Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
468
Dünya Bankının araşdırmasına görə isə 1965-1998-ci illərdə neft-
lə zəngin ölkələr qrupuna daxil olan İran və Venesuelada adambaşına
düşən ÜDM orta illik 1%, Liviyada 2%, İraq və Küveytdə 3%, Qətər-
də isə 1970-1995-ci illərdə 6% azalıb. Ümumilikdə neft ixrac edən
(OPEC) ölkələrdə əhalinin hər nəfərinə düşən ÜDM son 30 ildə art-
mayıb, əksinə orta hesabla hər il 1.3% aşağı düşüb. Son 20 ildə təbii
sərvətlərlə zəngin olan 65 ölkə içərisində yalnız Botsvana, İndoneziya,
Mali və Tailandda bu göstəricinin artım tempi 4%-dən az olmayıb.
Bunların içərisində isə yalnız İndoneziyada neft ehtiyatları var.
Ümumiyyətlə, neft ixrac edən ölkələrin əksəriyyətində «Holland
sindromu»nun təzahürləri özünü göstərir. Neft istehsalı və ixracının
artmasından əldə edilən «neft dollarının» valyuta bazarına daxil olma-
sı nəticəsində milli valyutanın möhkəmlənməsi «Holland sindromu»
nun əsas xarakterik xüsusiyyətidir. Neft pullarının artması ilə cəmiy-
yətin ölkənin təbii sərvətlərindən gələn gəlirlər hesabına həyat şərait-
lərinin yaxşılaşdırılması gözləntiləri və tələbləri nəticəsində dövlət,
sosial xərcləri artırır və nəticədə inflyasiya yüksəlir. Milli valyutanın
möhkəmlənməsi nəticəsində ənənəvi ixrac məhsullarının rəqabət qa-
biliyyətinin aşağı düşməsi və qeyri-neft sektoruna aid ixracın səviyyə-
sinin azalması qaçılmaz olur.
Azərbaycanda xaric iqtisadi əlaqələrin əhəmiyyətini göstərən əsas
göstəricilərdən biri də ixrac edilmiş məhsulların ümumi istehsalda
xüsusi çəkisinin və idxal mallarının ümumi tələbdə xüsusi çəkisi gös-
təriciləridir. Qeyd edək ki, iqtisadi artımı xarakterizə edən əsas para-
metrlərdən biri ümumi tələbin strukturudur. İxracın xammal yönümü
üzrə ixtisaslaşması şəraitində isə daxili tələbi stimullaşdırmaq zəruri
məsələlərdəndir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, digər amillər
sabit qaldıqda illik iqtisadi artımı 4-5% saxlamaq üçün daxili tələbin
son artımı ildə 6-7% olmalıdır. Əgər 1995-ci ildə Azərbaycanda ümu-
mi məhsul istehsalının 16.54%-i ixrac olunurdusa, 2009-cu ildə bu
göstərici 37.47%-ə qədər yüksəlib.
İdxalın ümumi təklifdə xüsusi çəkisi 2009-cu ildə 2003-cü ildəki,
39.6% və 2004-cü ildəki 42.1 %, 2005-ci ildəki 36.05%-dən 19%-ə
qədər düşüb ki, bu da yerli məhsulların istehsalının artması ilə əlaqə-
dardır. Bu meyillər həmçinin idxalın daxili tələbdə payının aşağı düş-
məsində də özünü göstərir. Belə ki, 2005-ci ildə daxili tələbin 60%-i
idxal malları hesabına ödənilirdisə, 2009-cu ildə bu göstərici 32%-ə
düşüb. Azərbaycanda iqtisadi artımın gələcək prioritet istiqamətlərin-
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
469
dən biri orta keyfiyyətli idxal mallarının yerli istehsalla əvəz edilmə-
sidir.
Xarici ticarətlə yanaşı, Azərbaycan iqtisadiyyatına xarici investi-
siya qoyuluşu da iqtisadi artımın əsas amillərindən biridir. 1994-cü il-
dən etibarən, Azərbaycan öz iqtisadiyyatını, xüsusən də enerji sektoru-
nu daha da inkişaf etdirmək məqsədilə böyük həcmdə xarici investisi-
yalar cəlb etmişdir. Bütövlükdə, 1995-ci ildən 2014-cü ilə qədər ölkə
iqtisadiyyatına 160 milyard dollar sərmayə qoyulmuşdur ki, onların 50
milyardı neft-qaz sektoruna qoyulan sərmayədir və mütləq əksəriyyəti
xarici sərmayədir. Son illər ərzində Azərbaycan iqtisadiyyatına qoyul-
muş sərmayələrin təxminən 5%-i xarici sərmayə olmuşdur. Təbii ki,
neft sektoruna böyük investisiyaların qoyulmasından sonra, son illərdə
neft sektorunun investisiya qəbulediciliyi aşağı düşmüşdür və paralel
olaraq, neft gəlirlərinin artması kapitaltutumlu malların istehlakına
olan ehtiyacı artırmışdır. Bu da, öz növbəsində, qeyri-neft sektorunda
investisiyaya tələbatın yüksəlməsinə səbəb olmuşdur. Eyni zamanda,
neft sektorunun inkişafı onunla bağlı olan tikinti, xidmətlər və rabitə
sektorları kimi qeyri-neft sektorlarının inkişafına da kömək olur. Yu-
xarıda qeyd edildiyi kimi, biznes mühitində həyata keçirilmiş son isla-
hatlar xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsində öz
rolunu oynamağa başlamışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda xidmətlər ticarəti də, iqti-
sadi artımın yaradılmasına müəyyən qədər təsir göstərib. Bu əsasən re-
gionda böyük nəqliyyat layihələrinin həyata keçirilməsinə görə əldə
edilən gəlir və turizm xidmətlərindən daxil olan vəsaitlər hesabına
mümkün olmuşdur. Qeyd edək ki, Şərq və Qərb arasında əsas körpü
rolu oynamaqla Azərbaycan, dünyanın əsas nəqliyyat və kommunika-
siya mərkəzlərindən birinə çevrilir və bu proses hələ də davam edir.
“Böyük İpək Yolu”, “Bakı-Ceyhan” neft və “Bakı-Ərzurum” qaz kə-
mərləri, “Bakı-Axalkalaki-Qars” dəmiryolu xəttində aparıcı rola malik
olması Azərbaycanın nəinki regionda, həmçinin dünyada iqtisadi-siya-
si cəhətdən mövqeyini və əhəmiyyətini yüksəldir.
Qeyd etmək lazımdır ki, son dövrdə respublikada tarazlaşmış
sosial-iqtisadi inkişafın təmin edilməsində xarici ticarətin həcmi,
nomenklatur strukturu və coğrafiyası böyük rol oynamağa başlayıb.
Qısa müddət ərzində Azərbaycan özünün iqtisadi potensialını xeyli
artırıb və neft-qaz sektorunun dirçəlməsi sayəsində ölkənin imici, geo-
siyasi əhəmiyyəti nəinki regionda, həm də bütün dünyada daha da
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
470
yüksəlib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, xarici tica-
rətin liberallaşması, ölkə iqtisadiyyatına xarici və daxili investisiya
qoyuluşalrının artması, sahibkarlığın inkişafına dəstək verilməsi, əha-
linin real gəlirlərinin yüksəlməsi, regionların inkişafı, iri infrastruktur
layihələrin həyata keçirilməsi və ən əsası neft-qaz hasilatının artması
xarici ticarət dövriyyəsinin həcminin artmasında əsas rol oynamışdır.
Xarici ticarət dövriyyəsinin stabil inkişafı isə əhəmiyyətli dərəcədə
ÜDM-in istehsalına və ölkənin digər makroiqtisadi göstəricilərinə
təsir göstərib.
Xarici ticarət sahəsində əsas problem xarici ticarətin əmtəə, ölkə
və regional strukturunda təmərküzləşmə və konsentrasiya riskinin bö-
yük olmasıdır. Əvvəla, ixrac olunan malların əksəriyyəti ölkənin mü-
qayisəli üstünlüyünə əsaslanmır və istehsal prosesinin nəticəsi deyil.
İkincisi, ixrac mallarının nomenklaturası çox aşağıdır. Cəmi 2-3 çeşid
mal ümumi ixracın 80%-dən çoxunu təşkil edir. Belə ki, Azərbay-
canda ixracın strukturunun əsasını neft və neft məhsulları təşkil edir.
Statistik məlumatlara görə, 2010-cu ildə 10 adda məhsulun ixracda
xüsusi çəkisi 2005-ci ildə 84.43 %, ÜDM-də isə 29.24 % təşkil etsə
də, 2010-cu ildə artaraq müvafiq olaraq 94,6% və 39% olub.
Ölkədən ixrac edilən bir-neçə məhsulun ümumi ixracda xüsusi
çəkisi yüksək olmaqla yanaşı, ÜDM-də böyük paya malikdir. 2008-ci
ildə “Əsrin Müqaviləsi” çərçivəsində “Azəri-Çıraq” yataqlarından neft
hasilatı və ixracı ilə əlaqədar olaraq bu məhsulların ÜDM-də xüsusi
çəkisi 96.4% təşkil edib. Sonrakı illərdə bu göstərici bir qədər azalsa
da, hələ də yüksək olaraq qalır. Son 10 ildə Azərbaycanın ixracının
əsas hissəsini neft və neft məhsulları, o cümlədən xam neft, yüngül
neft distillatları, aviasiya benzini, qaz, kerosin, neft yağları, daha sonra
isə alüminium oksidi və xam alüminium, qoz-fındıq, polietilen, pam-
bıq, səkər, təzə meyvələr və s. təşkil edir. Baxılan dövrdəki ixrac və
idxal olunan məhsulların sayının dinamikası da təhlil edilərkən müəy-
yən olunur ki, hazırda Azərbaycanın ixrac məhsullarının ümumi sayı
(6 rəqəmli HS sistemi üzrə) 2071-dir. 2001-ci illə müqayisədə ixrac
siyahısında 491 məhsul artmışdır. İdxal olunan məhsulların sayı isə
2001-ci ildə 2466 olduğu halda, 2009-cu ildə artıq 3545-ə çatmış, yəni
1079 sayda məhsul artmışdır. İdxal məhsullarının say artımı ixracla
müqayisədə 2,2 dəfə çox olmuşdur. Ümumiyyətlə isə, 2001-2009-cu
illər ərzində idxal olunan məhsulların sayı ixrac olunan məhsulların
sayından orta hesabla 4 dəfə artıq olmuşdur.
Dostları ilə paylaş: |