Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
42
Bərdənin siyasi tarixinin ilk dövrü məhz qədim Albaniya
dövlətinin gərgin siyasi hadisələrlə dolu tarixi taleyinin
mürəkkəb dövrlərinə təsadüf edir. Yəni, yuxarıda qeyd etdiyimiz
kimi, Albaniya dövlətinin paytaxtı Qəbələdən Bərdəyə
köçürülmüş (446-cı ildə), Bərdə ölkənin inzibati və siyasi
mərkəzinə çevrilmişdi (136, k.1, f.4; 126, s.134).
M.Kalankatlı özündən əvvəl yaşamış müəlliflərin
məlumatlarına istinadən bildirir ki, «Aran Araz çayından baş-
layaraq Hunan qalasına qədər uzanan Alban ölkəsinin
düzənliklərini və dağlarını miras olaraq almışdır. Deyilənə görə,
Aranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vala-
gez özü hakim təyin etmişdir. Uti, Girdman, Tsovd və Qarqar da
həmin Aranın oğullarının nəslindəndir» (136, k.1, f.5).
Mənbələrdə ilk alban çarları haqqında məlumat
olmadığına görə, yalnız onların adları və hakimiyyət dövrləri
haqqında müəyyən qeydlər verilir. M.Kalankatlı göstərir ki,
«Arandan əzəmətli Arşakilər nəslindən olan Cəsur I Vaçaqana
qədər neçə vaxtlar keçib, qəti müəyyən deyil, amma Arandan
sonra Albaniyada çar olanların adları budur: Cəsur I Vaçaqan, I
Vaçe, Urnayr, II Vaçaqan, Mehravan, Satoy, Asoy, Arsvagen, II
Vaçe və ondan sonra Alban çarı Mömin III Vaçaqan. Bunların
çoxu səxavətli həyat keçirib, hərəsi öz vaxtında vəfat edib… Fi-
ruzabad kimi əzəmətli şəhəri də … Firuzun əmrilə II Vaçe
tikdirmişdir. İndi bu şəhərin adı Bərdədir» (136, k.1, f.8).
M.Kalankatlı «Albaniya tarixi» əsərində Albaniyanın öz
dövründən əvvəlki hökmdarlarını xatırlatmaqla ölkənin Bərdə
şəhəri mərkəz olana qədərki siyasi tarixini əks etdirmişdir.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
43
Bəzi tədqiqatlarda Albaniyanın Sasani hakimiyyətinə tam
tabe olduğu (15, s.39-44; 363, s.48), bəzilərində isə bunun
əksinə, yəni Albaniyanın Sasanilərə tabe olmadığı (295, s.30;
296, s.178), müstəqil və ya yarımvassal dövlət olduğu bildirilir.
Tarixi mənbədə Albaniyanın Sasanilərin hakimiyyəti altında
olması və Sasani mərzbanı iqamətgahının Bərdədə yerləşməsi və
ölkənin Sasani mərzbanları tərəfindən idarə edilməsi haqqında
da məlumat verilir (136, k.2, f.8, 14, 21, 23).
Mənbədə bildirilir ki, Sasanilər dövlətində hakimiyyət
uğrunda çəkişmələr başlandığı bir dövrdə Alban dövlətinin dax-
ili və xarici siyasətində yeni münasibətlər özünü göstərdi. II
Yezdəgird öldükdən (438-457) sonra onun iki oğlu – III Hörmüz
(457-459) və Firuz (459-484) bir-birinə düşmən olub hakimiyyət
uğrunda mübarizə apararkən, Albaniya çarı II Vaçe Sasanilər
əleyhinə mübarizəyə qalxdı (457-ci ildə) (136, k.1, f.21; 15;
126, s.244). M.Kalankatlı göstərir ki, «II Vaçenin mübarizəsinin
əsas səbəbi onun Sasanilərin hakimiyyəti tərəfindən məcus
(çoxallahlılıq) dininə itaət etməyə məcbur edilməsinə etiraz idi»
(136, k.1, f.21).
İlk orta əsr mənbələrinə əsaslanan K.V.Trever öz
əsərlərində II Vaçenin üsyanına münasibət bildirərək göstərir ki,
üsyanın əsas səbəbi maqların ölkədə özbaşınalıq etməsi,
vergilərin artırılması, eftalitlərə qarşı uğursuz müharibələr
aparması ilə bağlı idi (363, s.214). Tədqiqatçı, bündan əlavə,
həmin dövrün siyasi hadisələrini izah edir, lakin müəyyən
yanlışlıqlara yol verir. Müəyyən mənada Albaniyanın Sasani
dövləti ilə qonşu dövlət kimi münasibəti göstərildiyi halda, artıq,
daxili siyasətində mühüm təsiri olduğunu söyləməyə ehtiyac
qalmır. Burada söhbət
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
44
qarşılıqlı siyasi təsirdən, dini zəmində müdaxilədən gedə bilər
(363, s.214).
Maraqlıdır ki, K.V.Trever başqa bir yerdə Yegişeyə isti-
nad edərək Albaniya çarı ilə Sasani dövlətinin bağladığı sülhü
necə pozduqları barədə şərh verir və bildirir ki, «Sasani şahı tabe
olmaq üçün ikinci dəfə təkid edəndə (459-cu ildən sonra) Vaçe
xəzərlərlə danışıqlar apararaq onları Albaniyaya dəvət etdi. O,
Çora darvazalarını açdı və məskutları ölkəyə buraxdı, sonra
dağlı qəbilələrdən olan on bir çarla (rəhbərlə) birləşib Sasaniləri
məğlub etdi» (363, s. 50). Ancaq bunun başqa səbəbləri olduğu
da istisna deyildir.
M.Kalankatlı Albaniya dövlətinin müstəqilliyini
saxlamağa və möhkəmləndirməyə çalışan II Vaçenin Sasani
hakimiyyətinin tələblərinə məhəl qoymadığı haqqında yazır ki,
«dəfələrlə Sasanilərin Vaçeyə müraciəti cavabsız qaldı» (136,
k.1, f.21).
Sasanilər əleyhinə Cənubi Qafqaz xalqlarının 450-451-ci
illərdə apardığı mübarizə (bu mübarizədə II Vaçe bilavasitə
iştirak etmirdi) və II Vaçenin başçılığı ilə Albaniyada 457-463-
cü illərdə baş vermiş üsyan həmin dövrün mühüm siyasi
hadisələri idi. Cənubi Qafqaz xalqlarını, eləcə də Albaniya
əhalisini Sasanilər əleyhinə mübarizəyə qalxmağa məcbur edən
səbəb siyasi-iqtisadi və mənəvi zülm ilə əlaqədar idi (126).
Hadisələrin mahiyyətini və başvermə səbəblərini göstərən
M.Kalankatlı bildirir ki, Sasani şahı Firuz Alan qapıları
yaxınlığında haylandur tayfaları ilə danışıqlar apararaq onları
müharibəyə cəlb etdi və onların köməyi ilə uzun müddət
Albaniyanı gərgin vəziyyətdə saxladı. Albaniya böyük itkilərə
və məhrumiyyətlərə məruz qaldı.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
45
Alban dövləti müstəqilliyini itirdi. Ancaq Firuzun Vaçeyə qarşı
apardığı müharibə beş il- 463-cü ildən onun (Firuzun)
öldürülməsinədək davam etdi (136, k.1, f.21; 126).
Albaniyada Sasanilər əleyhinə gedən əvvəlki üsyanlarda,
qeyd edildiyi kimi, II Vaçe şəxsən iştirak etmirdi. M.Kalankatlı
göstərir ki, «atası kimi II Vaçe milli ənənəyə görə xristian idi,
lakin qanunpozan II Yezdəgird ona zorla məcus dinini qəbul et-
dirdi» (136, k.1, f.21; 126). Müəllifin bildirdiyinə görə, II Vaçe
özü üsyana rəhbərlik etmiş, məğlubiyyətə düçar olduqdan sonra
hakimyyətdən də getmişdir (136, k.1, f.21; 126, s.171). Firuz
şahın onoqurlarla bağladığı müqavilə əsasında Albaniyaya qarşı
apardığı müharibə II Vaçenin qələbəsi ilə nəticələndi. Lakin
Sasanilərin güclənməsi ilə əlaqədar olaraq II Vaçe
hakimiyyətdən könüllü getdi və bununla əlaqədar olaraq 463-cü
ildən etibarən Albaniya 30 il Sasani canişinləri tərəfindən idarə
olundu. M.Kalankatlı bildirir ki, «II Vaçe uzun müddət
Sasanilərə qarşı mübarizə apardı, Albaniyanın nəinki siyasi,
hətta dini müstəqilliyini də qorudu, özü ömrünün axırına yaxın
hakimiyyətdən gedərək rahib kimi həyatının sonuna qədər
yaşadı» (136, k.1, f.21).
II Vaçenin apardığı mübarizə yatırıldıqdan sonra Sasanilər
bir müddət (463-487) Albaniyanın dövlət müstəqilliyinə imkan
vermədilər. M.Kalankatlı bildirir ki, «otuz il ərzində – II
Vaçedən Mömin Vaçaqana qədər Alban ölkəsi çarsız qaldı. Bu-
nun səbəbi o idi ki, Sasanilərin …rəhmsiz şahı Firuz …
qəzəblənib özündən çıxaraq yer üzündə bütün başqa
məmləkətləri özünə tabe etmək, kilsələri dağıtmaq, xristian di-
nini ləğv etmək və bütün ondan asılı olan torpaqlarda ağılsız
bütpərəstliyi bərqərar etmək istəyirdi» (136, k.1, f.23). Siyasi
mübarizə yenidən gücləndi. Sasani dövlətində daxili çəkişmələr
və hakimiyyət uğrunda gedən mübarizənin gərginləşdiyi bir za-
manda Albaniyada
Dostları ilə paylaş: |