Aydın Çobanoğlu
2
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında 1 iyul 2014-cü il tarixdə
(protokol №10) çapa tövsiyə edilmişdir.
Toplayanlar:
Aytən Aydınqızı,
Səyyad Aydınoğlu
Tərtibçi və ön
sözün müəllifi:
Qəzənfər Paşayev
filologiya elmləri doktoru, professor
Redaktor:
Məlahət Yusifqızı
şair
Rəyçilər:
Zəlimxan Yaqub
Xalq şairi,
Elxan Məmmədli
filologiya üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Aydın Çobanoğlu.
Ömrün etməyəcək vəfa dedilər
(şeirlər, elmi və elmi-publisistik yazılar).
Bakı, “Elm və təhsil”, 2014, 448 səh.
Bu kitab saz-söz sənətində və yaddaşlarda silinməz izlər
qoyan aşıq Aydın Çobanoğlunun
oxucularla ilk
və
son
görüşüdür.
Aydın Çobanoğlunun ruhunu şad edəcək bu kitabı oxucuların,
dost və tanışların könlünu oxşayacağına və yaddaşını oyadıb,
uzun müddət onlara yoldaşlıq edəcəyinə inanırıq.
2014
098
4702010000
−
N
грифли няшр
© «Åëì âÿ òÿùñèë», 2014
© Aytən Aydınqızı, 2014
Ömrün etməyəcək vəfa dedilər
3
ÖMRÜN VƏFA ETMƏDİYİ AŞIQ-ŞAİR
şıq Aydın Çobanoğlunun yaradıcılığını tam əhatə edən
bu maraqlı kitabın əlyazmasını vərəqlədikcə gənclik il-
lərindən dostluq etdiyim Aydını sanki yenidən kəşf et-
dim, digər tərəfdən də dostum haqqında çoxdan bəri söz demək
arzum gerçəkləşdi. Buna görə dostumun ağıllı və savadlı qızı
Aytənə minnətdaram. Kitaba ön söz yazmağı Aytən təmənna et-
di. Aşıq Aydının kitabda yer alan, bir çoxunun ilk oxucusu ol-
duğum şeirlərini oxuduqca xəyal məni ağuşuna alıb arzuların
aşıb-daşdığı illərə, – Aydınlı günlərə apardı:
– 1972-ci ilin noyabr ayı idi. İraqa 3-cü dəfə uzunmüddətli
ezamiyyətə hazırlaşırdım. İnstitut dostum, şair Ələmdar İsagilə
getmişdim. Ələmdar məni qarayanız, gülərüz bir gənclə tanış
etdi. Diqqətimi ilk cəlb edən onun bığları oldu. O vaxt bığ sax-
lamaq kişilik nişanəsi hesab olunurdu. Demək olar ki, əksər ki-
şilər bığ saxlayırdılar. Ələmdarın da, mənim də bığımız vardı.
– Tovuzludur, tələbə aşıqdır, – deyərək Ələmdar gülüm-
sündü. Bununla Aydının mənimlə yerli olduğuna işarə edirdi.
Aydının şirin danışığı vardı. Söhbət zamanı məlum oldu
ki, Texniki İnstitutda oxuyan bu gənc çağdaş poeziyamızı və
aşıq yaradıcılığını yaxşı bilir. Onda bilmirdim ki, Aydın aşıq
ocağından pərvəriş tapıb. Bilmirdim ki, atası aşıq Çobandan
dərs alıb. Yarızarafat, yarıgerçək dedim ki, sənin yerin Univer-
sitetin filologiya fakültəsidir (O vaxt Azərbaycanda təkcə ADU
vardı). Əvvəl-axır texniki elmlərə həvəsin öləcək, – dedim.
– Elə mənim arzum ya Teatr İnstitutunda, ya da Azərbay-
can Dövlət Universitetinin filologiya fakültəsində oxumaq olub,
tale belə gətirdi, – dedi.
A
Aydın Çobanoğlu
4
Dediklərimə o qədər inanmasam da, tale insanın öz əlində-
dir. – dedim…
1975-ci ilin may ayında İraqdan vətənə qayıdanda gördüm
ki, Aydın Musayev Universitetin filologiya fakültəsinin qiyabi
şöbəsində oxuyur. Dostlaşdıq və dostluğumuz dünyasını dəyiş-
diyi günə qədər davam etdi.
1951-ci ildə dünyaya göz açan Aydın 1993-cü ildə faciəli
şəkildə dünyasını dəyişdi və cəmi 42 il ömür sürdü. Lakin insan
üçün qısa olan ömür payında çox iş gördü. Tarixdə qalacaq iz
qoyub getdi. Aydın bir neçə aşıq havası bəstələmişdir. “Səyya-
dı”, “Aygünüm”, “Çobanoğlu”, “Niyazi”, Xalq şairi Zəlimxan
Yaqubun sözlərinə bəstələnmiş “Ana laylası” və Məmməd İs-
mayılın “Yaman darıxmışam səninçün, ana” şeirinə bəstələdiyi
hava belələrindəndir. Toylarda indi də oxunan, sevimli şairimiz
Məmməd İsmayılın “Gözəldi” qoşmasına bəstələdiyi, oğlu Səy-
yada həsr etdiyi “Səyyadı” havası onun bəstəkarlığından, musi-
qi duyumundan xəbər verir. Havanın sözləri də başqa aləmdir:
– Yar ol dərd bilənə, yar olanda da,
Yoluna göz diksin, yorulanda da.
Eləsinə vurul vurulanda da,
Desinlər, ay Məmməd, əla, gözəldi!
Aydın sonuncu misranı üç-dörd dəfə təkrar edər, gah “De-
sinlər, ay Məmməd, əla, gözəldi”, gah da “Desinlər, ay Səyyad,
əla, gözəldi” oxuyardı. Bu özü də havaya xüsusi şirinlik gətirirdi.
Aydın gənclikdə “Hicrani” təxəllüsü ilə şeirlər yazırdı. La-
kin sonralar atasının adını təxəllüs kimi götürərək “Çobanoğlu”
təxəllüsü ilə məşhurlaşdı.