Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

~ 37 ~
(1887‐ci il)
Əli bəy Hüseynzadə
Əlimərdan bəy
Topçubaşov
Nəsiir bəy Tahirov
Erməni Milli Şurasının nümayəndələri açıq-aşkar yerli müsəlman 
əhalisinə, Azərbaycan xalqına qarşı terror və təxribat törədirdilər. 
1905-ci ilin fevral ayının ilk ongünlüyündə Bakıda qırğınlar 
törədildi, dinc əhali dəhşətli günlər yaşadı. Beləbir ağır  şəraitdən 
çıxmaq üçün informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi. 
Zamanın tələblərinə uyğun olaraq, gündəlik qəzet nəşr etmək məsə-
ləsi Azərbaycan ziyalılarını düşündürürdü. 1905-ci ilin martın 15-də 
Azərbaycan xalqının həyatında geniş  fəaliyyət sferası ilə  dərin iz 
buraxmış, mesenant Hacı Zeynalabdin Tağıyevin mənzilində toplaş-
mış ziyalılar bir çox önəmli məsələlər kimi gündəlik qəzetnəşr et-
məyi də müzakirə etdilər. 
 1905-ci il aprelin 16-da dövrün 
görkəmli ziyalıları Əli bəy Hüseynzadə 
və  Əhməd bəy Ağaoğlu Peterburq baş 
Mətbuat  İdarəsinə "Həyat" adlı  qəzet 
nəşr etmək istəyini  ərizə ilə bildirdilər. 
H.Z.Tağıyevin böyük nüfuzu və  işəqa-
rışması ilə 1905-ci il aprelin 22-də Qaf-
qaz Canişini Vorontsov Daşkov "Hə-
yat"ın nəşrinə icazəverdi. Lakin "Hə-
yat"ın ideya-siyasi məzmunu ikiqat sen-
zuraya məruz qaldı. Beləki, qəzetin dərc 
etdiyi mühüm əhəmiyyətli yazılar rus 
dilinə tərcümə edilib. Tiflis Senzura Ko-
mitəsinə göndərildi. Qəzetin məzmunu, 
ideya istiqamətləri milli mövqedədaya-
nan Əlimərdan bəy Topçubaşov (naşir), 
Əli bəy Hüseynzadə (baş redaktor) və 
Əhməd bəy Ağaoğlu (1905-ci ilin axır-
larınadək baş redaktor) tərəfindən həya-
ta keçirilirdi. 
"Həqiqət" – gündəlik ictimai-siyasi və  ədəbi qəzet. 1909-
1910-cu illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr edi-
lirdi. 156 sayı çıxmışdır. Naşiri və baş redaktoru Üzeyir bəy Hacı-


~ 38 ~
bəyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. 
«Həqiqət» Azərbaycan dövri mətbuatının tarixində izi qalmış qəzet-
lərdəndir. Üzeyir bəy Hacıbəyovun «Bəyani-məslək» ünvanlı baş 
məqaləsi ilə nəşrə başlayan «Həqiqət»də onun onlarca dəyərli publi-
sist məqaləsi («Halımıza dair», «Qədrşunaslıq», «Hər işi öz əhlinə 
tapşırmalı», «Dil» və s), çoxlu duzluməzəli felyetonu («Purişkeviç 
və Hacı Xudu» və s). 2 açıq məktubu, neçə-neçə  səhnəciyi dərc 
olunmuşdur. Üzeyir bəy Hacıbəyovun 1910-cu il mayın 30-da rus 
dilində çıxan «Kaspi», «Baku» qəzetlərində dərc edilmiş məktubun-
da onun daha «Həqiqət» qəzetində işləmədiyi və həmin qəzetlə heç 
bir əlaqəsi olmadığı bildirilirdi. 
Qəzetlər arasında az-çox ardıcıl demokratik xətti Haşım bəy 
Vəzirovun nəşr etdirdiyi "Tazə həyat" (1907-1908), "İttifaq" (1908-
1909), "Səda" (1909-1911), "Sədayi-vətən" (1911-1912), "Sədayi-
həqq", "Sədayi-Qafqaz"da (1915-1916) görmək olar. 
H.Vəzirovun özü "İttifaq"da həm açıq, həm də gizli imzalarla 
çıxış edir, dövrün oxucularına tanış gələn "Keyfim gələndə" başlığı 
ilə dərc etdiyi yazıları "Birisi" imzası ilə çapa verirdi. Nəşrinin ilk 
ayında, yəni 1908-ci ilin dekabrın 1-dən 31-dək qəzetin 25 nömrəsi, 
1909-cu ildə isə 226 nömrəsini çıxarmaq H.Vəzirova nəsib oldu. 
"İttifaq"ın 221-ci nömrəsində islam dinindən sui-istifadə edib
fanatizmi cəhalət yayanların ciddi tənqidi "İttifaq"ın bağlanmasına 
səbəb oldu. Senzorun verdiyi məlumatlar əsasında H.Vəzirov cəza-
landırıldı  və Bakı  Şəhər  İdarəsi rəisinin  əmri ilə  "İttifaq" 1909-cu 
ilin oktyabr ayının 3-də bağlandı. 
H.Vəzirov baş verən bu hadisələrdən sonra ruhdan düşmədi, 
"Səda" adlı qəzetin nəşri üçün çalışdı. Nəhayət, 1910-cu ilin mart ayı-
nın 9-da "Səda"nın nəşri qanuniləşdi. Vəzirov qəzetin çapına icazə alsa 
da, vaxtında onun nəşrini həyata keçirə bilmədi. "Səda"nın ilk sayı 
icazə alındığı vaxtdan yeddi ay sonra, oktyabr ayının 12-də çıxarıldı. 
"Səda"nın məsləyinə gəlincə redaktor-naşir Vəzirov bu barədə 
yazırdı: "Qəzetin məsləki millətimizin tərəqqi və  təalasına çalışıb 
müsəlmanları ittifaq və ittihada dəvət etməkdən ibarət olacaq, dili 
isə türk, sadə Azərbaycan dili olacaq". Bu qəzetin nəşrindən sonra 


~ 39 ~
da yerli hakimiyyət orqanları, Senzura Komitəsi əməkdaşları H.Və-
zirovun sakit tərzdə qəzetçilik işi ilə məşğul olmasına imkan vermə-
dilər. Bütün təqib, təzyiq kampaniyasına, həbsinə və cərimələnməsi-
nə baxmayaraq, Vəzirov öz məfkurə istiqamətini qətiyyətlə müdafiə 
edə bildi. Bəzi hallarda Haşım bəy "zərərli məqalələr" yazdığını 
Bakı  Şəhər İdarəsi rəisinə, polis idarəsinə, jandarma rəisinə bildir-
mişdisə  də, bu, yalnız manevr idi, fikri yayındırmaqla bağlanmış 
qəzetlərin çapına yenidən icazə verilməsi üçün atılırdı. 
1909-cu ilin oktyabrından 1911-ci ilin avqustunadək "Səda"nın 
nömrəsi çıxmışdır. 1911-ci ilin avqust ayının 14-də qəzet bağlandı. 
Sonra "Nida" adlı  qəzet nəşr etmək istəyində olan Vəzirovun 
bu istəyi baş tutmur. Məcburən rus dilində "Kafkazets" qəzetinin ça-
pına icazə alan H.Vəzirovun bu istəyi də uzun müddətə reallaşmır. 
"Səda"nın bağlanmasından 40 gün sonra "Kafkazets" işıq üzü görür 
və  cəmi 11 nömrəsindən sonra "zərərli fəaliyyətinə" görə  nəşri 
dayandırılır. Bu mətbuat fədaisi yenidən qəzet nəşri üçün çalışır və 
nəhayət "Sədayi-vətən" adlı mətbu orqanı nəşr edir. 1912-ci ilin mart 
ayında "Sədayi-vətən" bağlanılır və onun arxasınca "Sədayi-həqq"in 
ilk nömrəsi, elə həmin ilin mart ayının 21-də oxuculara çatdırılır. 
Gündəlik nəşr olunan, Vəzirovun çap etdirdiyi qəzetlərin  ən 
uzunömürlüsü "Sədayi-həqq"  ədəbi-siyasi, fənni, iqtisadi ictimai 
qəzeti idi. Belə ki, bu mətbu nəşr 1912-ci ilin martından 1915-ci ilin 
mayınadək fasiləsiz çap olunmuş, oxuculara çatdırılmışdır. 
"Sədayi-həqq"in fəaliyyətinin ən fəal dövründə Birinci Dünya 
müharibəsi başlandı  və bu səbəbdən o dövrdə  nəşr olunan bir çox 
mətbu orqan kimi ona da nəzarət qat-qat artırıldı. 1914-cü ildən 
"Sədayi-həqq"də mülki və hərbi çinovniklərin ciddi nəzarəti altında 
çap olunurdu. Yalnız hərbi senzorun icazə verdiyi xəbər və  məlu-
matlar qəzetlərdə dərc oluna bilərdi. Qəzetin 1914-cü ilin dekabr 
ayının 18-də çap olunmuş sayında H.Vəzirovun "Birisi" imzası ilə 
çıxan "Sarı qamış" felyetonu ilə "Sədayi-həqq"in çətin günləri baş-
ladı. Bu dövrdə Birinci Dünya savaşında Qafqaz cəbhəsində  ağır 
döyüşlər gedir, türk qoşunları Qara dəniz limanlarını  ələ keçirirdi-
lər. Hərbi senzura Sarıqamış  ətrafında gedən  əməliyyatları  və rus 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə