Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə115/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   111   112   113   114   115   116   117   118   ...   127

 
231
girdikləri zaman da onlar Cənnəti o özəllikləri ilə tanıdılar”
905
. Əbu Səid 
radıyallahu anhu – deyir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “Möminlər Cəhənnəmdən qurtulub Cənnətlə Cəhənnəm arasında 
körpüdə bir müddət həps edilirlər. Bu yerdə aralarında dünyada olan 
keçmiş haqsızlıqlar qisas edilir. Beləcə günahlardan təmizlənib 
paklandıqdan sonra Cənnətə girmələrinə izin verilir. Nəfsim  əlində olan 
Allaha and olsun ki, onlardan hər biri Cənnətdəki evini, dünyadakı 
evindən daha yaxşı bilir”
906
.  
Cənnət  Əhlinin Xidmətçiləri:  «Onların dövrəsində  həmişə cavan 
xidmətçi oğlanlar dolanacaqdır. Cənnət bulağından axan (şərab) dolu 
piyalələr. Kuzələr və  qədəhlərlə.  (Dünyadakı  şərabdan fərqli olaraq) o, 
şərabdan başları  ağrımaz və keflənməzlər.  (O, cavan xidmətçilər 
Cənnətdə olanların)  bəyənib seçdikləri meyvələr və istədikləri hər cür 
quş əti ilə onların dövrəsində fırlanacaqlar». (əl-Vaqiə 17-21). “Onların 
dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, 
sanki  (ətrafa)  səpilmiş inci olduqlarını  zənn edərsən”.  (İnsan 19).
 
İbn 
Abbas, Mucahid, Muqatil, əl-Kəlbi – Allah onlardan razı olsun - deyirlər 
ki: “Ölməyəcək uşaqlar (Yəni: Qocalmazlar və  dəyişməzlər)”
907
. Ayədə 
keçən Muhallid – qulaqlarında küpə və bilərzikli deməkdir
908
. Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – buyurdu: “Bir nəfər Cənnətə girdiyi zaman 
Cənnət əhlinin surətinə bürünər, onların geyindiyini geyinər, taxdığını da 
taxar. Ona zövcələri, xidmətçiləri göstərilər. Onu sevinc sərxoşluğu 
bürüyər. Əgər ölmüş olsaydı bu sevinc sərxoşluğundan ölərdi. Ona: Bax, 
bu sevinc sərxoşluğu  əbədi olaraq davam edəcəkdir”
909
. Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: “Qul Cənnətə girər-girməz ona inci 
70 min xidmətçi qarşılar”
910
.  Əbu Səid  əl-Xudri  - radıyallahu anhu – 
rəvayət edir ki, Rəsulullah  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Cənnət əhlindən dərəcəsi ən aşağı olanın 80 min xidmətçisi, 72 zövcəsi 
vardır. Onun üçün incidən, xrizolitdən və yaqutdan bir çadır qurular. Bu 
çadır Cabiyədən Sanaya qədər uzanan bir böyüklükdədir”
911
. Bu uşaqların 
kim olması barədə ixtilaf vardır: Əli, Həsənul Basri – rahmətullahi aleyhi 
-
 
deyirlər ki: “Onlar nə günah, nə  də savab qazanmadan ölmüş olan 
müsəlman uşaqlardır. Onlar Cənnət  əhlinin xidmətçiləri olurlar. Çünki 
                                                           
905
 Qurtubi 16/230-231, İbn Kəsir 4/188.  
906
 Buxari “Məzalim” 1, 5/96, “Riqaq” 48.  
907
 Qurtubi 17/202.  
908
 Qurtubi 17/203.  
909
 İbni Mubarək “Zuhd” 129, İbn Əbi şeybə “Musənnəf” 13/149, Əbu Nuaym “Hilyə” 2/252.  
910
 İbni Mubarək “Zuhd” 128.  
911
 Tirmizi “Cənnət” 23, 2565.  


 
232
Cənnətdə  uşaq yoxdur”
912
. Bəziləri də qeyd edirlər ki: Bu uşaqlar 
müşriklərin uşaqlarıdır ki, Cənnət əhlinə xidmət edirlər. Lakin gətirdikləri 
dəlillər zəifdir. Diğrusunu Allah bilir!  
Cənnətin Qapıları: «Qapıları onların üzünə açılmış Ədn cənnətləri». 
(Sad 50). «Özlərinin, həmçinin  əməli saleh ataları, zövcələri və 
övladlarının daxil olacaqları Ədn Cənnəti gözləyir. Mələklər də hər bir 
qapıdan daxil olub onlara: «Səbr etdiyinizə görə sizə salam olsun». (ər-
Rəd 23.24). Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 
sallallahu aleyhi və  səlləm - buyurdu: «Cənnətdə  səkkiz qapı vardır. 
Bunların arasında Rəyyan deyilən bir qapı vardır ki, bu qapıdan yalnız 
oruc tutanlar daxil olacaqdır (Başqa rəvayətdə: Sədəqə verən sədəqə 
qapısından, namaz qılanlar namaz qapısından, mücahidlər cihad 
qapısından Cənnətə daxil olarlar…)»
913
. Əbu Hureyrə – radıyallahu anhu 
  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: 
«Ramazan gəldikdə Cənnətin qapıları açılar, Cəhənnəm qapıları bağlanar 
və şeytanlar zəncirlənərlər»
914
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət 
edir ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «…Cənnətin 
qapı qanadlarının iki qanadı arası  Məkkə ilə  Həcər yaxud da Məkkə ilə 
Busra arası qədər genişdir (Başqa rəvayətdə: Cənnətin qapıları arasındakı 
məsafə  qırx illik yoldur
915

916
.  “Rəbbindən qorxanlar da dəstə-dəstə 
Cənnətə  gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və 
(cənnət) gözətçiləri  (onlara): “Salam aleykum! (Sizə salam olsun!) Xoş 
gəldiniz!  Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər”.  (əz-
Zumər 73).
 
Ömər b. Xattab - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Sizdən bir kimsə 
gözəl bir şəkildə (kamil) dəstəmaz alarsa və sonra: Şəhadət edirəm ki, 
Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd onun qulu 
və  Rəsuludur – deyərsə ona Cənnətin səkkiz qapısı  aşılar və hansından 
istəyirsə daxil olar”
917
.  Əbu  Şeyh deyir ki, əl-Fəzari dedi ki: “Cənnətdə 
hər möminin dörd qapısı vardır. Bir qapıdan onu ziyarətə gələn mələklər 
girər, bir qapıdan yoldaşları olan hurilər girər, bir qapı onunla Cəhənnəm 
arasındadır. Dilədiyi zaman açar baxar və ona olan nemətin böyüklüyünü 
başa düşər. Digər bir qapı da onunla Darus Səlam arasında olan qapıdır. 
                                                           
912
 Qurtubi 17/203, Beyhəqi “əl-Bas vən Nuşur” 370.  
913
 Buxari 1896,3257,3666, Müslim 1152. 
914
 Buxari 1898. 
915
 Müslim «Zuhd» 3/14, 2967, Əhməd 5/3, Heysəmi “Məcmuaz Zəvaid” 10/397.  
916
 Müslim 327, Buxari 4712.  
917
 Müslim 234.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə