99
3.
Zəlinin bel və qarın tərəfini müəyyən edin. Uzunluğunu ölçün.
4.
Zəli nə rəngdədir? Onun bu rəngdə olmasının hansı əhəmiyyəti var?
5.
Bel tərəfindən bədənin baş hissəsinə baxın. Nə görürsünüz?
6.
Bədənin hər iki ucunda yerləşən sormaclara diqqət yetirin. Müqayisə edin.
Anal dəliyi
tapın. O, bədənin hansı hissəsində yerləşir?
7.
Zəlinin bədən örtüyü hansı quruluşa malikdir?
8.
Bədənin qarın tərəfindən zəlinin şəklini çəkin. Şəkildə ağız sormacını, arxa sormacı,
anal dəliyi, bədən buğumlarını işarələyin. Zəlinin baş hissəsinin şəklini bel tərəfindən
çəkin. Gözlərin harada yerləşdiyini göstərin.
9.
Hansı əlamətlərinə görə zəlilərin həlqəvi qurdlara aid olduğunu söyləyin.
Laboratoriya işi – 2. Kəpənəyin qanadının quruluşu
Məqsəd: pulcuqqanadlılar dəstəsinin nümayəndələrinin səciyyəvi xüsusiyyətlərinin
öyrənilməsi.
Təchizat: mikroskop, kəpənək qanadı, əşya şüşəsi, fırça.
İŞİN GEDİŞİ
1.
Kəpənəyin qanadını iki əşya şüşəsi arasında sıxıb mikroskopun kiçik böyütmə
dərəcəsində baxın.
2.
Qanadın damarlarını tapın. Onların əhəmiyyəti barədə mülahizələrinizi qeyd edin.
3.
Kəpənəyin qanadında damarlar hansı istiqamətdə yerləşmişdir? Pulcuqların formasını
qeyd edin. Fırça ilə ehtiyatla qanadın səthindən pulcuqları götürün. Qanadın
üzərində
tükcükləri tapın.
4.
Kəpənəyin qanadının şəklini çəkin. Şəkildə qanadın quruluşunu, pulcuqların və
tükcüklərin yerləşməsini göstərin.
Vaxt imkan verərsə dərsi yekunlaşdırmaq üçün şagirdlərə belə bir tapşırıq vermək olar.
Tapşırıq
Çoxhüceyrəli heyvanların şəkillərinə baxıb, onların adını, hansı tipə və sinfə aid olduğunu
müəyyən edin. Cədvəli doldurun.
Tip Sinif
Nümayəndə
Bağırsaqboşluqlular
Molyusklar
Yastı qurdlar
Sap qurdlar
Həlqəvi qurdlar
Buğumayaqlılar
100
VI FƏSİL ÜZRƏ
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Şəkildə molyusklar sinfinin hansı nümayəndəsi göstərilmişdir? Şəkildə
molyuskun rəqəmlərlə işarələnmiş bədən hissələrini qeyd edin.
1………………………………….
2………………………………….
3………………………………….
4………………………………….
5………………………………….
6………………………………….
7…………………………………..
8…………………………………..
2. Uyğunluğu müəyyən edin:
A.
Qarınayaqlılar
B.
İkitaylılar
C.
Başayaqlılar
3. Düzgün variantı qeyd edin.
Makara ilbizi/kalmar qəlsəmələrlə tənəffüs edir.
Anadontanın
qan-damar sistemi qapalıdır/açıqdır.
Çılpaq ilbizin/mirvari ilbizinin başı yoxdur.
Səkkizayaq/gəmiqurdu insana zərər verən molyusklara aiddir.
Kalmarın/böyük gölməçə ilbizinin çanağı y
oxdur.
4. Düzgün ifadələri qeyd edin:
□
Həşəratların bir cüt bığcığı var.
□
Buğumayaqlıların bədəni dalayıcı hüceyrələrlə qorunur.
□
Qidalanma xarakterinə görə hörümçəkkimilər yırtıcıdırlar.
□
Hörümçəkkimilərin hamısının beş cüt yerimə ayağı var.
□
Həşəratların hamısının üç cüt yerimə ayağı var.
□
Həşəratların bədəni iki hissədən ibarətdir.
□
Kəpənəklərin pupundan yaşlı həşərat əmələ gəlir
1.
Çılpaq ilbiz
2.
Kalmar
3.
Gölməçə ilbizi
4.
Anadonta
5.
Səkkizayaq
6.
Mirvari ilbizi
7.
Gəmiqurdu
101
5. Şəkildə çay xərçənginin bədəninin hansı hissələri rəqəmlərlə işarə edilmişdir?
6. Həşəratların tam çevrilmə ilə gedən inkişaf sxemini qurun. İnkişafı tam çevrilmə
ilə gedən bir neçə həşərat sadalayın.
7. Doğru cavabı seçin:
1. Bədəni üç hissədən ibarətdir:
А. xərçəngin В. cırcıramanın С. qaraqurdun
2. Əqrəbin aid olduğu sinif:
А. xərçəngkimilər В. Həşəratlar С. hörümçəkkimilər
3. İnkişafı natamam çevrilmə ilə gedən həşəratlarda:
А. Sürfə mərhələsi olmur В. Pup mərhələsi olmur
8. Şəkildə göstərilən heyvanlar hansı tipə və sinfə aiddir? Oxşar və fərqli
cəhətlərini qeyd edin.
9. İkiqanadlılar dəstəsinə aid olan 3 həşəratı qeyd edin:
А. göyün В. mayböcəyi С. mozalan D. qarışqa Е. ağcaqanad
10. Həşəratların çoxsaylı növlərindən yalnız bal arısı və tut
ipəkqurdu insan
tərəfindən saxlanılır. Niyə məhz bu həşəratlar?
1.
2.
3.
4.
5.
6.
7.
8.
102
7. XORDALI HEYVANLAR. KӘLLӘSİZLӘR, BALIQLAR, SUDA-
QURUDA YAŞAYANLAR VӘ SÜRÜNӘNLӘR
Dərs 49/ Mövzu 41
:
XORDALILAR TİPİ. KƏLLƏSİZLƏR YARIMTİPİ.
BAŞIXORDALILAR SİNFİ
Müəllim dərsin əvvəlində keçən dərsin materialına istinad edərkən şagirdlərlə
növbəti sualları müzakirə edə bilər:
Keçmiş biologiya dərslərində hansı tiplərə aid olan heyvanları öyrəndiniz?
Bu tiplər üçün ümumi olan nədir? (Bu tiplərin nümayəndələrinin ox skeleti və ya
onurğası yoxdur)
Sonra müəllim şagirdlərlə birlikdə dərslikdəki mətnlə tanış olur, suallar müzakirə olunur:
Xordalar tipinə hansı heyvanlar aiddir?
Onları hansı xüsusiyyət birləşdirir?
Müzakirələrdən sonra müəllim şagirdlərə praktik tapşırığa keçməyi təklif edir.
Praktik iş dərslikdəki şəkil, böyük tablolar üzrə aparılır. Nəticələr Venn diaqramı
şəklində tərtib olunur.
Müəllim şagirdləri mətnin birinci abzası ilə tanış edir, xordalıların ümumi
xüsusiyyətləri qeyd olunur. Bu mərhələdə şagirdlərə onurğalı və onurğasız heyvanların
daxili quruluşunu əks etdirən şərti sxem təqdim oluna bilər:
Dərslikdəki başıxordalılar sinfinə aid məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik
qruplarda təhlil olunur. Bu halda dərslikdəki məlumatı bir neçə hissəyə bölmək məqsədə-
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
Təlim
NƏTİCƏLƏRİ
Xordalıların tipinə aid heyvanların quruluşu haqqında
mülahizələrini şərh edir.
Onurğalı və onurğasız heyvanların quruluşunu və onlara xas
olan həyati prosesləri fərqləndirir.
Onurğasız heyvanlar Onurğalı heyvanlar
Qan-damar
sistemi
Hәzm sistemi
Sinir sistemi
Xorda