203
daha aşağı bir yerə enməyi ifadə edər.
Çünki Adəm – əlehissəlam – ın
Cənnəti yer üzündə ən yüksək bir yerdə idi. Oradan da endirildi.
Dediyiniz kimi:
Enin - əmrinin Adəm, Həvva və İblis olduğudur. Əgər o,
Cənnət göydə olsaydı İblisin səcdə əmrinə uymadığı üçün enməsindən
sonra onlara çatması və vəsvəsə verməsi mümkün olmazdı. 11. Onlar
qeyd edirlər ki, əbədi Cənnət kəliməsi Qurani Kərimdə mərifə olaraq “əl”
müəyyənlik ədatı ilə gəlir. Digər Cənnət baxçaları isə “əl” olmadan qeyd
olunur. Cavab olaraq deyirik ki, bu belə deyildir. Çünki:
“Biz vaxtilə o
bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini
də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun
meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər”. (Nun 17). Bu ayədə
“əl” ədatı ilə işlənmişdir, lakin əbədiyyət Cənnəti qəsd edilməmişdir. 12.
Onlar qeyd edirlər ki, Adəm
– əlehissəlam – tövbə edərsə Allah onu
Cənnətə qaytaracağını vəd etmişdir sözünə gəlincə deyirik ki: Əksinə
Allah, Adəm
– əlehissəlam – ı çıxdığı Cənnətə deyil, əbədiyyət Cənnətinə
qaytardığı zaman vədi yerinə yetmiş olacaqdır. Qayıtmaq (dönmək) –
kəliməsi birinci hala, zaman və məkana qayıtmağı ifadə etməz. Hətta
bənzərinə dönməyi də ifadə etməz.
“Allah bizi sizin (batil) dininizdən
xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin
haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq.
Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz
elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha
təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm
et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89).
Adəm – Əlehissəlam – In Girib Çıxdığı Cənnət Əbədiyyət Cənnətidir
Deyənlərin, Yer Üzündə Bir Cənnətdir Deyənlərə Cavabı: 1. Onlar qeyd
edirlər ki: Allah əbədiyyət Cənnətinə girməyi yalnız Qiyamət günü
olacağını xəbər vermişdir. Cənnətə mütləq giriş haqqında bu söz
doğrudur. Lakin Peyğəmbər
– sallallahu aleyhi və səlləm – İsra
gecəsi
Cənnətə girmişdir, Möminlərin və Şəhidlərin ruhları Cənnətdə yaşıl
quşların boğazında dolaşırlar. Bu girişlər Allahın xəbər verdiyi Qiyamət
günündəki girişdən ayrıdır. 2. Cənnət haqqında zikr etdiyiniz Cənnətin
vəsfləri bunlar haqdır. Onları nə biz inkar edirik, nə də Əhli İslamdan bir
kimsə. Lakin biz deyirik ki, bu kimi şeylər ayələrdən də göründüyü kimi
möminlər Cənnətə girdikləri zaman baş verəcəkdir.
Doğrusunu Allah
bilir
779
.
Cənnətdə Ev: Osman
- radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allah rızası tələb edərək bir
779
Daha geniş məlumat üçün İbn Qeyyim “Cənnətdəki həyat” kitabına bax.
204
məscid inşa edərsə (Başqa rəvayətdə: İçində Allahın adı zikr edilsin
deyə
780
) Allah ona Cənnətdə bir ev inşa edər (Allah onun üçün Cənnətdə
bir mislini inşa edər)
781
. Əbu
Musa əl-Əşari - radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “Allah, bir
qulun övladının canını aldığı zaman ölüm mələyinə deyər: “Ey ölüm
mələyi! Qulumun övladının canını aldınmı? Gözünün nurunu, qəlbinin
meyvəsini (istiliyini) aldınmı?”. Mələk: “Bəli”. Allah: “O, nə etdi?”.
Mələk: “Sənə həmd etdi və İstincə etdi
- İnnə Lilləhi və İnnə İleyhi
Raciun -” dedi. Allah: “Ona Cənnətdə bir ev bina edin və adını
Həmd evi
qoyun” deyə buyurdu
782
. Əbu Musa əl-Əşari
- radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “Kim
gecə və
gündüz fərzlər xaric
12 rükək (sünnət) qılarsa Allah ona Cənnətdə bir ev
bina edər”
783
.
Cənnət Nemətləri:
«Etdikləri əməllərin mükafatı olaraq (Allah
dərgahında) möminlər üçün göz oxşayan (onları sevindirəcək) nə cür
nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Əbu
Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu
aleyhi və səlləm - buyurdu: «Sizdən birinizin Cənnətdəki bir parça yeri
üzərinə Günəşin doğduğu və batdığı şeylərin hamısından xeyirlidir (Başqa
rəvayətdə: Cənnətdəki bir qamçı miqdarında yer dünya və dünya
nemətlərindən xeyirlidir)»
784
. Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət
edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: «Əziz
və Cəlil
olan Allah: Mən yaxşı qullarım üçün heç bir gözün görmədiyi, heç bir
qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçirmədiyi şeylər
hazırladım” buyurdu. Allah Kitabında bunu təsdiqləyən dəlil bu ayədir:
“Etdiklərinin əvəzi olaraq onlar üçün nə kimi şeylər saxlandığını heç
kimsə bilməz”
785
. Əbu Səid əl-Xudri –
radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah
- səllallahu aleyhi və səlləm - buyurdu: “Allah Cənnət əhlinə:
Ey Cənnət əhli! Deyə xitab edər. Onlar: “Ey Rəbbimiz! Sənin iki dəfə
çağrışını qəbul etdik – buyur. Xeyir sənin iki əlindədir” deyərlər. Allah:
“Razı oldunuzmu” deyə buyurar. Onlar: “Ya Rəbbi! Necə razı olmayaq.
Sən bizə məxluqatdan heç kimə vermədiyin ehsanı verdin” deyərlər.
Allah: “Bundan da daha qiymətlisini verimmi?” deyə buyurar. Onlar: “Ya
Rəbbi! Bundan daha qiymətli nə ola bilər?” deyərlər. Allah: “Mən sizə
780
Nəsəi “Məsəcid” 1.
781
Buxari “Salət” 65, 1/544, Müslim “Məsacid” 25, (533),
782
İbn Hibban 4/262, Əhməd 4/415.
783
Əhməd 4/413.
784
Buxari 6/13, 3250, Müslim 1883.
785
Buxari 13/465, Müslim 2824.