müharibələr meydanından kənarda qalan Quba əsrin sonuna qədər öz iqtisadi və
siyasi əhəmiyyətini saxlamışdı.
Azərbaycanda bazar münasibətləri əsasən hakim feodal sinfinin
mənafeyinə xidmət edirdi. Şah başda olmaqla feodallar öz vasitəçilərinin köməyilə
ticarətdə, xüsusilə xarici ticarətdə iştirak edirdilər. Azərbaycan şəhərləri, ilk
növbədə Bakı, Təbriz, Naxçıvan, Ordubad və Şamaxı Səfəvilərin daxili
ticarətində müstəsna rol oynayırdı. Marağa, Mərənd, Qarabağ və Muğanda döyüş
atları yetişdirilirdi. Qarabağda, Mərənddə, Marağada xüsusi ilxılar var idi.
Ş
amaxıda, arıçılıq inkişaf etmişdi. Dəmirçi, misgər, toxucu, dulusçu, boyaqçı,
xarrat, dərzi, zərgər və başqaları müxtəlif əsnaflarda birləşirdilər. Belə əsnaflar
daha çox Gəncə ətrafında yerləşirdilər.
Azərbaycan şəhərləri qonşu ölkələrlə sıx ticarət əlaqələri saxlayırdı. Qonşu
ölkələrlə yanaşı qərblə də ticarət əlaqələri var idi. Volqa-Xəzər yolu, həmçinin
Azərbaycandan keçən quru ticarət yolu beynəlxalq əhəmiyyət kəsb edirdi. Bakı
liman şəhəri idi və tranzit ticarətdə mühüm yer tuturdu.
Şirvan, Xoy, Gəncə, Bakı, Təbriz, Marağada pambiq, Gəncə, Şamaxı,
Təbriz, Ərdəbil, Marağa və Naxçıvanda çəltik və paxla yetişdirilirdi.
Şəhərlərdə bütün hakimiyyət iri torpaq sahibi olan bəylərbəyinin əlində idi.
Hər bir şəhərdə mərkəzi hakimiyyətin, yerli torpaq sahibliyinin səlahiyyətini öz
ə
lində cəmləşdirən hakimlər, həmin səlahiyyətlə də mülki bürokratiya fəaliyyət
göstərirdi.
34.XVIII Ə
SR N Ə
VVƏ
LLƏ
R NDƏ
XƏ
ZƏ
RSAH L V LAYƏ
TLƏ
R N
RUSLAR TƏ
RƏ
F NDƏ
N ŞĞ
ALI. PETERBURQ RAZILAŞ
MASI.
Hər zaman Azərbaycan öz strateji mövqeyi, təbii sərvətləri, xammal
ehtiyatları ilə qonşu ölkələrin, xüsusilə, Rusiyanın diqqətini cəlb edib. Rusiya hər
zaman Azərbaycanı isğal etməyə can atıb. Öz gücünü bərpa edən1721-ci ilin
Nistad sülhü ilə özünü imperiya elan edən, Avropaya, dənizlərə yol açan Rusiya
Azərbaycanın Xəzəryanı sahələrini isğal etməyi qərara alır. Bu yürüşün əsas
məqsədi Xəzər dənizinin qərb sahilini ələ keçirmək və imkan daxilində burada
möhkəmlənmək idi. XVIII əsrin əvvəllərində Rusiyanın Xəzəryanı bölgələrini
isğal etmək siyasəti ilə Osmanlı dövlətinin siyasəti toqquşurdu.Osmanlı dövləti
Rusiyanın bu əraziləri isğal etməsinə öz etirazını bildirir. Buna görə də I Pyotr
məsələnin həllini gələcəyə saxlamağı qərara alır.
Sonradan Rusların Xəzəryanı vilayətlərə soxulmağı üçün bəhanə tapılır. Guya
Rusiya Şirvan üsyanı zamanı öldürülən tacirlərinin intiqamını almaq üçün bu
ə
razilərə qoşun göndərir. Ancaq bu sadəcə I Pyotrun əsas məqsədini pərdələmək
üçün bir vasitə idi. I Pyotrun gəlməyini eşidən Hacı Davud kömək üçün Osmanlı
sultanı II Əhmədə müraciət edir. Əhməd bu təklifi qəbul edir. Bununla da Osmanlı
Türkiyəsi Azərbaycanın daxili işlərinə qarışmaq üçün yaxşı fürsət əldə edir. Rusiya
həm inkişaf etməkdə olan manufaktura sənayesini xammalla təmin etmək üçün,
həm də Osmanlının burada möhkəmlənməsinin qarşını almaq üçün isğalını
sürətləndirir.1722-ci ildə I Pyotr Həştərxan əzazisindən işğala baslayır. Digər
ə
razilərdə isə ona qarşı ciddi müqavimət göstərilmirdi. Çünki səfəvi sərkərdələri
qüvvələrin fərqini başa düşərək döyüşmürdülər. I Pyotr din amilindən istifadə
edərək xalqı da öz tərəfinə çəkirdi. O, xristian əhaliyə onları müsəlmanların
zülmündən xilas etməyə gəldiyini bildirirdi. Müsəlman əhaliyə isə bu ərazilərə
işğal üçün yox, əmin-amanlıq yaratmaq üçün gəldiyini inandırmağa çalışırdı.
Hətta bunun üçün Azərbaycan dilində Bəyannamə də qəbul edir. Əlbəttə, bu onun
öz riyakar planının üstünü örtmək üçün vasitə idi. 1722-ci ilin avqustunda rus
qoşunu Dərbəndə çatır. mamqulu bəy şəhərin açarını I Pyotra verir. I Pyotr
sveçin müharibə təhlükəsi yaratmağına görə geri qayıtmağa məcbur olur, yerinə
isə Matyuşkini komandir təyin edir. I Pyotrun əmri ilə 1722-ci ilin dekabrında
Rəst şəhəri tutulur, 1723-cü il iyulun 6-da rus eskadrası Bakı körfəzinə daxil olur.
Məhəmməd Hüseyn bəyin müqavimət göstərməsinə baxmayaraq, rus qoşununun
top atəşləri nəticəsində şəhər 1723-cü il iyulun 23-də zəbt edilir. Bakının
tutulmasına I Pyotr o qədər sevinir ki, onun əmri ilə Sank-Peterburqda yaylım atəşi
açılır. Bakı xanı isə həbs olunaraq Roqaçevskə sürgün olunur. Bakıdan sonra rus
qoşunu Salyanı da asanlıqla ələ keçirir.
1723-cü il sentyabrın 12-də II Təhmasibin Sank-Peterburqa göndərdiyi elçisi
smayıl bəy şahdan xəbərsiz Rusiya ilə razılaşma imzalayır. Səfəvi şahı bu
razılaşmanı tanımasa da, 1724-ci ildə demək olar ki, eyni şərtlərlə yeni müqavilə
imzalandı. Rusiya ilə Səfəvi arasında bağlanan Peterburq müqaviləsinə görə
Xəzəryanı bölgələr-Səfəvilərin Dərbənddən Gilana qədər olan torpaqları (Dərbənd,
Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəli) Rusiyaya ilhaq edilir. Bunun əvəzində isə
Rusiya Səfəvi şahına əfqanlarla mübarizədə hərbi yardım edəcəyini öz üzərinə
götürür. Lakin Səfəvi şahı bu müqaviləni təstiq etmir. Beləliklə də, rusların
Xəzəryanı bölgələrə olan 1722-1723-cü il isğalları başa çatır.
Öz növbəsində Osmanlı Türkiyəsi Azərbaycanın Cənublu-Şimallı qalan
torpaqlarını qısa vaxtda işğal edir. Türk qoşunlarının Qafqaz ərazilərinə irəliləməsi
Rusiyanı narahat etməsə də yenidən bir neçə istiqamətdə müharibə aparmağın
çətinliyini başa düşən Rusiya Türkiyə ilə sülh danışıqları aparmağa məcbur oldu.
1724-cü il iyulun 12-də stanbulda Rusiya ilə Türkiyə arasında sülh müqaviləsi
imzalandı. Əslində 1723-cü ilin Peterburq razılaşması təsdiq olundu.
35. AZƏ
RBAYCAN NAD R Ş
AH Ə
FŞ
ARIN HAK M YYƏ
T DÖVRÜNDƏ
Səfəvi şahı II Təhmasibin uğursuz daxili və xarici siyasəti, Azərbaycanın
ə
slində Rusiya və Türkiyə arasında işğal zonasına bölünməsi ölkədə vəziyyəti son
dərəcə ağırlaşdırdı. Belə bir şəraitdə vaxtilə Xorasana köçürülmüş Əfşar
tayfasından olan Nadir xanın yüksəlməsi başlayır. Onun başçılığı ilə ruslar əvvəlcə
Kürün sol sahil zonasından (1732-ci ilin Rəşt müqaviləsinə görə) sonra isə
bütövlükdə Cənubi Qafqazdan (1735-ci ilin Gəncə müqaviləsi ilə) uzaqlaşdırıldı.
Bunun ardınca 1735-ci ilin sonunda Türk qoşunları Ön Qafqazdan çıxarıldı. Hələ
1732-ci ildə II Təhmasibi taxtdan salaraq yerinə kiçik yaşlı III Abbas kimi