Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə98/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   94   95   96   97   98   99   100   101   ...   127

 
197
olur”. Abdurahman b. Auf - radıyallahu anhu – oruc olduğu zaman iftar 
yeməyi ilə birlikdə  gəldi və bu ayəni oxudu: “Dərgahımızda  (onlardan 
ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək 
(zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!”. (əl-Muzəmmil 12-13) 
və  ağlamağa başladı. Oruclu olduğu halda yeməyini yemədən qalxdı”. 
Yunus, Həsən – rahmətullahi aleyhi – nin belə dediyini rəvayət edir: “İki 
nəfər bir-biriləriylə qarşılaşdılar. Biri digərinə: Rəngin solmuş  və  zəif 
görünürsən” dedi. O: “Bəli, Üç gündür orucam. İftarımı açmaq istədikdə 
bu ayələr ağlıma gəlir: “Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. 
(Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm  əhlinin 
bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir! O, irinli-qanlı 
suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə 
bilməz). Ona hər tərəfdən  (bədəninin hər yerindən) ölüm gələr, lakin 
ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli 
bir əzab gələcəkdir!”. (İbrahim 16-17). Buna görə də üç gündür ki, yemək 
yemirəm. Bunu etməyə mane olan ayədəki sözlərdir” dedi
771
.  İmam 
Əhməd, Salih b. Mərr yoluyla, Ata b. Suləmi – rahmətullahi aleyhi – dedi 
ki: “Cəhənnəm xatırlandığı zaman boğazımdan nə yeyəcək, nə də içəcək 
keçər”.  “Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst 
dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə  qədər 
uzanaraq)  dişləri ağarmış  vəziyyətdə durarlar”. (əl-Muminun 104). 
Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Dişləri ağarmış 
vəziyyətdə durarlar – Atəş üzlərinə dəydikdə üst dodağı başının yarısına 
qədər çatar, alt dodağı isə göbəyinə  qədər sallanar”
772
.  Dişləri görünən 
kəllə gördükdə bu onları yeməkdən yayındırar və ayəni xatırlayardılar. 
Həsən – rahmətullahi aleyhi – iftarını açması üçün bir qab su verildi. 
Suyu ağzına yaxınlaşdırdıqda ağlamağa başlayaraq dedi: “Cəhənnəm 
əhlinin diləkləri sözləri:  “Cəhənnəm  əhli cənnət  əhlinə müraciət edib: 
“Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir 
qədər ehsan edin!”
 
və onlara verilən cavabı xatırladım:  Onlar isə: 
“Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab 
verəcəklər”.  (əl-Əraf 50).  AbdulMəlik b. Mərvan soyuq su içdi, lakin 
ağlayaraq yarıda buraxdı. Ona: “Ey Möminlərin  Əmiri! Səni ağladan 
nədir?” deyildi. O: “Qiyamət günü susuzluğun  şiddəti və  Cəhənnəm 
əhlinə soyuq suyun qadağan edilməsini xatırladım” dedi və ayəni oxudu: 
“...arzuladıqları şeylərlə onların arasına sədd çəkilər”. (Səba 54). Onlara 
yalnız bu su ilə cavab veriləcək: “...Onlar imdad istədikdə onlara qətran 
                                                           
771
 İbn Əbi Dunyə.  
772
 Əhməd, Həkim, Tirmizi.  


 
198
(yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə 
kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə  də pis 
məskəndir!”. (əl-Kəhf 29).  
Ey Qardaşım! Bu da möminlərin sifətləri. O, möminlər ki, gecə  və 
gündüz Allah yolunda çalışar, xeyirdə hamıdan irəlidə olmalarına rəğmən 
yenə  də öz eyblərini, günahlarını xatırladıqları zaman ağlayar, 
Rəbblərindən qorxar və ümüd içində dua edərdilər. Onun rəhmətinə ümüd 
edər və  əzabından qorxardılar. Belə olduğu halda onlar haradadırlar, biz 
haradayıq. Özümüzə arxayın, Cənnət vəd olunmuş kimi yer üzündə 
gəzirik, hələ  də: «Qəlbin təmiz olsun» Allah bağışlayar deyərək yer 
üzündə  gəzirik. Allahın  əmrlərini yerinə yetirmədikcə, qadağalarından 
çəkinmədikcə, Allahdan qorxmadıqca qəlbin təmiz olması mümkün 
deyildir. İbni Uyeynə deyir ki, İbrahim ət-Təmimi – rahmətullahi aleyhi – 
dedi: Özümü Cənnətdə hiss etdim. Oranın meyvələrindən yeyib, orada 
olan hər (gözəllikdən) daddım. Sonra da özümü Cəhənnəmdə hiss etdim. 
Zəkkumdan, irindən içir, zəncir və  qırmaqlarla bağlı  (əzab edilirəm). 
Özümə: “Hansı daha gözəldir (hansını istəyirsən)” dedim. Dünyaya dönüb 
saleh əməl etmək” dedim. Mən də: (İndi gözlərini aç) əminlikdəsən, artıq 
əmələ başlaya bilərsən” dedim. 
 
CƏNNƏTİN VƏSFİ 
Adəm - Əleyhissəlam - In Girib Çıxdığı Cənnət Hansıdır?: Munzir b. 
Said – rahmətullahi aleyhi –  təfsirdə deyir ki: Allahın Adəm  – 
əleyhissəlam – söylədiyi:  (Sonra)  Biz  (Adəmə) dedik: “Ey Adəm, sən 
zövcənlə  (Həvva ilə)  Cənnətdə qal və  hər ikiniz oradakı meyvələrdən, 
istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca  (buğdaya) yaxın 
gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.  (əl-Bəqərə 35). 
Ayəsində bir qrup: Allah Adəm  –  əleyhissəlam – ı Qiyamət günü 
möminlərin girəcəyi əbədiyyət Cənnətinə salmışdır. Digər bir qrup isə: Bu 
Cənnət başqa bir Cənnət baxçasıdır. Allah onu Adəm  –  əleyhissəlam – 
üçün yaratmış və onu oraya salmışdır. Əbədiyyət Cənnəti deyildir”. Əbul 
Həsən əl-Mərvədi – rahmətullahi aleyhi – isə təfsirində deyir ki: “Adəm 
və Həvva – əleyhimussəlam – ın daxil olduğu Cənnət barəsində iki ixtilaf 
vardır:  1)  Bu  Cənnət  əbədiyyat Cənnətidir. 2) Bu Cənnət Allahın ikisi 
üçün yaratmış olduğu imtahan yurdu etdiyi Cənnət baxçasıdır. Mükafat 
olaraq yaratmış olduğu əbədiyyat Cənnəti deyildir. İkinci görüşdə olanlar 
da iki qrupa ayrılmışlar:  1)  Bu  Cənnətin göydə olduğunu söyləmişlər. 
Çünki Adəm və Həvva – əleyhimussəlam – oradan enmişlər. 2) Bir qism 
də onun yerdə olduğunu söyləmişlər. Enməyi isə - bir yedən digər bir yerə 
keçmək kimi adlandırmışlar. (O halda) şəhərlərdən birinə gedin...”. (əl-


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə