Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə120/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   116   117   118   119   120   121   122   123   ...   127

 
241
deməkdirmi?”. Yəhudilər: “Ey Əbul Qasim! Cəhənnəmin gözətçiləri nə 
qədərdir?” dedilər. Peyğəmbər: “Peyğəmbər barmaqlarıyla on, bir doqquz 
göstərərək “19” dedi. Onlar: “Bəli” dedilər. Peyğəmbər: “Bəs Cənnətin 
torpağı necədir?” deyə buyurdu. Onlar bir az sükut etdikdən sonra: “Ey 
Əbul Qasım! Sən bizə de!” dedilər. Peyğəmbər: “Ağ undan (yoğrulmuş) 
çörəkdir” deyə buyurdu
948
.  İbn Abbas – radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Həcərul Əsvəd – 
qara daş  Cənnətdən idi. Endiyi vaxt süddən ağ idi. Onu insanların 
günahları qaraltdı»
949
. Əbu Umamə – radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Kim haqsız olduğu 
halda münaqişəni tərk edərsə ona Cənnətin kənarında bir ev qurular, kim 
də haqlı olduğu halda münaqişəni tərk edərsə ona Cənnətin ortasında bir 
ev qurular, kim də əxlaqını gözəl edərsə ona Cənnətin ən uca yerində bir 
ev qurular»
950
. Hərisə b. Vəhb əl-Xuzai – radıyallahu anhu – rəvayət edir 
ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Sizə  Cənnət 
əhlindən xəbər verimmi?”. Səhabə: “Bəli” dedilər. Peyğəmbər: “Zəif olan 
və xalq tərəfindən zəif görülən hər mömin (Cənnətlikdir). Allaha and içsə
Allah onun andını doğru çıxarır”. Sonra: “Sizə Cəhənnəm əhlindən xəbər 
verimmi”. Səhabə: “Bəli” dedi. Peyğəmbər: “Hər daş  qəlbli, (zülmkar, 
hiyləgar, xeyirə mane olan), düşmən və  təkəbbürlü kimsələrdir”
951
.  «Və 
həm də itaət etmə (yalan yerə) hər and içənə, alçağa, qeybət edənə, söz 
gəzdirənə, xeyirə mane olana, həddi aşana, günaha batana, daş 
ürəkliyə, anlamaza və eyni zamanda əsli-nəsəbi bilinməyən 
haramzadaya. O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə, ayələrimiz ona 
oxunduğu zaman o: «(Bunlar) qədimlərin uydurduğu əfsanədir!» dedi. 
Biz onun burnuna damğa basacağıq». (Nun 10-16). Sad b. Əbu Vaqqas – 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Sizə ancaq zəiflərin duası sayəsində yardım edilir və 
ruziləndirilirsiniz»
952
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Qapılardan qovulan 
saçı dağınıq bəzi kimsələr vardır ki, Allaha and içsələr heç şübhəsiz ki, 
Allah onların andını doğru çıxarar»
953
.  İbn Məsud – radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm - buyurdu: 
                                                           
948
 Tirmizi 3324.  
949
 Tirmizi 877.  
950
 Tirmizi 1994, Əbu Davud 4800.  
951
 Müslim 2853.  
952
 Buxari 4/104-108.  
953
 Müslim 2854.  


 
242
«Cənnət sizin hər birinizə onun ayaqqabılarının bağından da (kəmərindən 
də) ona yaxındır. Həmçinin Cəhənnəmdə»
954

 
ŞƏFAƏT 
Şəfaət – vasitə hər hansı bir şeyi tələb etmək deməkdir. İstilahi mənası 
isə kimin üçünsə xeyr diləmək,  şərr və  əzabdan uzaq etmək deməkdir. 
Allah Qurani Kərimdə bir çox ayələrdə  şəfaətin yalnız ona məxsus 
olduğunu və heç kimsənin bu işdə  hər hansı bir payı olmadığını bizə 
bildirir.  «Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini  (bütləri)  şəfaətçi 
etdilər? (Ya Peyğəmbər!) de ki: «Onlar heç bir şeyə malik olmadıqları və 
heç bir şey qanmadıqları halda şəfaətmi edəcəklər?». De ki: «Bütün 
şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü onun 
əlindədir. Sonra siz onun hüzuruna qaytarılacaqsınız».  (əz-Zumər 43-
44).  
Nə zaman olacağına gəlincə, Uca Allah bizə şəfaətin ancaq onun izni 
ilə olacağına xəbər vermişdi.  «Allahın izni olmadan onun yanında kim 
şəfaət edə bilər».  (əl-Bəqərə 255). Onun izni olmadan heç bir şəfaət 
edən ola bilməz».  (Yunus 3). «Axirət də, dünya da ancaq Allahındır. 
Göylərdə neçə-neçə  mələklər vardır ki, onların  şəfaəti heç bir fayda 
verməz. Ancaq Allah öz istədiyi və razı olduğu kimsəyə izn verdikdən 
sonra  (onun  şəfaəti fayda verər)».  (ən-Nəcm 25-26). «Onun hüzurunda 
izn verdiyi kimsələr istisna olmaqla heç kəsin  şəfaəti fayda verməz». 
(Səba 23).  
Kimlərin şəfaət edəcəyinə gəlincə isə, Uca Allah bizlərə şəfaətin ancaq 
onun izn verməsindən sonra gerçəkləşəcəyini xəbər verdiyi kimi, bu 
xüsusta ancaq onun sevdiyi kimsələrin  şəfaət edəcəyini də  xəbər 
vermişdir.  «Ruhun  (Cəbrailin)  və  mələklərin səf-səf duracağı gün 
Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, 
danışan da doğrunu deyəcəkdir».  (ən-Nəbə 38). «Allahdan  əhd almış 
kəslər müstəsna olmaqla, qalanları  (kafirlər)  şəfaət etməyə qadir 
olmazlar». (Məryəm 87). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Hər bir 
Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər bir peyğəmbər də bu duasını 
etmişdir. Lakin mən duamı qiyamət günündə ümmətimə  şəfaət etmək 
üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi  şərik qoşmamış 
olan kimsələr inşəallah bu şəfaətə nail olacaqlar»
955
.  
                                                           
954
 Buxari «Kitabu Rikak».  
955
 Buxari “Dəvət” 1 “Tövhid” 31, Müslim “İman” 334. (198).  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə