Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə168/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   164   165   166   167   168   169   170   171   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

480



Ölkənin rəqabət qabiliyyətinin uzunmüddətli qorunub saxlanması 

üçün ən vacib şərt ölkədə davamlı innovativ istehsal münasibətlərinin 

təşkili və inkişafının dəstəklənməsidir. Bu münasibətlərin dəstəklən-

məsi dedikdə, həm texnoloji yeniliklərin tətbiqini, həm də idarəetmədə 

yeni mexanizmlərin işlənib hazırlanmasını nəzərdə tutmaq lazımdır. 

Azərbaycan regional liderliyini möhkəmləndirmək üçün beynəl-

xalq reytinqlərdəki mövqelərini sürətlə yaxşılaşdırmaqda davam etmə-

lidir. İslahatlar reytinqi yüksəltdiyi kimi, reytinqlərin artması da öz sı-

rasında iqtisadiyyatın rəqabət qabiliyyətini və diversifikasiya dərəcəsi-

ni, habelə insan inkişafını sürətləndirəcək, güclü inkişaf öz növbəsində 

yeni islahatları zəruri edərək yüksək reytinqlərə yol açacaq. Azərbay-

canın reytinqlərdə yüksəlməyinin paradoksallığı ondadır ki, beynəl-

xalq ranqlarda yuxarı qalxdıqca marjinal faydalılıq da azalır: yəni aut-

sayderlərdən uzaqlaşdıqca ölkə eyni sayda pillə artırmaq üçün daha 

çox enerji və resurs sərf etməli olur. Əlbəttə, inkişaf etməkdə olan öl-

kələrin sırasını tərk etmək nə qədər asan da olsa, inkişaf etmiş ölkələr-

lə müqayisədə reytinq qazanmaq bir o qədər çətindir. Azərbaycan ya-

xın gələcəkdə beynəlxalq reytinqlərdə ilk 50-likdə mövqelərini güc-

ləndirdikcə qazanılan hər növbəti pillə ölkənin regional liderliyi və 

beynəlxalq reputasiyası nöqteyi-nəzərindən daha çox dividend gətirə-

cək. Azərbaycanın sosial-iqtisadi sahədə reytinqlərinin artması ölkə-

nin strateji əhəmiyyətinin artmasını şərtləndirir. 

Azərbaycanın xarici iqtisadi əlaqələrinin təhlili onu deməyə əsas 

verir ki, bu gün dövlətin xarici iqtisadi siyasət strategiyasında ölkənin 

Dünya Təsərrüfatı Sisteminə  səmərəli inteqrasiya olunması, davamlı 

yüksək artım sürətinin təmin edilməsi, milli iqtisadiyyatın rəqabət qa-

biliyyətinin artırılması və bütövlükdə iqtisadi fəaliyyət üstünlüklərin-

dən tam şəkildə istifadə edilməsi və s. məsələlərə diqqət artırılmalıdır. 

Xarici ticarət  əlaqələrinin təhlili göstərir ki, son qlobal iqtisadi və 

maliyyə böhranının nəticələri də  nəzərə alınmaqla, bu sahədə dövlət 

siyasətin təkmilləşdirilməsinə  və maraqlı  tərəflərin fəaliyyətlərinin 

gücləndirilməsinə böyük ehtiyac vardır. Bunlara-biznes mühiti, isteh-

sal potensialı, ixracın təşviqi, ticarət siyasəti, bazarlara çıxış  və s.-ni 

aid etmək olar. 

Rəqabətqabiliyyətliliyi müəyyən edən mühüm qrup amillərə ölkə-

nin ümumi iqtisadi vəziyyəti ilə bağlı olan amillər aiddir. Ölkədə 

adambaşına düşən ÜDM-in məbləği, inflyasiyanın aşağı olması, siyasi 

və hüquqi sistemin stabilliyi, vergi və gömrük tariflərinin aşağı ol-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



481

ması, ölkədə  və regionlarda inkişaf etmiş infrastrukturun inkişaf sə-

viyyəsi, daxili bazarın həcmi, resurslardan səmərəli istifadə edilməsi, 

rəqabətqabiliyyətli bank sistemi ölkənin beynəlxalq rəqabətqabiliy-

yətliliyini yüksəldən əsas amillərdəndir. Son illər Azərbaycanda apa-

rılan iqtisadi islahatlar nəticəsində bazar prinsiplərinə əsaslanan iqtisa-

di sistem yaradılıb. Onun necə aparılmasından, başa çatıb çatmama-

sından, dünya ölkələrindəki modellərdən nə dərəcədə fərqləndiyi barə-

də fikir söyləmədən qeyd etməliyik ki, Azərbaycanda bazar iqtisadiy-

yatının  əsas prinsipləri həyata keçirilir bu sahədə ilbəil irəliləyiş baş 

verir. Bütün bunlar və dünya bazarında baş verən proseslərin nəticəsi 

olaraq ölkə iqtisadiyyatı inkişaf edir və iqtisadi göstəricilər hər il 

əvvəlki illərə nisbətən yüksəlir. Məhz Dünya İqtisadi Forumunun ha-

zırladığı 2011-ci il üçün rəqabətqabiliyyətlilik göstəricilərində Azər-

baycan makroiqtisadi vəziyyətə görə dünyanın 142 ölkəsi arasında 16-

cı yerdə olub. Bu onu göstərir ki, beynəlxalq ekspertlər gələcəkdə 

Azərbaycanda iqtisadi uğurların daha çox olacağını proqnozlaşdırırlar. 

Ancaq Azərbaycanda qanunvericilik bazasının hələ  də kifayət qədər 

təkmil olmaması, keyfiyyət sertifikatlarının beynəlxalq standartlara 

uyğunsuzluğu, intelektual mülkiyyətin qorunmaması  rəqabətqabiliy-

yətliliyin yüksəldilməsinə mənfi təsir göstərir. 

Ölkənin rəqabətqabiliyyətliliyini müəyyən edən altıncı amil enerji 

effektivliyinin  əldə edilməsidir. Son 5 ildə iqtisadi artımın tempinə 

görə, Azərbaycan dünyanın bütün ölkələrini qabaqlayıb. Beynəlxalq 

təşkilatlar və müstəqil ekspertlər iqtisadiyyatda baş vermiş bu artımın 

növbəti illərdə də davam edəcəyini proqnozlaşdırırlar. Azərbaycanda-

kı bu inkişafın təməlini energetika sektoru təşkil etdiyindən, qarşıda 

duran ən əsas məsələlərdən biri energetika siyasətinin dünyadakı möv-

cud tələblərə uyğun yenidən qurulmasıdır. 

Dünya ölkələrinin təcrübəsi göstərir ki, dayanıqlı iqtisadi inkişaf 

və enerji effektivliyi arasında birbaşa əlaqə mövcuddur. Dayanıqlı iq-

tisadi inkişaf konsepsiyasında qarşıya qoyulan vəzifənin həll edilməsi 

üçün  əsas elementlərdən biri insanların həyat  şəraitinin yaxşılaşdırıl-

masına xidmət edən enerji effektivliyi siyasəti, ətraf mühitin qorunma-

sı  və davamlı olaraq enerji təminatından ibarətdir. Həmin dövrdən 

başlayaraq dünyanın inkişaf etmiş ölkələri iqtisadi inkişaf siyasətinin 

tərkib hissəsi kimi istər hökumət, istərsə də şəxsi biznes səviyyəsində 

istehsal edilmiş məhsulun enerji tutumunun azaldılması üçün tədbirlə-

rin həyata keçirilməsini daha da genişləndiriblər. Bu tədbirlər iqtisa-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə