Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
168
inkişafına xidmət edən tədbirlər həyata keçirməklə, Bərdə
şəhərinin elm, təhsil, mədəniyyət mərkəzi kimi formalaşmasında
böyük xidmətlər göstərmişlər (136; 236; 296; 313; 352). V əsrdə
Alban hökmdarları əyan uşaqlarına təhsil vermək, bilik
öyrətmək üçün məktəblər açmışdılar (136; 223; 15, s. 57; 313).
Mənbədə göstərilir ki, III Vaçaqan (487-510) təhsil vermək üçün
müəllimlər topladı, kahinlərin və digər təbəqədən olanların
uşaqlarını həmin məktəblərə cəlb etdirdi (136, k.1, f.25; 296,
s.100).
M.Kalankatlı Bərdədə yaradılmış məktəblər və təhsil
şəraiti haqqında maraqlı məlumat verərək yazır ki, «Vaçaqan
əmr etdi ki, cadugərlərin, sehrbazların, bütpərəst kahinlərin,
ağlayanların uşaqlarını yığıb məktəbə göndərsinlər və orada on-
lara dini ayinləri öyrətsinlər. O, oğlan uşaqlarına əmr etdi ki,
hamı birlikdə onun Rustak kəndinə toplansın, onlar üçün təqaüd
ayırıb məktəb müdiri təyin etdi və xristianlığı öyrənməyi onlara
əmr etdi. O, kəndlərə gələndə, tez-tez məktəblərə gedər, sehrbaz
və bütpərəst kahinlərin uşaqlarını öz ətrafına toplayar, onu əhatə
edən camaatın içərisində bəziləri əllərində kitab, başqaları isə
yazı lövhəsi tutub dayananlara əmr edərdi ki, ucadan bir-birinə
oxusunlar və belə hallarda o qədər sevinərdi ki, böyük bir xəzinə
tapsa idi, o qədər sevinə bilməzdi» (136, k.1, f.25).
III Vaçaqanın dövründə (VI əsrdə) Bərdədə ölkənin ilk
yazılı qanunlarından biri olan «Alban kilsə qanunları» qəbul
edildi (136, k.1, f.32). Albaniyada xristianlığın geniş təbliğ
edilməsi üçün ölkəyə gətirilmiş dini kitablar alban dilinə
tərcümə edildi, alban əlifbası ilə yazıldı (165; 223; 236, s.162;
296, s.100, 116). Məşhur yunan şairi Homerin «İliada» və Ver-
gilinin «Eneida» əsərləri də Alban dilinə tərcümə edildi (127,
s.104; 165, s.18). Təəssüf ki, alban dilində olan həmin
yazılardan heç biri gəlib bizə çatmamışdır.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
169
Albaniyanın ali katolikosu Viro Bərdənin mənəvi mədəniyyət
tarixində mühüm yer tutmuş bir mütəfəkkirdir (136, k.2, f.14;
15, s.47; 218; 296, s.116-143). Onun xarici dilləri bilməsi, elmə,
biliyə xidmət edən işlərlə məşğul olması, səlis, aydın nitqə,
fəlsəfi biliyə yiyələnməsi və digər elmi biliklərdən xəbərdar
olması «Albaniya tarixi» əsərində xüsusi qeyd edilir (136, k.2,
f.14). Azərbaycan tarixinin qədim dövrünün öyrənilməsində ən
mötəbər və qiymətli yazılı mənbə olan, tariximizin böyük bir
dövrünü (I-X əsrləri) əhatə edən «Albaniya tarixi» qiymətli
maddi və mənəvi abidədir. Həmin əsərin qiyməti bir də ondadır
ki, onun müəllifi Bərdədə və onun yaxın ətrafında yaşamış,
Bərdənin ictimai-iqtisadi və mədəni tarixi haqqında dəyərli
məlumatları qələmə almışdır. Həmin əsər vaxtilə alban dilində
yazılmış, sonra erməni dilinə və başqa dillərə tərcümə edilmişdir
(136, s.7-12; 296, s.26; 313).
Tədqiqatçıların yazdıqlarına görə, «Albaniya tarixi»nin al-
ban dilində olan nüsxəsi itmişdir. Onun bizə gəlib çatmış
nüsxəsi başqa dillərə tərcümə nümunələridir (136, s.7-11; 15,
s.7; 223; 296, s.28; 313; 384).
Bunlardan başqa, alban kilsəsinin, alban kilsə
məclislərinin – V əsr (488-ci il) Aquen və VIII əsr (705-ci il)
Bərdə yığıncağının kanonik qərarlarını da Alban tarixi-ədəbi
ənənələrinin nümunələri sırasına daxil etmək»lə mənəvi tarix
nümunələrinin məzmununun geniş olduğunu görə bilərik (296,
s.23).
Mənbələrin verdiyi məlumatlara görə, Bərdədə Alban ka-
tolikosu Nersesin zəngin kitabxanası olmuşdur (136, k.3, f.1).
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, erməni qriqoryan təriqəti
tərəfdarlarının və katolikosluğunun satqınlığı ilə cəzalandırılmış
alban katolikosu Nersesin kitabları Tərtər çayına atdırılıb
tamamilə məhv edildiyi
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
170
üçün onların bu gün heç bir nümunəsinə rast gəlmək mümkün
deyil (136, k.3, f.1; 15, s.94; 236; 126).
Bərdə şəhərinin mənəvi mədəniyyət tarixinə qızıl hərflərlə
yazılmalı Cavanşirin hakimiyyəti dövrüdür. Cavanşir təhsilin,
elmin və mədəniyyətin inkişafına xüsusi fikir verirdi (136, k.3,
f.28; 295, s.42; 219; 296, s.100). Bərdə Albaniyanın mədəniyyət
mərkəzi, onun mənəvi dünyasının ocağı idi. Alban katolikosluğu
Bərdəyə köçürüldükdən sonra Albaniyanın bütün vilayətlərində
yerləşən ruhanilər və digər rütbəli din xadimləri vaxtaşırı oraya
toplaşaraq, müəyyən dini və digər mənəvi problemləri həll
etməklə məşğul olurdular (136, k.1, f.33; 236, s.162).
Mənbələrin verdiyi məlumata görə, həmin dövrdə (ilk orta
əsrlərdə) Albaniyada xeyli xristian kilsəsi fəaliyyət göstərirdi.
Bununla əlaqədar olaraq, dini qanunların icrasına və təbliğinə
nəzarət və rəhbərlik Bərdədə təşkil edilirdi (236, s.143).
Tədqiqatçıların bu barədə göstərdikləri fakt və dəlilləri
nəzərdən keçirərək belə bir nəticəyə gəlmək olar ki, xristianlıq
Albaniyanın mənəvi mədəniyyət tarixində bir mərhələ təşkil
etmiş, onun ictimai və iqtisadi həyatında olduğu kimi mədəni
həyatında da müəyyən rol oynamışdır (236, s.142; 296, s.116-
142).
Bərdədə yaşamış və Albaniya hökmdarı Cavanşirin
ölümünə ağı üslubunda şer həsr etmiş Davdaq alban dilində
yazmış ilk şairlərdən hesab edilir (136, k.2, f.37). Davdaq
Cavanşirin bütün həyat və fəaliyyətini tərənnüm etməklə, onun
ölümünə kədər hissi ilə «akroşer» üslubunda qəsidə həsr
etmişdir (136, k.2, f.36). Şerdəki fikir ardıcıllığı, məntiqi məna,
bədii fikir kamilliyi onun peşəkar şair tərəfindən yazıldığını
göstərir (136, k.2, f.36).
Bizə «Albaniya tarixi» vasitəsilə gəlib çatmış 31 bənddən
ibarət olan həmin şer haqqında öz fikrini bildirən
Dostları ilə paylaş: |