Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

~ 47 ~
Qılmadın şükrünü ol nеməti-vəslin bir dəm
Indi, еy Məxfi, gəlib bu şəbi-hicranıma bax. 
 
Məhəmmədəli bəy Vəliyеv 1892-ci ildə vəfat еdib. 
Məhəmmədəli bəyin jurnalist kimi. "Əkinçi"nin 5 oktyabr 
1875-ci il nömrəsində yazılır: "İrəvandan,  şabanın 22-də  Məhəm-
mədəli bəy Vəliyev yazır ki, bir neçə  həftədir  İrəvan uyezdinin 
Dəvə qəryəsində adamxor heyvan peyda olubdur. 
Gecələr gəlib evlərdən uşaqları aparıb yeyir. İndiyəcən 13 
nəfər uşaq yeyib və  həmçinin Çəğin mahalının bir para kəndlərin-
dən bir neçə  uşaq dəxi aparıbdır. O heyvanı görənlər deyirlər ki, 
onun rəngi qırmızıya maildir və özü itə oxşayır. Amma bəziləri 
deyir rəngi qaradır və qurda şəbahəti çoxdur. O kəndlərin xalqı əlin-
də tüfəng qarovul çəkirlər, amma onu görmək müyəssər olmur. Bu 
halda cənab uyezdni naçalnik Gağubatov bu barədə silist edir. 
Dünyada heç bir heyvan yoxdur ki, insanın  şücaətindən və 
gözlərinin nurundan qorxmasın. Ona binaən olmaz ki, heyvan 
adamxor olsun. Doğrudur ağ  pələng, qurd və kaftar düşəndə bir 
uşaq aparırlar. Amma onlar aclıqdan bu qələti bir edib, bir də dəxi 
etməzlər. Xülasə, bu xəbərin həqiqətini bilməkdən ötrü çox intizar 
varıq və ümidvarıq ki, Məhəmmədəli bəy onun keyfiyyətini yazıb 
bizə məlum eləsin". 
"Əkinçi"nin 18 noyabr 1875-ci il nömrəsində yazılır: 20 ya 30 
il bundan əqdəm İran dövlətinin Qarapapaq tayfasından 1500 xanə 
Osmanlı dövlətinə tabe olan Şurəgil adlı yerə köçmüş imişlər. İndi 
İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürdməyə 
hökm olunub. Bu əmrdən ötrü cənab Mirzə Haşım xan Goragilə 
varid olub, ol tayfadan 500 ev İrana göndərib və qalan 1000 evin 
iltimasına binaən onlara möhlət verib ki, torpaq məhsulatların götü-
rüb sonra köçsünlər. Bu halda xəbər var ki, onlar da bu günlərdə kö-
çəcəkdirlər. Bu qərardadlardan belə mə’lum olur ki, ə'lahəzrət şahi-
İran Avropa səyahətindən sonra bu xəyala düşüb ki, hakimlərinin 
zülmündən xaric məmləkətlərə  pərakəndə olan İran rəiyyətlərini 
cəm edib onların xüsusunda lazımi qanun və nizam qoysun ki, hər 


~ 48 ~
bir rəiyyət asudə öz işinə məşğul olsun, heç kəsin haqqında bundan 
sonra hakimiyyət tərəfindən cəbr və zülm olmasın. Ümidvarıq ki, 
şahın bu binagüzarlığından sonra İran dövlətinin rəiyyətləri hakim-
lərinin zülmündən xilas olub sair dövlətlərin rəiyyətləri kimi öz 
vətənlərində kəsbkarlığa məşğul olsunlar. Fi 2 şevval Məhəmmədəli 
bəy Vəliyev" 
Həsən bəy Hadi
Rzaqulu bəyin ikinci oğlu Həsən bəy 1835-ci ildə Şuşa şəhə-
rində dünyaya gəlmişdi.  İbtidai təhsilini Mirzə  Kərim bəy Hacı 
Mirzə Məhəmməd bəy oğlundan almışdı. Şair idi. Hadi təxəllüsü ilə 
şеir yazırdı. Təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri «Təzkirе-
yi-Nəvvab»da yazır: «Ağa Həsən bəy Rzaqulu bəy oğlu Qarabağın 
Şuşa  əhalisindən, Hacıyusifli məhəlləsindəndir.  Şuşada da anadan 
olub. Özünün dеdiyinə görə indi 65 yaşı var. Düz əxlaqlı, qarasifət, 
qaragöz bir kişi idi. Təxəllüsü Hadi, alvеrlə məşğuldu, həcvlər, sati-
ralar, qəzəllər və parakəndə şеirləri var». 
Həsən bəy Hadinin şеirlərindən bir yarpaq. 
Könül nə zülfünə bеl bağlayaydı, xürrəm olaydı, 
Nə cövri-şanə çəkəydi, nə zarü dərhəm olaydı. 
Nə hərgiz еlmi-müəmma olaydı ələmdə, 
Nə nöqtеyi-dəhənin böylə sirri-mübhəm olaydı. 
Nə gözlərin olaydı qəza ciyər qanı, 
Nə kipriyin ona xəncərmisal həmdəm olaydı. 
Nə tiri-qəmzəyə talib olaydı suzani-dil, 
Nə ahi-şölə çəkəydi, nə didə pürnəm olaydı. 
Nə arizin ərəqbus еdəydi məhrəm tək
Nə həşir olunca gözüm gül üzündə şəbnəm olaydı. 


~ 49 ~
Nə əmrü nəhyədən еraz еdəyldi bir aşiq, 
Nə rövzə içrə o biеtibar adəm olaydı. 
 
Nə xubrilər adı bivəfalıqda məşhur, 
Nə əhli еşq məcazi hərimə məhrəm olaydı. 
 
Olaydı xəlqi cahan cümlə qüssədən azad, 
Təmami dərdi zəmanə mənə müsəlləm olaydı. 
 
Nə Hadi vəsli sənə üz vеrəydi aləmdə, 
Nə də rəqibi-siyəhdil hərifi-aləm olaydı. 
 
Həsən bəy Hadi Qaryagin (Füzuli) şəhərində ticarətlə məşğul idi. 
Həsən bəy Qaryagin (Füzuli) şəhərində vəfat еtdi. Onu Bərdə 
şəhərində, İmamzadə gorgahında dəfn еtdilər. 
Həsən bəy Hadi jurnalist kimi. Göründüyü kimi, "Əkinçi" 
elan etdiyi şeir davasında şairləri həcv yazmaqdan daşındıra bilmə-
diyi bir yana, özü də həcvin hədəfinə və qurbanına çevrilir. Aramsız 
təzyiqlərdən sonra Həsən bəy Zərdabi öz prinsiplərinin və "Əkinçi" 
qəzeti üçün müəyyənləşdirdiyi etik xəttin  əleyhinə gedərək Seyid 
Əzim  Şirvaninin Hadiyə ünvanlandığı həcvi nəşr etmək məcburiy-
yətində qalır. 
XIX  əsrin tipik həcvlərindən olan şeir "Məktubi-mənzum" - 
"Mənzum məktub" sərlövhəsi ilə  nəşr edilmişdi və bu bəndlərlə 
başlayırdı: 
 
Ey olan hadiyi-ərbabi-zəlalət Hadi, 
Ey Müzillini edən həqqə hidayət Hadi. 
Eylədin sən ki, bu mehdiliyə adət, Hadi, 
Elə bəs aləmə təbliği-risalət, Hadi! 
Leyk peyğəmbər olan həcv eləməz ümmətini, 
Kişi lazımdı çəkə ümmətinin qeyrətini, 
Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini, 
Sənə bu həcv nə fərz oldu, nə sünnət, Hadi. 
 


~ 50 ~
Həsən bəy Hadi "Əkinçi" qəzetinin 9 iyun 1877-ci il sayında 
yazır: 
MƏKTUBAT 
Ey bizi həcv qılan Şairi-dövrani-Əzim, 
Seyyidü sərvərü sərdari-süxəndani-Əzim 
Dəhri-gülzari ara bülbüli-xoşxani-Əzim, 
Əzizim, iki gözüm, cəddinə qurban, Əzim! 
ġə'ni-üzmada əgər biz deyilik əzmi-rəmim, 
Abi-heyvan degisən biz dəxi ğəssaq həmim, 
Seyyidin təbi kəramətli olur, nəfsi səlim, 
Nə rəvadır deyəsən hərzəvü hədyan, Əzim? 
Sən əgər ali-Əlisən, hanı qeyrət, de görüm, 
Haşimisən, qüreyşisən, hanı qeyrət, de görüm
Allah, Allah, nədi bir böylə qəsavət, de görüm, 
Sakit ol, sammit otur, sən demə biman, Əzim! 
Cəddini mədh edən vəqtə, əya alicənab, 
Niyə qarnına düşər sancı, edərsən təbü tab, 
Sən de mən kimi gözün yaşını tök, başını çap, 
Cəddini yaxşı tanı, mərtəbəsin qan, Əzim! 
Aç bəsirət gözünü şahi-şəhidanə tərəf
Baxgilan Kərbübəla səmtinə meydana tərəf. 
Məhliqa canları gər tiği-cəfa ilə tələf, 
Gör ki, sən də olusan qanına qəltan, Əzim. 
ġur başında əgər olsa, bilirsən ki, nə var, 
Eşq gülzarına gəl, seyr elə bir, keçdi bahar, 
Qumrivü bülbülü cuğdü necə gör zarü fəkar, 
Eşq soltanına olmuşlar əzaxan, Əzim. 
Gər desəm həcv sənə, cümlə müsəlmanə dəgər, 
Zəmm daşın gər atam, şişeyi-imanə dəgər, 
Bədənə hadis olan sədmə, yəqin, canə dəgər, 
Nə edim, çarə nədir, cuş qılır qan, Əzim. 
Hüsni-xülqi bizə məlum idi Mirzə Həsənin 
Yox lüzumi o cənabə dəxi iqrar sənin, 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə