AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
457
yin formalaşdırılması və bu yolla tələbə təsiretməni artırmaq olduqca
vacibdir.
2. Bundan əlavə, xarici iqtisadi fəaliyyətin artırılmasına istiqa-
mətlənən sənayenin struktur yenidənqurmasını təmin etməyə imkan
verən dövlətin innovasiya siyasəti dünya bazarında sənaye müəssisələ-
rinə rəqabət üstünlüklərini təmin edən texnologiyaların aşkar edilməsi
və ölkəmizə gətirilərək sahə strukturlarının fоrmalaşması istiqamətin-
də aparılmalı, bunun üçün isə regionlarda yeni yüksək texnologiyalı
sənaye müəssisələrinin elmi-tədqiqat və innovasiya fəaliyyətini təmin
edən kompleks proqramlardan gеniş istifadə оlunmalıdır.
3. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqra-
siya məsələləri
Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyası ge-
nişləndikcə dünyada gedən iqtisadi proseslər, ölkəmizin dünya iq-
tisadiyyatında yeri və rolu əsas müzakirə obyektlərindən birinə çevri-
lib. Qloballaşmanın sürətləndiyi indiki dövrdə dünyada gedən iqtisadi,
siyasi və sosial dəyişikliklər birbaşa və dolayı yollarla Azərbaycan iq-
tisadiyyatına təsir göstərir. Bu baxımdan dünya iqtisadiyyatının hazır-
kı vəziyyəti və ölkəmizin bu proseslərdə iştirakının öyrənilməsi xüsu-
silə əhəmiyyətlidir.
Qeyd edək ki, hələ 50-60 il əvvəl dünya iqtisadiyyatının gələcəyi
ilə bağlı irəli sürülən bədbin proqnozların çoxu bu gün özünü doğrult-
mur. 1950-1960-cı illərdə belə bir təhlükə var idi ki, əhalisi sürətlə ar-
tan Çin, Hindistan, İndoneziya kimi inkişaf etməkdə olan ölkələrdə
əhalinin ərzağa tələbatı ödənilə bilməyəcək və bu ölkələrdə aclıq, sə-
falət baş verəcək. Ancaq kənd təsərrüfatında baş verən yaşıl inqilab-
dan və bu ölkələrdə iqtisadi inkişafa yönəlik aparılan iqtisadi islahat-
lardan sonra belə bir təhlükə aradan qaldırıldı. Əksinə, hazırda Çinin
dünya ÜDM-ində xüsusi çəkisi artaraq 15.4% təşkil edib (alıcılıq qa-
biliyyəti pariteti ilə hesablananda) və 1992-ci ildən başlayaraq Çində
iqtisadi artım, demək olar ki, hər il dünyada ÜDM-in 0.1% artmasına
səbəb olub. ÜDM-in həcminə görə isə Çin 2009-cu ildə Yaponiyanı
qabaqlayaraq dünyada ABŞ-dan sonra 2-ci yerə çıxıb.
Ümumiyyətlə, 2008-ci il dünya iqtisadiyyatında neçə illərdir da-
vam edən yüksək artımın dayanması ilə tarixə düşdü. Dünya iqtisadiy-
yatında aparıcı mövqeyə malik olan ölkələrdən (ABŞ, Yaponiya, Çin,
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
458
Böyük Britaniya, Hindistan,
Almaniya, Fransa, İtaliya, Rusiya) heç
biri qlobal böhranın təsirindən yaxa qurtara bilmədi. Statistik məlu-
matlara görə, dünya üzrə ÜDM-in təxminən 70 faizi bu ölkələrdə for-
malaşır (bu ölkələr həmçinin «trilyonluq» ÜDM-i olan ölkələr adlan-
dırılır), Yer kürəsi əhalisinin təqribən yarısı onların payına düşür. Bu
ölkələrdə iqtisadi artım templərinin zəifləməsi nəticəsində dünya üzrə
orta illik artım tempi 2 dəfəyədək azalaraq 2007-ci ildəki 5.7 faizdən
2,8 faizə endi. 2008-2009-cu illərdə dünyada baş vermiş iqtisadi böh-
ran və onun nəticələri onu göstərdi ki, süni mənbələr hesabına yaradıl-
mış iqtisadi artım tez bir zamanda durğunluq və böhrana çevrilə bilər.
Bu baxımdan dünya ölkələrində iqtisadi inkişafın əsas məqsədi həyat
səviyyəsinin keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu da təkcə əhalinin
gəlirlərinin artırılması ilə deyil, həmçinin yüksək təhsil, səhiyyə və qi-
da, yoxsulluğun azaldılması, ətraf mühitin qorunması, imkanların ey-
niləşdirilməsi, şəxsi azadlığın genişləndirilməsi və mədəni həyatın tə-
min edilməsində öz əksini tapmalıdır. Bu gün dünya ölkələrinin prak-
tikasından aydın olur ki, makroiqtisadi siyasətin əsas istiqamətləri iqti-
sadiyyatda əmək məhsuldarlığının və səmərəliliyinin artırılması, enerji
effektivliyinin təmin edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalına
şərait yaradılması, elmi-texniki proqres, resurslara qənaət və təsərrüfat
subyektlərinin dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin
etmək olmalıdır.
Dünyada baş vermiş son iqtisadi böhran Azərbaycan üçün də
müəyyən nəticələr əldə olunmasına imkan verdi:
1) Azərbaycan hökuməti baş vermiş böhrana zamanında reaksiya
verdi və antiböhran tədbirləri həyata keçirməyə başladı. Böhran son
on ildə həyata keçirilən makroiqtisadi siyasətin – geniş həcmli infra-
struktur layihələrin həyata keçirilməsilə yanaşı, neft gəlirləri hesabına
strateji valyuta ehtiyatlarının artırılmasının doğru olduğunu göstərdi;
2) Bir daha təsdiq olundu ki, son illər əldə edilmiş sürətli iqtisadi
artım zəruri olsa da, kifayət deyil. Əsasən iqtisadi artımın keyfiyyət
amillərinin hesabına artması və iqtisadi inkişafın əldə olunması Azər-
baycan iqtisadi strategiyasının ən prioritet istiqamətidir. Azərbaycan
iqtisadiyyatının gələcəkdə baş vermiş qlobal iqtisadi böhranlara qarşı
dayanıqlığı tamamilə bundan asılı olacaq;
3) Böhran onu göstərdi ki, iqtisadiyyatın diversifikasiyası və mo-
dernləşməsi qaçılmaz bir zərurətdir. İqtisadiyyatın modernləşməsi icti-
mai həyatın bütün tərəflərini - texnoloji, institutlar və ideologiyanı
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
459
əhatə etməlidir. İqtisadiyyatın modernləşməsi üçün insan kapitalının
inkişafı, enerji effektivliyi və institutların keyfiyyətinin yüksəldilməsi
vacibdir.
Dünya ölkələrində iqtisadi artım templəri (%-lə)
1993-
2002
2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2016
Dünya
3.3 3.6 4.9 4.6 5.3 5.4 2.8 -0.7
5.1 4 4 4.9
İnkişaf etmiş
ölkələr
2.8 1.9 3.1 2.7 3.1 2.8 0.1 -3.7
3.1 1.6 1.9 2.7
İnkişaf
etməkdə olan
ölkələr
4.1 6.2 7.5 7.3 8.2 8.9 6 2.8 7.3 6.4 6.1 6.7
MDB ölkələ-
ri, Gürcüstan
və Monqo-
lustan
-1.2 7.7 8.1 6.7 8.9 8.9 5.3 -6.4
4.6 4.6 4.4 4.2
Azərbaycan
-1.4 10.5 10.2 26.4 34.5
25 10.8 9.3 5 0.2 7.1 2.3
Rusiya
-0.9 7.3 7.2 6.4 8.2 8.5 5.2 -7.8
4 4.3 4.1 3.8
Ermənistan
4.4 14 10.5 13.9 13.2 13.7 6.9 -14 2.1 4.6 4.3 4
Gürcüstan
... 11.1 5.9 9.6 9.4 12.3 2.4 -3.8
6.4 5.5 5.2 5
Qazaxıstan
0.3 9.3 9.6 9.7 10.7 8.9 3.2 1.2 7.3 6.5 5.6 6.4
Özbəkistan
1.9 4.2 7.4 7 7.5 9.5 9 8.1 8.5 7.1 7 6
Qeyd edək ki, hələ 90-cı illərin əvvəlində iqtisadiyyatda baş ver-
miş dərin tənəzzül Azərbaycanda adambaşına düşən ümumi daxili