Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
18
Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79)
Albaniyanın bir çox hidronimlərindən, o cümlədən Kür çayı və
onun qollarından bəhs edir (342, k. 4). Yeni eranın II əsrində
yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29
şəhərin və 5 çayın adını çəkir (286, k. 5).
Bu məlumatlar Bərdənin yerləşdiyi təbii-coğrafi ərazi
haqqında tarixi mənbədə verilən ilkin və qiymətli məlumatlardır.
Bərdə şəhəri yaxınlığında yerləşən Kalankat kəndindən olan VII
əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlı Bərdə ərazisi
haqqında daha geniş, tarixi əhəmiyyətli və maraqlı məlumatlar
verir. Əsərinin əvvəlində Albaniyanın coğrafi yeri və təbiətindən
bəhs edən M.Kalankatlı göstərir ki, bu ölkənin paytaxtı Bərdə
şəhəridir (136, k.1, f.4). M.Kalankatlı əsərinin sonrakı
bölmələrində də bəzi hadisələri şərh edərkən Bərdə ərazisinin
təbiəti haqqında geniş təsəvvür yaradır. Məsələn, o, III Vaçaqan
dövründə Kürsahili qalın meşələr, şəhərətrafı bağlar, istirahət və
ov yerləri haqqında, həmçinin Kür çayının təbii xüsusiyyətləri,
onun sahillərinin vətəgələr üçün yararlılığı barədə, bölgənin təbii
şəraiti, sərvətləri və təsərrüfatı haqqında məlumatlar verir (136,
k.1). M.Kalankatlı yazır: «Dağlararası düzləri keçib (Viro və
digərləri nəzərdə tutulur – Q.H.) Uti vilayətinin gözəl, hamar və
bərəkətli düzənliklərinə enəndə,...» (136, k.2, f.14). Burada
verilən təbii-coğrafi ərazi təsviri Bərdə ərazisinin təsviridir.
Bərdənin təbii şəraiti haqqında buna bənzər məlumatlara əsərin
başqa yerlərində də rast gəlinir.
Bərdə ərazisinin təbii xüsusiyyətləri haqqında yunan, latın
və alban mənbələrində olduğu kimi, ərəb, fars və türk dilində
olan mənbələrdə də dəyərli məlumatlar vardır. Həmin mənbələr
əsasən coğrafiyaşünasların və səyyahların əsərləri olduğundan,
onlardan da Bərdənin təbii-coğrafi xüsusiyyətlərinə dair
məlumat almaq mümkündür. Fars
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
19
dilində yazılmış «Hüdud-əl-aləm»də bildirilir ki, «...Bərdə
böyük və zəngin şəhərdir. O, Arranın paytaxtı və bu əyalətin
şahının daimi iqamətgahıdır. Orada, onun ətrafında meyvə və
taxılla zəngin olan geniş, çiçəklənən əkinlər var. Orada tut
ağacları çoxdur» (97, s. 36).
Ərəb müəllifləri də Bərdənin təbii-coğrafi ərazisi və s.
barədə maraqlı məlumatlar verirlər. Məsudi bildirir ki, «Kür çayı
Tiflis ölkəsindən və Curzan torpaqlarından, Suqdəbil
şəhərindən, sonra isə Bərdə vilayətindən axır» (302, s.33). O,
daha sonra qeyd edir ki, «Kür öz yolunu Bərdənin üç
milliyindən (1 coğrafi mil 7640 m.-ə, 1 mil 2-3 km-ə bərabərdir
– Q.H.) davam etdirir və onun əyalətlərindən biri olan
Beyləqanın yanından keçir» (302, s.58). Əbu-Duləf Bərdədə
müalicə əhəmiyyətli isti su bulaqlarından danışır (173, s.75-85).
Əl-Fəqih Bərdənin təbii sərvətlərindən bəhs edərək yazır: «Ar-
randa civə, mis kuprosu, mis və gümüş-qurğuşun yatağı vardır.
Ora yerli fıstıq, şabalıd və çox gözəl şeylər düzəldilən tozağacı
ağacları ilə zəngindir; həmin tozağacı ağacları Bərdə ölkəsindəki
ağac və kollarla zəngin olan qalın meşələrdədir. Ər-Rəhman ad-
lanan bu meşə Xəzərə qədər uzanır və Xavarəzm ölkəsinə daxil
olur» (267, s.39). İbn Rusta isə qısaca olaraq qeyd edir ki, «Kür
çayı Alanlar ölkəsindən axır, Tiflis və Bərdənin yanından keçir,
Təbəristan dənizinə tökülür» (266, s.35). İstəxri Bərdənin təbii
xüsusiyətlərinə görə digər şəhərlərdən fərqləndiyini qeyd edərək
yazır ki, «Arranda Bərdə, Bab əl-Əbvab və Tiflisdən böyük
şəhər yoxdur (173, s.89). Beyləqan, Varsan, Bərdinc, Bərzənc,
Şamaxı, Şirvan, Abxaz, Şabran, Qəbələ, Şəkki, Cənzə, Şəmkir,
Xunan böyüklüyünə, çiçəklənməsinə və məhsullarına görə çox
da diqqəti cəlb edən şəhərlər deyil. Kür çayının suyu şirin,
sağlam və yüngüldür» (8, s.110-117; 173, s.85-102; 270, s.21).
İstəxri xüsusi olaraq bildirir ki, Bərdə «sağlam iqlimli,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
20
münbit, çoxlu əkin sahəsi və bol meyvəsi olan yerdir. İraqla Xo-
rasan arasında Rey və İsfahandan sonra Bərdədən daha münbit
(torpaqlı), əlverişli mövqe tutan bir şəhər yoxdur. Buradan
(Bərdədən – Q.H.) bir fərsəxdən də az məsafədə, onunla yaxşı
münasibətdə olan əl-Əndərab adlanan yer vardır. Bura Kərnə,
Ləsub və Yəqtan arasındadır və sahəsi bir günlük yol ərazisini
tutur. Bura hər cür meyvəli bostan və bağlarla doludur» (173,
s.88; 147, s.151; 270, s.9). İbn Hövqəl Bərdənin təbii şəraiti və
ərazisinin təbii xüsusiyyətləri haqqında belə məlu-mat verir:
«Bərdə şəhərinə gəldikdə, bura Ümmu-l Randır (Arranın anası)
(paytaxtı) və bu yerlərin ən yaxşısıdır... Bura parlaq vəziyyətdə
və çox yaxşı haldadır. Bu isə onun saf havasından,
məhsuldarlığından, əkinlərin, meyvə ağaclarının və çayların
çoxluğundan irəli gəlir. Rey və İsfahandan sonra İraqla
Təbəristan arasında Bərdətək böyük və məhsuldar, tutduğu
mövqe və xəzinəyə verdiyi gəlirə görə yaxşı yer yoxdur» (173,
s.108; 181, s.86). Müqəddəsinin məlumatı: «O ki qaldı Arrana,
o, vilayətin üç hissəsini, Arras çayı ilə dəniz arasındakı
yarımadanı tutur, Məlik (Kür) çayı vilayəti ortadan bölür. Onun
paytaxtı Bərdə şəhəridir. Bərdə baş şəhərdir... Bərdədə şəhəri
kəsib keçən çay var, Kür çayı isə şəhərdən iki fərsənglikdədir.
Bərdə gözəl şəhərdir» (173, s.125-140; 302, s.7). İstəxri və İbn-
Xordadbeh Arran və Kürlə bərabər Kərnə (Gərnə) sözlərini
işlədir ki, bu da Bərdənin toponimlərinə aid məlumatı
zənginləşdirir (173, s.88; 269, s.11).
Bərdənin coğrafi yeri haqqında İbn Rusta bildirir ki,
«Adərbaycan: … Bərdaa, Nəşəva, Sisacan, Arzan, Xilat beşinci
iqlimdədir» (266, s.43).
Yaqut əl-Həməvinin yazdığına görə, «Kitab əl məlhəmə»
əsərinin müəllifi danışıb ki, Bərdə şəhəri yetmiş doqquz dərəcə
otuz dəqiqə uzunluq, qırx beş dərəcə en
Dostları ilə paylaş: |