6
Buna baxmayaraq o, yenə də fəryad qoparır,
ahu naləsi necə deyərlər aləmi bürüyür.
Ədəbiyyatda anaya, ana məhəbbətinin böyüklüyünə,
müqəddəsliyinə həsr olunmuş müxtəlif səpgili əsərlər
yazılmış, oxuculara təqdim olunmuşdur. Firudin
müəllimin yazdığı bu şeirlər mən deyərdim ki, ata
məhəbbətinin təcəssümü, ata faciəsinin poetik
ifadəsidir. Onun şeirlərini oxuduqca övlada olan
məhəbbətin böyüklüyünü hiss edir, duyursan. O, bu
məhəbbətini daşa torpağa yönəldir və deyir:
Əzizim qaşı yaxşı,
Kipriyi,
qaşı yaxşı.
Qızım yatan məzarın,
Torpağı, daşı yaxşı.
Bəli, Firudin müəllimə göz dağı olan balasının məzarı
elə o, balanın xatirinə onun üçün müqəddəsləşir,
gözünə qızının məzarının “torpağı, daşı yaxşı”
görünür. Onun şeirlərində ata məhəbbətinin
müqəddəsliyi, ülviliyi aydın şəkildə sezilir. Bu şeirlər
oxucuya müəllifin necə ürək sahibi, necə ata olduğunu
göstərir. O əziz övladını vaxtsız itirəndən sonra dünya
gözlərinə tamam qara rəngdə görünür və bna görə də
yazır:
Gülşəni sar olubdu,
Yarpaqlar
saralıbdı.
Balam əkdiyi güllər,
Bəs niyə qaralıbdı?!
Günlər bir-birini, aylar ayları, fəsillər fəsilləri əvəz
edir və Firudin müəllim başına gələn faciənin
7
həqiqiliyinə inanmır, ümid onu yaşadır, fəqət dərd
inlədir:
Yaram qövr eyləyir, yaram irilir,
İlahi sirrini ilahi bilir.
Torpağa can gəlir, hər şey dirilir,
Tək sən dirilmirsən, ay nakam qızım.
Firudin
müəllimin şeirlərini oxuduqca, üz verən
faciənin dəhşəti adamı ağrıdır, göynədir və
düşünürsən ki, bu ağırlığa, bu dəhşətə dözmək hər
kişinin işi deyil. Firudin müəllim dözür, yaşayır,
ümidin əlindən tutub nəvələri Orxanı, Nəcəfi yerbəyer
etməyi düşünür. Allah səbir versin, Firudin müəllim!
Allah kömək olsun!
Vaqif Nəsir
Professor, şair-publisist Azərbaycan
Yazıçılar Birliyinin üzvü
8
I BÖLÜM
Kəmalənin ömür yolu
Ömrü qısa oldu, yolu çox uzun,
Ləzzətin görmədi baharın, yazın.
Xalq ancaq sevdiyi insanları yaddaşında saxlayır
deyiblər, qızım. Sən də sevilənlərdən olmusan.
İnsan var, xoşbəxtliyi özü ilə birlikdə doğulur,
onunla birlikdə ömrünün axırına qədər yol gedib,
yoluna işıq saçır. İnsanda var bədbəxtliyi özündən
qabaq dünyaya gəlib, onu qarabaqara, dabanbasara
izləyib yol yoldaşı olur, yoluna qara tikan əkir, qara
çuxasını başının üstündən əsirgəmir qızım. Səndə bu
ikincilərdən oldun əziz balam.
Ömrü
yarımçıq, arzuları bitməmiş qalan əziz
qızım Kəmalə Zeynalova (Hüseynova) 1975-ci ilin
may ayının 14-dəYasamal (keçmiş Oktyabr
rayonunda) doğulmuşdur. Doğulduğu gün ömrümüzə
xoşbəxtlik gətirmişdir. Nə biləydik ki, bu xoşbəxtliyin
ömrü çox qısa olacaqmış. Atalar yaxşı deyib: “Sən
saydığını say gör fələk nə sayır”.
Kəmaləm 1982-ci ildə Yasamal (keçmiş
Oktyabr) rayonunun 13 saylı orta məktəbinin birinci
sinfinə getdi. İkinci sinifdə oxuyakən məktəbə
yoxlama gəlir. Onun qabiliyyəti ilə tanış olan
komissiya
sədri professor Yəhya
Kərimov məktəbin
pedaqoji şurasında deyir: “Əgər bu qız məktəbi qızıl
9
medalla qurtarmasa mən hesab edirəm ki, günah
müəllimlərdə olar”.
1987-ci ildə yaşayış yerimizi
dəyişdiyimizdən Kəmalə balam Suraxanı
(Orconikidze) rayonunun Hövsan qəsəbəsindəki 176
saylı orta ümumtəhsil məktəbinin 6-cı sinfində
oxumağa başlayıb. Həmin məktəbi 1991-ci ildə
bitirib. ATU-nun malicə profilaktika fakültəsinə daxil
olub (Yeri gəlmişkən həmin il test üsulu respublikada
ilk dəfə tətbiq olunurdu. Kəmalə ən yüksək bal
toplamışdı).
Oranı 1998-ci ildə bitirib, Suraxanı rayonundakı
birləşmiş xəstəxanasında işə başlayıb.
2014-cü ilin dekabr ayının 23-də 38 yaşında
dünyasını dəyişib.
Sənin yoxluğuna heç kim inanmır,
inanmayacaqlar da, əziz balam. Elə bu yaşda, bu
görkəmdə, bu baxışda qəlblərə köçdün. Ölüm
sevinməsin qoy. Sən Allahın sevimli bəndələrindən
olmusan, mənim nakam balam. Tanrı sevdiyi
bəndələri tez aparıb ölməzliyə qovuşdurur.
Meşəyə gedən əyri ağacı kəsmir, hamı düz
axtarıb, düzü kəsir. Düz hamıya lazımdı. Əməli, istəyi
düz, arzusu pak, ürəyi təmiz, qəlbi kövrək (bir az da
niskilli), səbirli, təmkinli, hamının sevincinə şərik,
kədərinə ortaq olanlar o, qədər azdırmı ki, sənə növbə
tez çatdı. Çox olsa nə olardı sənə də növbə gec
çatardı, balalarını yerbəyer edərdin. Ölüm düz 38 il idi
10
ki, sənin kimi birisini axtarırmış mənim Kəmalə
qızım.
Ölümlə qol-boyun olub getdin. Heç biz tərəfə
baxmadın da. Ömür gün yoldaşına, balalarına, atana,
anana, qardaşına, qohumlarına, səndən ümüd
gözləyən, şəfa diləyən xəstələrinə bir sözlə səni
istəyənlərə, bütün insanlara dağ çəkdin. Niyə belə
insafsızlıq elədin ay nainsaf. Niyə anan Emilyanın
qara saçlarına qar yağmalıydı? Atanın qəddi kamana
dönməliydi, ürəyinə dağ boyda dağ çəkilməliydi?
Nəcəfin, Orxanın ürəyinə ana dərdi çəkilib
ömürlərinin axırına kimi onları sızıldatmalıydı? Niyə?
Kədəri sevincindən çox, gecəsi gündüzümdən
uzun qarası qırmızısından tünd yarımçıq nakam bir
ömür yaşadın əziz balam. Bir yarımçıq ömürdə neçə
ömür yaşadın: sadə və kasıb tələbə ömrü,
valideyinlərinə Tanrı kimi sitayiş edən övlad ömrü:
Günəş işığına həsrət qalan gözlülərə işıq bəxş edə
həkim ömrü; ailəsini, balalarını canından artıq sevən,
bəxtikəm balalarının kədər yükünü çəkən ana ömrü,
gecəsi narahat, gündüzü həyəcanlı həmişə insanlara
xoşbəxtlik arzulayan həkim ömrü: şirin, məlahətli,
aydın səsilə, mülayim təbiətli,gülərüz sifətilə
pasientlərinin ürəyinə köçən həkim ömrü: böyüklə-
böyük, kiçiklə-kiçik heç kəsi özündən narazı
salmayan, həkimlik peşəsinin vurğunu olan, ləyaqətli,
namuslu, şərdən-xətadan, kindən-küdurətdən, dedi-
qodudan uzaq olan insan ömrü.
Dostları ilə paylaş: |