Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

~ 40 ~
ordusunun məğlubiyyətini nəzərə alıb "Sədayi-həqq"də gedən "Sarı-
qamış" felyetonunu "cəmiyyət üçün zərərli" sayaraq qəzetin bağlan-
masına qərar verdi. Hakim qüvvələr "sarı qamış" ifadəsinə görə tək-
cə qəzeti bağlamaqla öz işlərinə yekun vurmadılar, qəzetin redaktor-
naşirini də cinayət məsuliyyətinə cəlb etdilər. 
1914-cü ildə Haşım bəy Vəzirov Bakı  Şəhər  İdarə  rəisinə 
"Məzəli" adlı satirik jurnalın nəşrinə icazə üçün ərizə  təqdim edir. 
Həmin ilin oktyabr ayının 29-da artıq H.Vəzirova naşirlik şəhadət-
naməsi verilir. Siyasi və yerli mövzularda karikaturaların dərcinə də 
razılıq alan H.Vəzirov "Məzəli"ni Hacı  İbrahim Qasımovla birgə 
çıxarmışdı. İlk sayı 1914-cü ildə işıq üzü görən jurnal "Səda" mət-
bəəsində  nəşr olunmuşdur. "Məzəli"nin üst-üstə 42 sayı çap olun-
muşdur. 1914-cü ilin dekabr ayından 1915-ci ilin iyun ayınadək 
"Məzəli" H.Vəzirovun redaktor-naşirliyi ilə  çıxmış, 1915-ci ilin 
iyunundan həmin ilin oktyabr ayına, yəni jurnal bağlananadək onun 
redaktoru H.İ.Qasımov olmuşdur. 
Avropa təhsili alaraq ölkəyə qayıdan, milli məfkurəli ziyalı 
Əhməd bəy Ağaoğlu 1893-cü ildə  mətbu orqan yaratmağa cəhd 
etdi. 1893-cü il 6 dekabr tarixində Baş  mətbuat idarəsinə  və  əhli 
Əhməd bəy Ağayev" müraciət edərək "Məşriq" adlı qəzetin nəşrinə 
icazə istədi. Rusiya daxli işlər nazirinin Bakı polismeystrinə gön-
dərdiyi cavab məktubunda isə bunun yolverilməzliyi göstərilirdi: 
"Azərbaycan dilində  qəzet və jurnalların nəşri tamamilə arzuedil-
məzdir. Baş  Mətbuat  İşləri  İdarəsi belə hesab edir ki, cənab 
Ağayevin xahişi rədd edilsin. 
"Məşriq"in çapına icazə verilməməsinin səbəbi Ə.Ağaoğlunun 
çar rejimi nümayəndələrinə panislamist, pantürkist kimi təqdim 
olunması idi. (Akif Aşırlı, Azərbaycan Mətbuat tarixi (1875-1920), 
Bakı "Elm və Təhsil", 2009 – 296 səh. s.40.) 
Azərbaycanın görkəmli dramaturq və nasiri Əbdürrəhim bəy 
Haqverdiyev "Molla Nəsrəddin"  ədəbi məktəbinin orijinal, kəskin 
qələmli simalarındandır. 1870-ci ildə  Şuşada  Əsəd bəyin ailəsində 
dünyaya gələn  Əbdürrəhim bəy 1891-ci ildə realnı  məktəbini biti-
rib, Peterburqda ali təhsil alıb. 1899-cu ildə Peterburq Universiteti-


~ 41 ~
nin şərq şöbəsini bitirib vətənə qayıdır. Uzun müddət pedoqoji fəa-
liyyətlə məşğul olur, Qafqazda müxtəlif işlərdə çalışır, ədəbi fəaliy-
yətə başlayır. "Molla Nəsrəddin"in nəşri görkəmli ədibin də nəzərini 
özünə  cəlb edir. 1907-ci ildə o, "Xortdan" imzası ilə "Cəhənnəm 
məktubları" sərlövhəli məşhur məqalələrini yazmışdı.  Ə.Haqverdi-
yevin "Molla Nəsrəddin"də seriya ilə buraxılan ikinci əsəri "Moza-
lan bəyin səyahətnaməsi"dir. Ədib 1910-cu ildən "Marallarım" silsi-
lə, satirik hekayələrini "Molla Nəsrəddin"də nəşr etdirir. 
Ə.Haqverdiyev jurnalda çap etdirdiyi "Mozalan bəyin səya-
hətnaməsi"nin ərsəyə gəlməsinin tarixçəsini belə izah edir. "Bir dəfə 
cəm olub "İbrahim bəyin səyahətnaməsi"ndən söhbət edirdik. Bura-
da "Molla Nəsrəddin"in dostlarından Ömər Faiq Nemanzadə, Sal-
man Mümtaz, Qurbanəli Şərifov var idi. 
Açıq söz"ün ilk sayının çapından, yəni 1915-ci il oktyabrın 2-
dən sonra Azərbaycanda xeyli sayda yeni mətbuat orqanları da nəşr 
olunmağa başlamışdı. 
"Doğru söz", "İttifaqi-mütəllimin", "Müsəlmanlıq", "İttihad", 
İrəvanda nəşr olunan "Bürhani-həqiqət" yeni nəşrlər idi. "İttifaqi-
mütəllimin" 1917-ci ildə mayın 6-da ilk sayı işıq üzü gördü. Bu qə-
zet Bakı müəllimlərinin qurultayında təsis olunmuş, qısa fəaliyyət 
göstərmiş, bağlanmışdır. 1917-ci ildə  nəşr olunan "Müsəlmanlıq" 
qəzeti "Rusiyada müsəlmanlıq firqəsinin “naşiri-əfkarı" idi. Ceyhun 
Hacıbəylinin çıxardığı "İttihad" qəzeti bu firqənin orqanı olduqdan 
sonra qapanmışdır. Ceyhun bəy Hacıbəylinin redaktoru olduğu 
"ittihad" qəzeti müsəlman həmrəyliyini önə çəkir, ölkədə baş verən 
proseslər barəsində yazılar çap edirdi. 
1918-ci il 31 mart soyqırımı zamanı erməni-bolşevik birləşmə-
ləri tərəfindən redaksiyası dağıdılmış, fəaliyyətinə son qoyulmuşdur. 
Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşavi-
ri kimi Türkiyədən Azərbaycana gələn Əhməd bəy Ağaoğlu Gəncə-
də "Türk yurdu" qəzetini nəşr etdi. Çox təəssüf ki, Azərbaycan uğ-
runda gedən hərbi savaş  və  mətbə imkansızlığı ucbatından qəzetin 
cəmi üç sayı  işıq üzü gördü. Tiflisdən Gəncəyə köçən milli Azər-


~ 42 ~
baycan hökuməti Azərbaycanın bütövlüyü savaşında mətbu imkan-
ların yoxluğunu hiss etdi və bir sıra tədbirlər görməyə başladı. 
"Azərbaycan"ın Gəncədəki nəşr dövrü cəmi 10 gün çəkmiş, 
həftədə iki dəfə, cəmi isə 4 sayı işıq üzü görmüşdü. Qəzetin ilk sayı 
"heyəti-idarə" imzası ilə çap olunmuşdur. Redaksiya Gəncədə Bula-
tov küçəsindəki 26 saylı evdə yerləşmiş, sonuncu, yəni dördüncü 
sayı sentyabrın 25-də  işıq üzü görmüşdü.  İlk dəfə 4 səhifə ilə 
oxucuların görüşünə gələn "Azərbaycan"ın 4-cü sayının üç səhifəsi 
rus, bir səhifəsi isə Azərbaycan türkcəsindədir. 
İlk saylarının materiallarında imzalar olmasa da, qəzetin ərsə-
yə gəlməsində, çətinlikləri dəf etməsində Üzeyir və Ceyhun Hacıbə-
yovların, Şəfi bəy Rüstəmbəylinin əməyi böyük idi. 
Bu mətbu orqana müxtəlif vaxtlarda Üzeyir Hacıbəyli,  Şəfi 
bəy Rüstəmbəyli, Xəlil  İbrahim, Ceyhun Hacıbəyli redaktorluq 
etmişdi. Rusca nəşrinə isə Şəfi bəy Rüstəmbəyli, Ceyhun və Üzeyir 
Hacıbəyli qardaşları rəhbərlik etmiş, onun yaradıcılıq istiqamətlərini 
müəyyənləşdirmişdi. 
Dövrün maarifpərvər ziyalıları ilə bir sırada dayanan X.İbrahim 
"Səda", "Açıq söz", "Bəsirət", "İqbal", "Qurtuluş yolu" kimi demo-
kratik mətbu orqanlarda çalışmış, hətta bəzi qəzetlərə qısa müddətdə 
redaktorluq etmişdir.  İstiqlal tariximizə  ədəbiyyat, mədəniyyət 
xadimi, həmçinin görkəmli jurnalist, tənqidçi, teatrşünas kimi daxil 
olan Xəlil İbrahim "Azərbaycan"ın 1919-cu il 4 iyul tarixli sayından 
1 sentyabrınadək rus dilində çap olunan variantın redaktoru olub. 
"Azərbaycan" qəzetinin 1919-cu il 31 iyul, 1-i və 4-ü avqust 
saylarında çap olunan məruzələrində Yusif Vəzir Çəmənzəminli 
səfiri olduğu Ukrayna ilə Azərbaycanın vəziyyətini müqayisə edir, 
ölkəmizin maraq və mənafeləri üçün bir sıra tədbirlərin görülməsi-
nin vacibliyinə diqqətə gətirirdi. Onun milli müstəqilliyimizin uğur-
lu təmini üçün üstünlük verdiyi zəruri məsələlərdən biri, bəlkə  də 
birincisi milli ordu hissələrinin təşkili ilə bağlı idi. Siyasi hesabat 
mahiyyəti daşıyan bu məruzə  məqalələrində o, ordu quruculuğuna 
böyük önəm verərək yazırdı: "İndidən ölkələrimizin idarəsini öz 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə