər kimi tanıyıyırsınızsa onu da oradan çıxarın!». Onlar yenə  də bir 
çoxlarını oradan çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm 
içərsində  əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah 
buyurur: «Geri dönün! Qəlbində yarım dinar ağırlığında xeyr olan hər 
kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlardan bir çoxunu oradan 
çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Cəhənnəmdə  əmr etdiklərindən 
heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! 
Qəlbində  zərrə  ağırlığında xeyr olan hər kimi tapırsınızsa onu oradan 
çıxarın!». Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey 
Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni buraxmadıq!» deyirlər. 
Əbu Səid  əl-Xudri – radıyallahu anhu – deyir ki, əgər bu hədisə 
inanmırsınızsa bu ayəni oxuyun: «Həqiqətən Allah zərrə  qədər zülm 
etməz.  Əgər yaxşı bir əməl baş verərsə onu iki qat artırar və öz 
tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40).  
Başqa rəvayətdə Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Nəhayət Allahın rəhmətindən olaraq, qulları arasında Cəhənnəm 
əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı  əmr edərək mələklərə: 
«Lə  İləhə  İlləllah» – deyənlərdən, Allahın mərhəmət buyurduğu 
kimsələrdən, Allaha bir şeyi  şərik (ortaq) qoşmamış olanları  Cəhənnəm-
dən çıxarsınlar!» deyə  əmr edir. Mələklər: «Onları  Cəhənnəmdə  səcdə 
yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər 
yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir». Bundan 
sonra Allah buyurur: «Mələklər şəfaət etdilər, Peyğəmbərlər şəfaət etdilər, 
möminlər  şəfaət etdilər.  Şəfaət etməyən bir Ərhamur-Rahimin qaldı. 
Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyr 
işləməyib cəhənnəmdə kömürə dönmüş bir çox kimsələri çıxarır. Cənnətin 
yolları üzərində olan «Həyat Çayı» adı verilən bir çaya salınırlar. Onlar 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə