Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

 
 
90
Dərs 43 / Mövzu 37:
 BUĞUMAYAQLILAR TİPİ. 
XƏRÇƏNGKİMİLƏR SİNFİ 
 
 Diaqramda qeyd olunmuş  məlumat və gündəlik biliklərdən faydalanan şagirdlər dərsin 
əvvəlindəki sualı müzakirə edirlər. Müzakirələr zamanı buğumayaqlıların nümayəndələri, 
quruluşu, həyat tərzi haqqında ilkin bilikləri  əldə etmiş olurlar. Şagirdləri fəallaşdırmaq və 
istiqamətləndirmək məqsədilə müəllim sadalanmış heyvanları sxemdə yerləşdirməyi təklif 
edə bilər. Məsələn: krevetka, çəyirtkə, parabüzən, hörümçək, xərçəng, tarantul, ağcaqanad, 
омар, qaraqurd, оса, kəpənək, əqrəb, qarışqa.  
Əgər sistemləşdirmə zamanı çətinliklər yaranarsa  (məsələn, əqrəb), müəllim bunu dərsin 
sonunda müvafiq mövzunu keçdikdən sonra etməyi təklif edir.  
Bu müzakirələr “Fəaliyyət” blokuna şagirdlərin hazırlanmasına yardım edir.  
 
 
 
 Müəllimin seçimindən və sinfin təchizatından asılı olaraq praktik iş təbii obyekt,  ya-
xud tablo üzərində aparılır. Bu zaman şagirdlər xərçəngin quruluşunun yaşadığı su mühiti ilə 
əlaqəsini müəyyən edirlər. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır. 
 Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə (plakatlar, 
sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istinad edərkən nəzəri materialı  qısa 
şərh edir. 
Keçmiş  dərslərdə  təklif olunan təsvir alqoritmi tətbiq oluna bilər. Bu dərsdə  cədvəldə 
edilən qeydlərə bir neçə növbəti dərsdə müvafiq əlavələr ola bilər. Bu üsul müqayisə 
vərdişlərinin formalaşması və inkişafı üçün ən əlverişlı və effektiv hesab oluna bilər.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Buğumayaqlıların müxtəlifliyi və  xərçəngkimilərin quruluşu 
haqqında  mülahizələrini şərh edir. 
 
 
Buğumayaqlılar tipi 
Xərçəngkimilər 
Hörümçəkkimilər 
Həşəratlar 
______________
______________
_______________
_______________
______________
______________


 
 
91
Buğumayaqlıların əsas siniflərinin müqayisəli xarakteristikası 
Əsas siniflər 
Xüsusiyyətlər 
Xərçəngkimilər Hörümçəkkimilər Həşəratlar 
Bədən hissələri  
 
 
Buğumlu qarıncıq  
 
 
Bığcıqlar  
 
 
Ətraflar  
 
 
Qanadlar  
 
 
Görmə orqanı 
 
 
 
Həzm sistemi 
 
 
 
Tənəffüs sistemi 
 
 
 
Qan-damar sistemi 
 
 
 
İfrazat sistemi 
 
 
 
Sinir sistemi 
 
 
 
Çoxalma  
 
 
İnkişaf  
 
 
Dərsdə xərçəngkimilərin müxtəlifliyini əks etdirən sxem tərtib etmək də mümkündür.  
 
Dərsdə istifadə etmək üçün buğumayaqlılara aid elektron vəsaitləri mövzuya aid 
tövsiyələrin sonunda verilmiş saytlarda izləmək olar. 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə yerləşdirilmiş tapşırığı yerinə yetirərkən 
şagirdlər dərs zamanı əldə etdikləri və cədvəldə qeyd etdikləri məlumatlardan faydalanırlar.  
“Öyrəndiklərinizi yoxlayın” bölümündəki suallar şagirdə  məntiqi təfəkkürün inkişafına 
xidmət edir. Belə ki, göstərilmiş faktları  təhlil edən  şagird dərsdə qazanılmış biliklərdən 
istifadə edir, səbəb-nəticə  əlaqələrini qurur (1. Xərçənglərin xarici skeleti olduğuna görə, 
qurudulmuş xərçənglər formasını itirmir; 2. Bu fakt onu göstərir ki, xərçəngkimilər müəyyən 
yaşa kimi böyüyür, sonra isə onların ölçüləri sabit qalır).  
 Təqdim olunmuş tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumiləşdirilməsi və dərsin 
məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır.  
Qiymətləndirmə meyarları: şərhetmə 
 
Elektron resurslar: 
http://biology-online.ru/video/zoologija-7-klass/bespozvonochnye-tip-chlenistonogie 
http://ecorucheyok.ru/interesnoe-pro-zhivotnyx/klass-rakoobraznye-kak-oni-ustroeny.html  
https://video.yandex.ru/users/gopora-ucoz-ru/view/258/user-членистоногие 
http://tana.ucoz.ru/load/315  
http://tana.ucoz.ru/load/179 
http://tana.ucoz.ru/load/218 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Buğumayaqlıların 
müxtəlifliyi və xər-
çəngkimilərin quru-
luşu haqqında  mü-
lahizələrini çətin-
liklə şərh edir. 
Buğumayaqlıların 
müxtəlifliyi və xər-
çəngkimilər haqqın-
da  mülahizələrini 
şərh edərkən səhvlə-
rə yol verir. 
Buğumayaqlıların 
müxtəlifliyi və xər-
çəngkimilər haqqın-
da  mülahizələrini 
qismən şərh edir.  
Buğumayaqlıların 
müxtəlifliyi və xər-
çəngkimilər haqqın-
da  mülahizələrini 
ətraflı şərh edir. 
XƏRÇƏNGKİMİLƏR 
Ali xərçəngkimilər:  
çay xərçəngləri, 
krevetkalar, yengəclər, 
məryəmqurdu 
İbtidai xərçəngkimilər:
şaxəbığcıqlı, 
kürəkayaqlı,                  
artemiya  


 
 
92
Dərs 44 / Mövzu 38:
 HÖRÜMÇƏKKİMİLƏR SİNFİ 
 
 Həyati biliklərdən faydalanan şagirdlər dərslikdəki sualı müzakirə edirlər.  
  Hörümçəklərə harada rast gəlinir? 
  Hansı nağıl, filmlərdə onlar təsvir olunmuşdur? (Hörümçək-insan, Milçək-vizilcək
Üzüklərin hökmdarı və s.)  
  Bu filmlərdə (nağıllarda) hörümçəyin hansı xüsusiyyətləri qabarıq  şəkildə gös-
tərilmişdir? 
  Niyə bəzi insanlar hörümçəklərdən iyrənir, hətta qorxurlar? Və s.  
BİBÖ üsulundan istifadə etməklə şagirdlərin əvvəlki biliklərini aşkar etmək və öyrənmək 
istədikləri sualları müəyyən etmək olar. Dərsin sonunda isə bu sualların nə  dərəcədə 
cavablandırıldığı qeyd oluna bilər. Bu müzakirələr “Fəaliyyət” blokuna şagirdlərin 
hazırlanmasını təmin edir.  
 Müəllimin seçimindən və sinfin təchizatından asılı olaraq praktik iş  təbii obyekt, 
dərslikdəki  şəkil, yaxud tablo üzərində aparılır.  İşin nəticələri Venn diaqramında təqdim 
oluna bilər.  İşi yerinə yetirən zaman şagirdlər hörümçəyin bədən hissələrinin formasına, 
sayına, birləşməsinə, yerimə ayaqlarının sayına və quruluşuna, baş hissəsində yerləşən 
orqanların (xeliser və pedipalpların) quruluşuna fikir verməlidirlər.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda 
müzakirələr” və digər üsullarla aparıla bilər. Dərs zamanı müvafiq təqdimat və videoma-
terialların istifadəsi məqsədəuyğundur. 
İş kiçik qruplarda aparılarsa, hər qrupa müxtəlif tapşırıqlar verilə bilər (qruplarda iş üçün 
əlavə mətn və şəkillər hazırlana bilər). Məsələn:  
1-ci qrup – xaçlı hörümçəyin nümunəsində hörümçəkkimilərin xarici quruluşu; 
2-ci qrup – hörümçəklərin daxili quruluşunun xüsusiyyətləri; 
3-ci qrup – hörümçəkkimilərin müxtəlifliyi. Bu qrup işin nəticələrini cədvəl  şəklində 
təqdim edə bilər. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ
 
  Hörümçəkkimilərin müxtəlifliyi və quruluşu haqqında  müla-
hizələrini şərh edir. 
  Xərçəngkimilər və hörümçəkkimilər siniflərinin nümayən-
dələrini fərqləndirir. 
 
Xərçəngkimilər və hörümçəkkimilərdə gedən həyati prosesləri 
fərqləndirir.
 
 
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə