Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə119/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   115   116   117   118   119   120   121   122   ...   127

 
239
deyərək Allaha (bu işdə) and və söz verir. Allah onun üzünü Cəhənnəm 
atəşindən çevirir. O, kimsə üzünü Cənnətə  tərəf çevirdikdə oranın 
gözəlliyini görüb Allahın dilədiyi müddət qədər susduqdan sonra: «Ey 
Rəbbim! Məni Cənnətin qapısına yaxınlaşdır» deyir. Allah: «Məgər sən 
and içməmişdin ki, Məndən bu istədiyindən başqa bir şey 
istəməyəcəksən?». O, kimsə: «Ey Rəbbim! Yaratdıqlarının  ən bədbəxti 
olmamaqdan ötrü!» deyir. Allah: «Əgər sənin bu istədiyin də yerinə yetsə 
bundan sonra məndən başqa bir şey istəyəcəksənmi?» deyə buyurur. O, 
kimsə: «İzzətinə and olsun ki, xeyr!» deyərək Allaha (bu işdə) and və söz 
verir. Allah onu Cənnətin qapısına yaxınlaşdırır. O, kimsə  Cənnətin 
qapısına yaxınlaşdıqda orada olan gözəlliyi, içindəki sevinci və 
rəngarəngliyi gördükdə Allahın dilədiyi müddət qədər susduqdan sonra: 
«Ey Rəbbim! Məni Cənnətə sal!» deyir. Allah: «Vay sənə ey Adəm oğlu! 
Nə  qədər sən öz sözündən dönürsən! Məgər sən and içməmişdin ki, 
Məndən bu istədiyindən başqa bir şey istəməyəcəksən?». O, kimsə: «Ey 
Rəbbim! Məni yaratdıqlarının ən bədbəxti etmə!» deyəcəkdir. Allah gülər 
və ona Cənnətə girməyə izn verər və ona: «Dilədiyini istə!» buyurar. O, 
da arzuladığı  şeyləri tükənənə  qədər istəyəcəkdir. Arzuladığı  şeylər 
tükəndikdən sonra Allah: «Bunu da, bunu da (əlavə et) buyuraraq ona 
istədiklərini xatırladacaqdır. Sonda bütün istədikləri bitdikdən sonra 
Allah: «Bunların hamısı və bir o, qədər də sənindir!» deyə buyurur
937
. 
Cənnətliklər Yatmazlar:  «Orada bizə  nə bir yorğunluq, nə  də bir 
məşəqqət, əziyyət toxunacaqdır». (Fatir 35). Cabir – radıyallahu anhu – 
rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Yuxu 
ölümün qardaşıdır və Cənnətliklər yatmazlar»
938
.  
Cənnətin Vəsfi: Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 
- sallallahu aleyhi və səlləm - buyurdu: «Nəfsim əlində olana and olsun ki, 
əgər siz mən görənləri görsəydiniz az gülər çox ağlayardınız». Səhabələr: 
«Ya Rəsulullah! Sən nə gördün?» deyə soruşdular. Peyğəmbər: «Mən 
Cənnət və Cəhənnəmi gördüm» deyə buyurdu
939
. Peyğəmbər sallallahu 
aleyhi və  səlləm –  dən: “Ey Allahın Rəsulu! Kim Cənnətə girər?” deyə 
soruşdular, o da bu cavabı vermişdir: “Peyğəmbər Cənnətlikdir,  Şəhid 
Cənnətlikdir, Uşaq (ikən) ölən Cənnətlikdir, diri-diri basdırılan uşaq 
Cənnətlikdir”
940
.  Əbu Hureyrə
 
- radıyallahu anhu – rəvayət edir ki, 
Rəsulullah  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Cənnət  əhlinin 
                                                           
937
 Buxari, Müslim. 
938
 Heysəmi «Məcmua Zəvaid» 10/410,415, İbn Kəsir 4/158, Nihayə 2/470.  
939
 Müslim 426. 
940
 Əbu Davud “Cihad” 27, 2521.  


 
240
bədəni tüksüz, üzü saqqalsız, gözləri sürməli, gəncliklıəri getməz, libasları 
köhnəlməz”
941
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, 
Rəsulullah  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Səxavət sahibi 
Allaha yaxındır, insanlara yaxındır, Cənnətə yaxındır, Cəhənnəmdən 
uzaqdır. Simic isə Allahdan uzaqdır, insanlardan uzaqdır, Cənnətdən 
uzaqdır, Cəhənnəmə yaxındır. Cahil səxavət sahibini Allah simic ibadət 
düşkünündən daha çox sevər”
942
. Peyğəmbər – sallallahu aleyhi və səlləm 
–  buyurdu: “Cənnəti bütün gücünüzlə istəyin. Bütün gücünüzlə  də 
Cəhənnəmdən qaçın. Çünki Cənnəti istəyən yatmaz. Cəhənnəmdən qaçan 
yatmaz. Axirət bü gün nəfsə ağır olan şeylərlə bəzədilmişdir. Dünya ləzzət 
və şəhvətlərlə doludur. Nə badə bunlar sizi axirətdən yayındırsın”
943
. Əbu 
Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu 
aleyhi və səlləm - buyurdu: «Üç övladı ölən hər bir qadının bu övladları 
onu Cəhənnəmdən qoruyan bir pərdə olacaqdır». Qadınlardan biri: «İki 
övladı ölsə necə?» deyə soruşdu. Peyğəmbər: «Bəli, iki övladı ölsə  də!» 
deyə buyurdu
944
. Abdullah b. Amr – radıyallahu anhu –  rəvayət edir ki, 
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir kimsə atasından 
başqa bir adamın oğlu olduğunu iddia edərsə  Cənnətin iyini belə hiss 
etməz. O, Cənnət ki, iyi qırx (yetmiş) illik məsafədən hiss edilir»
945
. Əbu 
Hureyrə – radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu 
aleyhi və səlləm - buyurdu: «İnsanı ən çox Cəhənnəmə salan cinsi orqanı 
və dilidir, ən çox da Cənnətə salan Allaha təqva və gözəl  əxlaqdır»
946

Peyğəmbər  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Cənnət  əhlinin 
uşaqları olmaz»
947
. Cabir - radıyallahu anhu – rəvayət edir ki, 
Yəhudilərdən bir dəstə  səhabələrdən Rəsulullah  – sallallahu aleyhi və 
səlləm – in Cəhənnəmin gözətçilərinin sayını bilirmi? deyə soruşdular. 
Səhabələr: “Bilmirik, özündən soruşaq” dedilər. Onlardan biri: “Ey 
Muhəmməd! Bu gün səhabələrinə  qələbə çaldıq!” dedilər. Peyğəmbər: 
“Nə ilə qələbə çaldınız” deyə buyurdu. Onlar: “Peyğəmbəriniz Cəhənnəm 
gözətçilərinin sayını bilirmi?” deyə soruşduq. Peyğəmbər: “Onlar nə 
dedilər?” deyə buyurdu. Yəhudilər: “Bilmirik, özündən soruşaq” dedilər. 
Peyğəmbər: “Bir qövmə bilmədiyi bir şey soruşulduqda, onlar da bilmirik, 
Peyğəmbərdən soruşaq – dedikləri zaman bu onlara qələbə çalmaq 
                                                           
941
 Tirmizi “Cənnət” 8, 2542.  
942
 Tirmizi “Birr” 40, 1962.  
943
 İbn Kəsir “ən-Nihayə” 2/502.  
944
 Buxari 1249.  
945
 Əhməd 2/171.  
946
 Tirmizi “Birr” 62, 2005, Əhməd 2/291.  
947
 Tirmizi 2566.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə