Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə15/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
52
geri qaytardılar, bir qədər  əhali və «Qayşaq və onun ailəsi 
Arsaxın dağ yolları ilə qaçıb … xilas oldular. Özü isə bundan 
sonra bu yerlərdə keçmiş vəzifəsini daha qaytara bilmədi» (136, 
k.2, f.10). 
Bundan sonra xəzərlər gürcülərin torpaqlarına doğru 
yayıldılar və Tiflis şəhərini mühasirəyə aldılar. Bunu eşidən 
İrakli bütün ordularını səfərbərliyə alıb öz müttəfiqi ilə birləşdi. 
Tiflisi tutmaq üçün ciddi-cəhd göstərən müttəfiqlər qələbə qaza-
na bilməyərək geri çəkildilər. Onlar Sasanilər üzərinə hücuma 
hazırlaşdılar (136, k.2, f.11; 15, s.46; 295, s.30; 296, s.143). 
M.Kalankatlının məlumatına görə, 625-ci ildə imperator 
İrakli əvvəlki imkanlarını bərpa etmək üçün yenidən müharibəyə 
hazırlaşmağa başladı.  İmperiya  ərazisindən yeni, güclü qoşun 
toplamaqla məşğul olan İrakli Sasani şahı Xosrova qalib 
gəlməyin asan olmayacağını bildiyindən, xəzərlərin yanına qasid 
göndərib Sasanilərlə müharibədə onlara kömək edərsə, böyük 
ənamlar verəcəyini vəd etdi. Xəzər hökmdarı Sasani şahını 
məğlub etməyi üstün tutduğundan təklifi  şərtsiz qəbul etdi. 
Xəzərlər müttəfiqi olan Bizansla birgə  hərəkətin  əhəmiyyətini 
məqsədəuyğun hesab etdiyi üçün, Şad qısa bir müddətdə 
Dərbənd keçidini keçərək, Kür çayı sahilinə gəldi, sonra Bizansa 
tabe olan ərazilərlə Konstantinopola (İstanbula) getdi, İrakli ilə 
razılaşdıqdan sonra geriyə qayıdıb Araz çayının sahilində 
düşərgə saldı (136, k.2, f.11; 296). Mənbədə göstərilir ki, «626-
cı ildə  xəzərlərin xaqanı  şahlıq rütbəsinə görə  Şad adlanan 
qardaşı  oğlunun başçılığı altında vəd etdiyi ordunu Albaniyaya 
göndərdi. O, Albaniyanın bütün vilayətlərini və Atropatenanın 
bir hissəsini yağmalayıb çoxlu xristian və bütpərəstləri qılıncdan 
keçirdi, geri qayıdarkən özləri ilə çoxlu əsir apardı» (136, k.2, 
f.11; 296, s.143). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
53
Həmin dövrün tarixi proseslərindən və M.Kalankatlının 
geniş şərhlərindən məlum olur ki, Şad Albaniyanı qarət etməyə 
göndərilməmişdi. Mətnin özündən aydın olur ki, xəzərlər həmin 
vaxt, Bizansın təsiri altında olan ərazilərdə etdiyi hərəkətlərə 
görə, Sasani şahına qarşı müqavimətdə iştirak etmişdi. Müstəqil 
Albaniya və Atropatena ərazisindən keçərkən dəymiş  zərərin 
şişirdilməsi və onun basqın, qarət kimi qələmə verilməsi də təbi-
idir (317), çünki dəfələrlə erməni dilində üzü köçürülmüş əsərdə 
xəzərlərin hərəkətlərinə müsbət məna verilməzdi. 
Xosrov şahın xəzərlərə göndərdiyi məktub çox maraqlıdır: 
«Get, öz çarına və bizim qardaşımıza de ki, sizin sülaləniz 
mənim cədlərim və  mənim tərəfimdən  əsrlər boyu həmişə 
hörmətlə, sevimli qardaşın sülaləsi kimi qarşılanırdı və biz oğul-
qızlarımız vasitəsilə bir-birimizlə qohum olmuşuq. İndi sənə heç 
yaraşmaz ki, sən mənim azmış bizans qulumun sözlərinə məhəl 
qoyasan» (136, k.2, f.11). 
Xosrov  şahın Xəzər padşahına «qardaş» deyə müraciət 
edərək yazdığı  məktubdan sonra «türkan (tarxan) öz ölkəsinə 
qayıtdı».  İmperator  İrakli isə Sasanilərə qarşı hücumu davam 
etdirdi (136, k.2, f.11; 15, s.46;  295, s.30; 296, s.143). 
Sasani tax-tacı  uğrunda davam edən uzunmüddətli 
mübarizədən sonra Xosrov öldürüldü və hakimiyyətə II Qubad 
(628-ci ildə) gətirildi (136, k.2, f.12). M.Kalankatlı yazır ki, «bu 
hökmranlıq çox davam etmədi. Yeddi aydan sonra onun da 
həyatı sona yetdi, padşahlıq Sasan oğullarının  əllərindən alınıb 
İsmayılın oğullarına verildi» (136, k.2, f.12). (Burada söhbət 
ərəb qoşunları tərəfindən Sasani ərazisinə edilmiş hücumlardan 
və Sasani torpaqlarının Xilafətin hakimiyyəti altına 
keçməsindən gedir). 
A.A.Bakıxanov «Ruzət us-səfa» əsərinə əsaslanaraq yazır 
ki, «Hörmüzün vaxtında xəzərlər Dərbənddən keçərək …  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
54
Azərbaycanı qarət etdilər.  «Danvil»in sözünə görə, bu 626-cı 
ildə imperator İraklinin fitvası ilə baş vermişdi. «Quzidə»də və 
başqa kitablarda göstərilir ki, Hörmüzün (A.Bakıxanov yazır ki, 
onu Türkzadə adlandırırdılar – Q.H.) zülmündən təngə  gələn 
xalq hiddətlənmiş  və atasından ehtiyat edərək Azərbaycana 
kənarlaşdırılmış Xosrov Pərvizin adına pul zərb edilməyə 
başlanmışdı. O, Bəcrəvana gələrkən onu Bərdə hökümdarı Ma-
hunbanu qarşılamış və qonaq dəvət etmişdi. Xosrov orada onun 
bacısı  qızı  Şirinə vurulmuş, nəhayət onunla evlənmişdi» (208, 
s.47). 
A.A.Bakıxanov qeyd edir ki, həmin vaxtlar İran (Sasasni – 
Q.H.) dövlətində artıq intizam, əsayiş pozulmuşdu. Xəzərlərin 
vaxtaşırı hücumları davam edirdi (208, s.47). 
Yeri gəlmişkən, Alban katolikosu V i r o (596-630) və 
onun Bərdə tarixi ilə əlaqədar fəaliyyəti üzərində ətraflı dayan-
maq maraqlı olardı. 
M.Kalankatlı Vironun şəxsiyyəti və siyasi fəaliyyəti 
haqqında maraqlı  məlumat verir (136, k.2, f.14). Viro Xosrov 
tərəfindən siyasi baxışına, müstəqilliyə olan meylinə  və 
mübarizliyinə görə  əsir alınmışdı. 25 il şah sarayında məhbus 
kimi saxlanmış, II Qubad hakimiyyətə  gəldikdən sonra azad 
edilmişdir (136, k.2, f.14; 15, s.46; 295, s.72; 296, s.143). 
Vironun şah sarayına aparılmasını və orada saxlanılmasını 
müxtəlif şəkildə şərh edirlər. Əsir kimi aparılaraq şah zindanına 
salınmış Vironun sağ qalmasının səbəbini Bərdə hökmdarının 
qardaşı  qızı  Şirinin Xosrovdan xahiş etməsi ilə, digər səbəbini 
isə Vironun öz şəxsi keyfiyyətləri ilə əlaqədar  izah edirlər (136, 
k.2, f.14; 15, s.48; 236, s.45). M.Kalankatlı bu barədə yazır: 
«Bütün canilər, dustaqlar və böyük sarayın zindanlarında olan 
bütün başqa adamlar, öz vətənlərinə  və doğma yurdlarına 
qayıtmağa ümidlərini itirənlərin hamısı, yeni şah – II Qubad 
tərəfindən əfv  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə