Microsoft Word Azf-279258. doc


Əmisi Hacı Yusasif Zeynallı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

 
82
Əmisi Hacı Yusasif Zeynallı 
 
Kəmalə  təkcə Firudinin qızı yox, bütün el-
obanın sevimli balası idi. O cümlədən mənim. 
 
Mən həmişə öz qızlarıma nümunə çəkir, onunla 
fəxr edir, bütün məclislərdə onun tərbiyəsindən, 
savadından ağız dolusu danışa bilirəm. Çünki o, bütün 
tədbirlərimizin yaraşığı idi. 
 
Kəmalə  nəslimizin fəxri, kəndimizin yeganə 
qadın həkimi idi. 
 
O gün, yəni dekabrın 23-də  mənə  zəng vurub 
dedilər ki, Kəmaləni qaz vurub. Öz-özümə fikirləşdim 
ki, bəlkə elə bir ciddi şey yoxdur. Gedim atasını 
universitetdən götürüm gedək. Atası, yəni mənim 
böyük qardaşım Azərbaycan Dövlət Pedaqoji 
Universitetində Fizika fakültəsinin Nəzəri fizika 
kafedrasının dosentidir. 
 
Mən gedib qardaşımı götürüb Hövsana gedənə 
kimi xeyli vaxt keçdi. Kaş  mən vaxt itirməyib faciə 
barədə  xəbər bilən kimi gedib onu xəstəxanaya 
çatdıraydım. Onda bəlkə toksikoloqlar yardım edə 
biləydilər. Axı müasir təbabətin çox geniş imkanları 
var. Müasir tibbi avadanlıqlarla, necə deyərlər ölünü 
diriltmək olar. Əfsuslar olsun ki, Kəmaləni ölümdən 
xilas edən tapılmadı. 
 
İndi mən vaxtında getməməyimi özümə 
bağışlaya bilmirəm. 
 
Allah rəhmət eləsin, əziz balam! 


 
83
 
Bibisi  Rəfiyeva  Göyçək 
 
Mənim qız övladım olmayıb. Kəmalə mənə qız 
idi. Doğrudur, qardaşlarımın qız övladları çoxdur. 
Hamısıda mənə əzizdir. Ancaq Kəmalənin öz yeri, öz 
sanbalı var idi. Kəmalə  həm də  mənə ana əvəzi idi. 
Anamın xasiyyətləri onda əks olunmuşdu. Hər gün ya 
o mənə, ya da mən ona zəng vurub hal-əhval tuturduq. 
Anamın itkisi mənə o, qədər təsir etməmişdi, nəinki 
Kəmalə. 
Gözlərim bir az zəifləyib. Onun müalicəsini, 
dava-dərmanını telefon vasitəsilə ondan alırdım. 
Kəmalə  ən istəkli qardaşım qızı olmaqla 
bərabər demək olar ki, həm də ailə həkimimiz idi.  
 
Allah rəhmət eləsin,  əziz balam! 
 
 
 
  
 
 
 
 
 
 
 
 


 
84
Qardaşı Ceyhun Zeynalov 
 
 Ailəmiz çox xoşbəxt idi. Onların iki övladı var 
idi. Bacım Kəmalə və mən. 
 Bizim 
uşaqlığımız nə  qədər  şən və  nə  qədər 
firavan keçmişdi, onu bir allah bilir. Hamısıda 
bacımın səbəbinə. 
 Vişnovka deyilən yerdə xalam Xalidəgilin 
bağları var idi. Hər il biz bütün yayı orada qalırdıq. 
Anam elmi işçi idi. Hər gün işə gedirdi. Biz atamla 
qalırdıq. Bağda çoxlu ilbiz var idi. Kəmalə onları 
yığıb suya tökürdü. və mənə deyirdi:-qaqaş, sənə sup 
bişirərəm, ağlama. 
 
Atam taxtadan bir ev kimi düzəldib yazı taxta-
sıda asmışdı. Həmin lövhədə bacım mənə yazı 
yazdırır, hesab öyrədir, özünün uydurduğu nağıllardan 
danışırdı. 
 Anam 
taxıl biçini vaxtı rayona ezamiyyətə 
getmişdi (Axı o, Əkinçilik institutunun elmi işçisi idi). 
Oradan bir dovşan balası  gətirmişdi. Hər gün bacım 
onu çimizdirir, sığallayır və yatırırdı. Bu işdə  mən 
onun köməkçisi olurdum. Bir gecə qapı açıq qaldı-
ğından dovşan getmişdi. Maraqlı orası idi ki, həmin 
dovşan gecələr gəlir, gündüzlər yox olurdu. Bir aydan 
sonra ondan bir xəbər olmadı. Kəmalə onun xiffətini 
çox çəkdi. 
 Biz 
demək olar ki, qoşa qanad idik. Bacımın 
ölümü məni tək qanad etdi. İndi mənim bacımın ruhu 
qarşısında and içirəm ki, nə  qədər canımda can var, 


 
85
onun mənə elədiklərini bir cüt qoyub getdiyi balala-
rına qaytarım. Onları bircə balam olan Atilladan 
fərqləndirməyin. 
 
Rahat yat əziz bacım! 
Allah rəhmət eləsin. Qəbrin nurla dolsun. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
86
 
Qardaşının yoldaşı, əmisi qızı  
Vüsalə Zeynalova 
 
 
Kəmalə ilə biz təxminən eyni yaşıd olan əmi 
qızları, bir cüt su sonası idik. O, kəndimizə  gələndə 
qoşa gəzirdik hamı bizə həsəd aparırdı. 
 
Kəmalə mütaliəni çox sevirdi. Kitab əlindən 
düşmürdü. Elə bu inadkarlıq onu Azərbaycan Tibb 
Universitetinə gətirib çıxardı. 
 Tale 
elə gətirdi ki, mən öz əmim oğlu Ceyhunla 
ailə qurum. Uzun müddət övladımız olmadı. Kəma-
lənin məsləhəti və  təkidi ilə  İrana getdik müalicə 
aldıq. AllahKəmalənin bu arzusunu yerinə yetirdi, bir 
oğlumuz oldu. Adını Atilla qoyduq. Bibisinin torpağı 
sanı yaşasın. 
 
Mən möcüzələrə inanmıram. Amma Kəmalənin 
ölümü məndə pis gözə, pis nəfəsə inam yaratdı. Mənə 
elə gəlir ki, Kəmaləni pis göz (bədnəzər) və pis nəfəs 
əlimizdən aldı. 
 
Allah rəhmət eləsin, ruhu şad  dolsun. 
 
 
 
 
 
 
 


 
87
 
 
Şagird yoldaşı, yaxın rəfiqəsi 
Kəmalə İsmayılova 
 
 
Kəmalə  mənim qoşa qanadımın biri idi. Mən 
onunla nəfəs alırdım. Onun itkisi mənim cavan 
qəddimi  əydi. Biz sadəcə  rəfiqə yox, bacı olmuşuq. 
Hələ  məktəbdə oxuyarkən o qədər bir-birimizə alış-
mışdıq ki, bir an belə özümü onsuz təsəvvür etmirdim. 
 
Bizim bu uşaqlıq dostluğu sonralar ailəvi 
dostluğa çevrildi. Bütün problemlərimizi birlikdə həll 
edirdik. 
 
Kəmalə  uşaqlarımı özününkündən ayırmazdı. 
Nə deyim Allah onu xeyirxahlıq nümunəsi, simvolu 
yaratmışdı. heyif ki, tez aramızdan getdi. O, mən nə  
yaşayıram, mənimlə yaşayacaq. Heç vaxt qəlbimdən 
silinməyəcək. 
 
Allah rəhmət eləsin. Qəbri nurla dolsun,  
yeri behiştlik olsun. 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə