Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
89
göstərən M.Kalankatlı da bildirir ki, «həmin ildə Həris ibn Əmr
ət-Tai adamları, mal-qaranı və torpaqları siyahıya alıb ölkə
üzərinə ağır vergilər qoydu» (136, k.2I, f.12).
Bütün bunlar tədqiq etdiyimiz dövrün siyasi vəziyyətini
əks etdirən amillərdir ki, əl-Kufinin yazılarında daha geniş
məzmunda yer almışdır: «Xəlifə II Yəzid ibn Əbdü-l-Məlik
(720-724) əl-Cərrah ibn Abdullah əl-Həkəmini çağırıb ona təliqə
verdi və böyük ordu ilə təmin edib əmr etdi ki, Azərbaycana yo-
la düşsün. Əl-Cərrah ibn Abdullah çoxlu qoşunla yola çıxdı və
tezliklə Azərbaycan ölkəsinə çatdı. Bu haqda xəbər Xəzərlərə
yetəndə onlar Dərbəndə qayıtdılar» (34, s.15; 15, s.106).
Mənbələrin verdiyi məlumatlarda və tədqiqat əsərlərindəki
şərhlərdə bildirilir ki, ərəb orduları Bərdədə yerləşərək öz
qüvvələrini səfərbər etmiş, oradan şimala doğru hərəkətə
başlamışlar. Həmin dövrdə Bərdədə böyük hərbi qüvvə
yerləşirdi (136, k.2, f.26; 15, s.115; 100; 174, s.106; 296, s.143).
Qoşunla birlikdə hərəkət edən əl-Cərrah xəzərlərin arxasınca
Bərdəyə qədər gəldi, burada bir neçə gün qaldı ki, əsgərləri və
atları istirahət etsin. Sonra o, Bərdədən çıxıb Kür çayını keçdi və
Dərbəndə tərəf yola düşdü. Göründüyü kimi, bu, əl-Cərrahın
ikinci hücumu idi. O, bu istiqamətdə yoluna davam edərək
Dərbəndin iki fərsəxliyindən axan Rubas çayı sahilinə çatdı (34,
s.16;15, s.105).
M.Kalankatlı bildirir: «726-cı ildə böyük aclıq oldu.
Növbəti üç il ötəndən sonra (730-cu ildə) Cərrah ikinci dəfə Ab-
xaz ölkəsindən keçib Xəzərlərə hücum etdi» (136, k.2, f.20).
Həmin hücumu əl-Kufi ətraflı şərh edir: «əl-Cərrah Xəzərlərlə
bir müddət döyüşlər apardı, onları əzdi, qırdı, çoxlu var-dövlət,
qənimət əldə edib geri qayıtdı. Şəki vilayətinə qayıdıb qüvvə
gözlədi. Hişam ibn Əbdü-l-Məlik Şamdan ona kömək gələcəyini
vəd edərək məktubla əmr etdi ki, Xəzərlərlə yenidən müharibəyə
başlasın. Əl-Cərrah
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
90
Şəki vilayətindən Bərdə qalasına yola düşdü. Az sonra buradan
da çıxıb Beyləqan şəhərinə, oradan da Varsan şəhərinə gəldi.
Bundan sonra o, Bəcrəvanı keçib Ərdəbilə çatdı və burada
yerləşdi. Əl-Cərrah orada düşərgə saldıqdan sonra Muğan, Gilan
və Tələqan tərəflərə hərbi dəstələr göndərdi. Dəstələr gedib
döyüşür və yenidən Ərdəbilə qayıdırdılar» (34, s.20).
Xəzər xaqanı ətrafda yerləşən tayfaları toplayaraq ərəblərə
qarşı hücuma hazırlaşdı (34, s.20; 174). Əl-Kufi yazır:
«Barsbəy ibn Xaqan xəzərlərdən və başqa tayfalardan olan 300
minlik qoşunun başında yola düşdü. Çox keçmədən o, ordusu ilə
Kürlə Arazın arasında olan yerlərə gəldi. Buradan Varsana
hücum etdi, onu aldı və bütün əhalisini qırdı. Sonra o, Varsan-
dan çıxaraq əl-Cərrahın Azərbaycan ərazisinə səpələnmiş ordu
hissələrinə hücuma keçdi» (34, s.21).
Xəzərlərlə əl-Cərrahın qoşunu arasında müharibə xeyli
davam etdi. Həm xəzərlərdən, həm də ərəblərdən çoxlu qırılan
oldu. Böyük itki vermiş Xəzərlər əl-Cərrahın ordusunu, demək
olar ki, tamamilə qırıb qurtardılar. Həmin döyüşdə əl-Cərrah da
həlak oldu (34, s.21-23; 174, s.43).
Bunları əl-Əsir belə təsdiqləyir: «Əl-Cərrahın ordusu
Ərdəbil yaxınlığında Xəzərlər tərəfindən məğlubiyyətə
uğradıldı. Əl-Cərrah və bir çox yaxın adamları döyüşdə
öldürüldülər» (100, s.94).
Həmin döyüşü əl-Kufi daha ətraflı təsvir edir: «Xəzərlər
əl-Cərrahın əsgərlərinin, demək olar ki, hamısını qılıncdan
keçirdilər. Yalnız Savalan dağına tərəf qaçmış 700 və bəlkə
bundan da az müsəlman xilas ola bildi» (34, s.23).
Qaynaqda bildirilir ki, əl-Cərrahın ölüm xəbərini almış və
vəziyyəti olduğu kimi başa düşmüş xəlifə Hişam ibn Əbdü-l-
Məlik (724-743) Səid ibn Əbdü-l-Məlik əl-Həraşini
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
91
Xəzərlərlə döyüş üçün hazırlayıb Azərbaycana göndərdi. Səid
əl-Həraşi əl-Cəzirə ərazisindən keçərək, özünə cihad üçün
tərəfdarlar yığa-yığa yol boyu qalaları fəth edərək gəlib Bərdə
şəhərinə çatdı (34, s.26; 15, s.106).
Ərəb müəllifinin qeyd etdiyinə görə, «Bərdənin
mühasirəsi şəhərdə yaşayan müsəlmanları çox sevindirdi. Bu
vaxt Barsbəy ibn Xaqan isə burada əhalini qırmaqla və əsir al-
maqla məşğul idi. Xalq hər tərəfdən əl-Həraşinin yanına axışıb
cihadda iştirak etmək istəyirdi» (34, s.26).
Ərəb mənbələrindən belə məlum olur ki, xəzərlər ölkədə
özbaşınalıq, vəhşilik edir, yerli əhaliyə qarşı qırğınlar
törədirdilər (34, s.26; 91).
Əl-Kufi yazır: «Əl-Həraşi Bərdədən çıxıb Beyləqana
gəldi. Burada möhkəmləndi…. Əl-Həraşinin hücum edəcəyini
bilən Barsbəy ibn Xaqan hər yandan əsgər toplayaraq
Azərbaycandakı döyüşçülərini də onlarla birləşdirdi, böyük bir
ordu yaratdı» (34, s. 32). «Bunu eşidən Səid ibn Əmir əl-Həraşi
Varsana, Beyləqana, Bərdəyə, Qəbələyə və Azərbaycanın başqa
yerlərinə çaparlar göndərdi. Adamlar onun yanına tək-tək, dəstə-
dəstə və ya başqa yolla gəlirdilər; o, nəhəng bir qoşun yığdı»
(34, s.32).
Müəllif bildirir ki, Barsbəyin 190 minlik ordusu ilə əl-
Həraşinin 53 minlik ordusu arasında Muğan çayının sahilində
qızğın döyüş baş verdi. Qeyd etmək lazımdır ki, qoşundakı
adamların sayında şişirtməyə yol verilmiş ola bilər. Mənbənin
yazdığına görə, əl-Həraşinin Barsbəyə endirdiyi zərbə Xəzər or-
dusunu sarsıtdı, döyüş qızışdı, hər iki tərəfdən çoxlu adam
həlak oldu. Bu döyüşdə ərəblər Xəzər ordusunu sıxışdıraraq
dənizə tərəf çəkilməyə məcbur etdilər, onlar Kür-Araz ovalığına
qədər gəlib çıxdılar (34, s.34-35; 15, s. 110).
Şamda ikən vali təyin edilməsi haqqında əmr almış
Məsləmə ibn Əbdü-l-Məlik yola düşüb Bərdəyə gəldi və
Dostları ilə paylaş: |