129
2. Ekskursiya günü şagirdlərə davranış
qaydalarını xatırlatmaq, onları 3-4 qrupa
bölmək.
2. Müşahidə gündəliyində müvafiq qeydlə-
rin edilməsi – gün, saat, toplantı yeri və s;
Şagirdlərin
qruplara bölünməsi və hər
qrupun liderinin seçilməsi;
3. Ekskursiyanı keçirmək, tapşırığın yerinə
yetirilməsinə nəzarət etmək, izahat və
əlavələr etmək.
3. Plan üzrə tapşırığın yerinə yetirilməsi.
4. Yerinə yetirilmiş tapşırığın nəticələrinin
müzakirəsi.
4. Toplanmış materialın təqdim olunması,
yekunlaşdırılma.
Müşahidə planı. Plan əsasında təbii birliyi təsvir edin.
Bu birlikdə hansı ağaclara rast gəlinir?
Bu birlikdə hansı kollara rast gəlinir?
Bu birlikdə hansı sporlu bitkilərə rast gəlmək olar
(mamırlar, qıjıkimilər, çılpaqtoxumlular)?
Bu birlikdə hansı simbiontlar var?
Bu birlikdə qorunan və nadir bitkilərə rast gəlinirmi?
İnsan təbii birliyə təsir edirmi? Əgər edirsə, necə?
Bu birliyin bitkiləri bir-birinə necə təsir edir?
Bu ərazidə təbiəti qoruma tədbirlərinə ehtiyac varmı?
Əgər
ehtiyac varsa, necə qorumaq olar?
İnsanın həyatında yaşıl bitkilərin əhəmiyyəti mövzusunun ümumiləşdirilməsi üçün şagirdlərə
məsələ həll etməyi təklif etmək olar:
Hesab edin ki, 50
m
2
yaşıl meşə sahəsinin 1 saat ərzində udduğu karbon qazı bir adamın
tənəffüs zamanı 1 saat ərzində xaric etdiyi karbon qazına (40 qrama) bərabərdir.
1 hektar meşə sahəsində 1 saat ərzində nə qədər karbon qazı udulur?
Neçə adam 1 saat ərzində həmin miqdarda karbon qazı xaric edir?
Məsələnin həlli:
1hа=10000 m
2
10000 : 50 = 200
Deməli, 1 ha yaşıl meşənin udduğu karbon qazı:
200 × 40 = 8000 (q) =8 kq bir saatda
Cavab: 8 кq 1 saatda
Neçə adam 1 saat ərzində həmin miqdarda karbon qazı xaric edir?
8000 : 40 =200 (adam)
Cavab: 200 adam.
Dərs 65/ Mövzu 54
:
İNSAN – MƏMƏLİLƏR SİNFİNİN
NÜMAYƏNDƏSİDİR
Alt
STANDARTLAR
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir.
Təlim
NƏTİCƏLƏRİ
İnsanı anatomik və fizioloji xüsusiyyətlərinə görə digər
məməlilərlə müqayisə edir.
İnsanın ali sinir fəaliyyətinin xüsusiyyətlərini izah edir.
130
Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə dərslikdəki mətni müzakirə edə
bilər. Şagirdlər belə bir mülahizə irəli sürürlər ki, bu heyvanları təlim etmək ona görə
mümkündür ki, məməlilərin sinir sistemi yüksək inkişaf etmişdir.
Bu müzakirələr növbəti
mərhələyə keçidi təmin edir.
Praktiki işdən əvvəl müəllim şagirdlərə müraciət edir: “
Üzvi aləmdə insan hansı
sistematik yeri tutur?” Şagirdlər insanın sistematikası haqqında 6-cı sinifdə aldıqları bilikləri
yada salır və cədvəli doldururlar:
Aləm
Tip
Sinif
Dəstə
Fəsilə
Cins
Növ
Tapşırığı asanlaşdırmaq üçün sistematik kateqoriyaların adlarını təqdim etmək olar:
Primatlar, İnsan, Heyvanlar, Dərrakəli insan, Hominidlər, Xordalılar, Məməlilər.
Müəllimin köməyi ilə şagirdlər cədvəli doldurur, sualları müzakirə edirlər:
– Hansı əlamətlərinə görə insanı xordalılar tipinə aid edirlər?
– Hansı əlamətlərinə görə insanı məməlilər sinfinə aid edirlər?
– İnsan digər məməlilərdən nə ilə fərqlənir?
Praktik işin sualları cavablandırılır, müəllim nəticənin izahını soruşur, lazımi düzəliş və əla-
vələr edir.
Tapşırıq nəticələrinin müzakirəsindən sonra paraqrafın nəzəri materialının birinci
hissəsi ilə tanışlıq “İnsert” üsulu ilə aparıla bilər. Mətnlə tanış olduqca “Öyrəndiklərinizi
tətbiq edin” bölümündəki cədvəli tədricən doldurmaq olar. Nəzəri materialı əyani vəsaitlərə
(şəkil,
elektron təqdimatlar, yaxud videomateriallara) istinad edərkən izah etmək daha
məqsədəuyğundur.
İnsanın məməlilərlə ümumi əlamətləri
İnsanı məməlilərdən fərqləndirən xüsusiyyətlər
Tətbiq mərhələsində tamamlanmış cədvəl nəzərdən keçirilir, şagirdlər
qeyd etmədiklərini
cədvələ əlavə edirlər.
İnsanın ali sinir fəaliyyəti haqqında məlumatı müəllim əyani vəsaitlərə (elektron təqdimatlar
yaxud videomateriallara) istinad edərkən izah edə bilər. Əvvəl müəllim şagirdlərdən
aşağıdakı hadisələrin səbəbini müəyyən etməyi təklif edir:
А) Tutaq ki, siz kənddən böyük bir şəhərə qonaq gəlirsiniz. Dostlarınızın yanında qalırsınız.
Avtomobillərin səsindən gecə yuxuya gedə bilmirsiniz. Səhər ev sahiblərindən soruşanda ki,
belə səsdə onlar necə yatırlar, çox güman ki, belə bir cavab eşidərsiniz: “Nə səs? Biz heç nə
eşitmədik”.
131
В) Adam evinin yaxınlığındakı bir yerə getməlidir. Dalğın olduğundan mexaniki olaraq öz
evinin yanında ayaq saxlayır. Amma əvvəldən onun belə bir fikri yox idi.
Müzakirələrdən sonra müəllim “şərti” və “şərtsiz” reflekslər anlayışları ilə şagirdləri tanış
edir. Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda dərs üçün faydalı materiallar
yerləşdirilmişdir.
“Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərindəki tapşırıqlar
həm
dərs ərzində, həm dərsdən sonra yerinə yetirilə bilər.
Qiymətləndirmə meyarları: müqayisəetmə, izahetmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
İnsanı anatomik və
fizioloji xüsusiyyətlə-
rinə görə digər mə-
məlilərlə müqayisə
etməkdə çətinlik
çəkir.
İnsanı anatomik və
fizioloji xüsusiyyətlə-
rinə görə digər
məməlilərlə
müəllimin
köməyi ilə
müqayisə edir.
İnsanı anatomik və
fizioloji xüsusiyyətlə-
rinə görə digər mə-
məlilərlə qismən
müqayisə edir.
İnsanı anatomik və
fizioloji xüsusiyyətlə-
rinə görə digər
məməlilərlə dolğun
müqayisə edir.
İnsanın
ali sinir
fəaliyyətinin xüsusiy-
yətlərini
çətinliklə
izah edir.
İnsanın ali sinir fəaliy-
yətinin xüsusiy-
yətlərini müəllimin
köməyi ilə izah edir.
İnsanın ali sinir
fəaliyyətinin
xüsusiyyətlərini
qismən izah edir.
İnsanın ali sinir
fəaliyyətinin
xüsusiyyətlərini ətraflı
izah edir.
Elektron resurslar:
http://www.youtube.com/watch?v=-FGgXdb7VFE
http://www.youtube.com/watch?v=RswpxQ1IJsw
http://www.youtube.com/watch?v=H5aF8eQbMwM
Dərs 66/ Mövzu 55
:
BİOMÜXTƏLİFLİK. NADİR VƏ NƏSLİ
KƏSİLMƏK TƏHLÜKƏSİ OLAN YERLİ
FAUNANIN MÜHAFİZƏSİ
Alt
STANDARTLAR
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr
əsasında mülahizələrini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını
fərqləndirir.
Təlim
NƏTİCƏLƏRİ
Yerli şəraitdə heyvanların qorunmasına dair müşahidələr
əsasında mülahizələrini şərh edir.
Respublikanın faunasının qorunma yollarını fərqləndirir.