Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə82/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   78   79   80   81   82   83   84   85   ...   89

248 

zənginləşdirib. 

Müasir  ədəbiyyatşünaslığımızda poetika məsələlərinə diqqətin 

artması müsbət haldır. Lakin etiraf etməliyik ki, bəzən tədqiqatlarda 

bu termindən sui-istifadə hallarına da yol vərilir. B.Babayevin 

araşdırılmalarında poetika terminindən yerli-yerində, bəzən də 

həddindən artıq xəsisliklə istifadə olunması diqqəti çəkir. Lakin 

onun nəsrdə gülüş üsulları, satirik üslub, bədii detal, adların təbiəti, 

satirik hekayədə gözlənilməzlik və uyğunsuzluq, komiklik, istehza, 

nadirə  və qrotesk, süjet, xarakter və tip yaratma metodları, ideya-

məzmunda gülüş kimi müxtəlif poetik komponentlərlə bağlı elmi-

nəzəri araşdırmaları, gəldiyi nəticələr müəllifə  məhz poetika 

məsələlərinin tədqiqindən danışmağa haqq verir.

 

“Azərbaycan satirik nəsrinə dair araşdırmalar” kitabı 



B.Babayevin uzun illər apardığı tədqiqatların uğurlu yekunu, gərgin 

alim əməyinin bəhrəsidir. Kitabda satirik nəsrin aktual problemləri 

dərin təhlil süzgəcindən keçirilıb,  ədəbi prosesdə gedən yeniləşmə 

ilə  səsləşən elmi-nəzəri nəticələr  əldə edilib. Kitabda müasir 

ədəbiyyatşünaslığımızda yaranan yeni metodologiyaya əsaslanaraq 

irəli sürdüyü orijinal ideyalar, əldə etdiyi nəticələr onu qiymətli 

elmi məxəz, son dövr ədəbiyyatşünaslığımızın nailiyyəti kimi 

qiymətləndirməyə əsas verir. 

 

Bilal Həsənli 

 Pedaqogika üzrə elmlər doktoru, dosent, əməkdar müəllim 

 

 

 



 

 

 

 

 


249 

İlk sistemli tədqiqat əsəri 

 

Həsən Seyidbəyli Azərbaycan  ədəbiyyatının parlaq simala-



rından biridir. O, ədəbiyyat tarixində həm nasir, həm ssenarist, həm 

kinorejissor, həm də ictimai xadim kimi şərəfli yerlərdən birini 

tutur.  Ədəbiyyat o zaman öz zamanından uca dayanır ki, milli 

məfkurəyə xidmət edir, yaradıcı  şəxs özünün unudur, vətəndaşına 

xidmət edir. Bu mənada Həsən Seyidbəyli xalqın, ədəbiyyatın milli 

təəssübkeşi olub ömrünü bu yolda şam kimi əridib. Nə yazıqlar 

olsun, zamanında belə yaradıcı insanlara qiymət verə bilməmişik. 

Bu yerdə xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin 

insanlara” şeiri yada düşür.  

Həsən Seyidbəyli mənalı bir ömür yaşamışdı. O, qayğılı öm-

ründə  həm qələmlə, həm də sözlə xalqa xidmət etməyə çalışıb. 

Qələm onun silahı olub, cəmiyyətdəki nöqsanları  təmizləməyə, 

sözsə tribunalardan danışmağa lazım olub. İkinci bir tərəfdən, 

müşahidə etdiklərini bədii əsərlərində təsvir edib. Bu mənada onun 

yaradıcılığı çoxşaxəlidir. Yazıçı, kinossenarist, dramaturq və 

rejissor olaraq azərbaycan ədəbiyyatı və incəsənəti üçün çalışıb.  

Həsən Seyidbəyli ikinci ömür yaşayır. Qədirbilən ziyalı-alim, 

ədəbiyyatşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan 

Müəllimlər  İnstitutunun  əməkdaşı Baba Babayev kimi insanların 

qələmində “Həsən Seyidbəylinin bədii nəsri” monoqrafiyası 

(redaktoru akademik Bəkir Nəbiyev, rəyçilər prof.Təyyar salamoğ-

lu, filologiya üzrə fəlsəfə doktoru Əlizadə Əsgərli. “El” nəşriyyatı, 

Bakı, 2010) ədəbi ictimaiyyətə təqdim edilib. 

Müəllif bu görkəmli sənətkarın yaradıcılığına bötövlükdə ilk 

dəfə qiymət vermək zərurəti qarşısındadır. Sənətkara ilk dəfə 

qiymət vermək hər cəhətdən çətindir. Çətindir o mənada ki, ilk 

təşəbbüs sənindir. Və  sənin verdiyin qiymət gərək obyektiv olsun, 

qınağa çevrilməsin. Ona görə bir çətinlik də  Həsən Seyidbəylinin 

Baba Babayev qələmində yaşamasına təhlil verməkdir. Müəllif çox 

haqlı irad tutur ki, bu cür sənətkar haqqında az yazılıb. Ona görə də 

müəllif çalışır ki, yazıçının bütün yaradıcılığına qiymət versin. İlk 

növbədə  Həsən Seyidbəyli gözəl hekayələr və novellalar ustasıdır. 

Baba Babayev də onun yaradıcılığını, janrlar üzrə  təhlil edərkən 



250 

hekayə  və novellaları önə  çəkir. Hekayə  həyat həqiqətlərini 

göstərmək üçünən çevik ədəbi yoldur. Bu ədəbi yola keçən povest 

və romanı öz yaradıcılığına daxil edə bilir. Süjet qurmaq məharəti 

hekayələrindən göründüyü kimi pis alınmır. Onun süjet, obraz 

yaratma, söz demək imkanları hekayələrində az və ya çox dərəcədə 

görünür. Tədqiqat onun hekayələrinin bu cəhətinə də diqqət yetiri, 

“İki müavin”, “Qığılcımlar”, “Qiymətli damcılar”, “Vəfalı və oğru 

pişik” hekayələrində sənətkarın uğurunu və uğursuzluğunu tənqidçi 

gözü ilə oxucunun nəzərinə çatdırır. Monoqrafiyada Baba 

Babayevin təhlili birtərəfli deyil. Həsən Seyidbəylinin hekayələrinin 

mövzusu beynəlmiləlçilik ruhunda olsa da, obrazlar milli 

xarakterlidir. Bu cəhəti Baba Babayev çox düzgün olaraq hiss etmiş, 

millilikdən doğan bəşəriliyə ədəbiyyat nöqteyi nəzərindən yanaşıb.  

Həsən Seyidbəylinin hekayələrinə  nəzər salsaq ilk baxışda 

konfliktsiz süjet xətti təsiri bağışlayır. Lakin bu o demək deyil ki, 

hekayələr dinamizmindən məhrumdur. Hekayələrindəki daxili 

ziddiyyətlər barışmaz həddə deyil, bu ziddiyyətlər öz məcrasında 

həll oluna bilir. Hekayələrin bu yönünə  nəzər yetirən tədqiqatçı 

konflikt məsələsinə toxunarkən bu problemin onun povestləri üçün 

keçərli olduğunu yazır. Xüsusilə, “Kənd həkimi” povestində 

konflikt institutu bitirən gənclə onun qarşılaşdığı maneələr 

arasındadır. Bu povest dərin oxucu rəğbətini qazanıb. Oxuculardan 

fərqli olaraq alim bu əsərin nöqsanlarını görə bilir.  Povestin 

qəhrəmanı  gənc həkim Aydın Zeynalovdur. Yazıçının tanıtdığı 

kimi, bu obraz həm  əsl qızdırmaya, həm də  cəmiyyətin mənəvi 

xəstəliyinə qarşı mübarizə aparır. Göründüyü kimi, əsərdəki 

konflikt həll oluna bilir.  

Həsən Seyidbəylinin həyatı  və  ədəbi-ictimai fəaliyyəti  

Azərbaycanla sıx bağlıdır. O, nədən yazırsa yazsın, xalqın arzu-

istəklərini, onun yaşam tərzini həmişə önə çəkir. Onun qəhrəmanları 

xoşbəxt insanlardır. Bu obrazlar qalareyasında həkim, neftçi, 

kolxozçu, telefonçu, qazmaçı daha çoxdur. Bizi bu obrazlardan o 

qədər də böyük tarix ayırmır. Baba Babayev Həsən Seyidbəyli 

realizmini günün obyektiv reallığından doğduğunu qanunauyğun 

şəkildə görür. XX əsər realizmi özünü Azərbaycan ədəbiyyatında da 

göstərib. Tənqidçi öz fikrini belə formula edir ki, Həsən 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə