Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə22/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   18   19   20   21   22   23   24   25   ...   268

 

70 


 

müqaviləsi yalnız konsensual müqavilə kimi bağlanıla bilər və bu 

müqavilə növü üçün real müqavilə hüquqi modeli  qəbul olunmazdır. 

Göstərilən müqavilələr bir-birindən həm də belə bir cəhət ilə 

fərqlənirlər ki, beynəlxalq  yük daşınması ilə bağlı olan 

 

münasibətlərdə çox vaxt üç subyekt (iştirakçı) çıxış edir: 



yükgöndərən, daşıyıcı  və yükalan. Beynəlxalq sərnişin daşınması 

müqaviləsində isə iki subyekt (iştirakçı) çıxış edir: daşıyıcı  və  

sərnişin. 

Digər tərəfdən, göstərilən müqavilələr məsuliyyət məsələsinə 

görə bir-birindən fərqlənir. Söhbət daşıyıcının müştəri (sərnişin və ya 

yük sahibi) qarşısında daşıdığı  məsuliyyətdən gedir. İlk növbədə 

qeyd etmək lazımdır ki, daşıyıcının sərnişin qarşısındakı məsuliyyəti 

daha ciddi xarakter daşıyır, yəni  yüksəkdir. Bununla belə, bəzi 

dövlətlərin milli (daxili) hüququ sərnişin daşınması müqaviləsi üzrə 

məsuliyyət məsələsində iddiaların rəqabətinə yol verir. İddiaların 

rəqabətinə görə daşıyıcıya (nəqliyyat təşkilatına) həm müqavilə 

iddiası, həm də delikt iddiası (müqavilədənkənar iddia) verilə bilər. 

Başqa sözlə desək, daşıyıcı sərnişin qarşısında müqavilə  məsuliyyəti 

və ya delikt məsuliyyəti (müqavilədənkənar məsuliyyət) daşıya bilər. 

İngilis-amerikan hüququ dövlətlərində    müqavilə  və delikt 

məsuliyyətlərinin rəqabətinə  yol verilir. Bəzi ölkələrdə isə, məsələn, 

Fransada daşıyıcının sərnişin qarşısındakı  məsuliyyəti yüksək olsa 

da, müqavilə məsuliyyəti kimi tanınır.  

Azərbaycan Respublikasının mülki qanunvericiliyi də 

daşıyıcının sərnişin qarşısında daşıdığı  məsuliyyətə  həm müqavilə 

məsuliyyəti, həm də delikt məsuliyyəti kimi baxır. Belə ki, müqavilə 

öhdəliklərinin icrası zamanı fiziki şəxsin həyatına,  yaxud 

sağlamlığına vurulmuş    zərərin  əvəzi,  əgər qanunda və ya 

müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmamışdırsa, 

delikt məsuliyyəti haqqında qaydalar üzrə ödənilir (MM-in 1117-ci 

maddəsi). 

Beynəlxalq yük daşınması müqaviləsi üzrə daşıyıcının 

məsuliyyəti yalnız müqavilə  məsuliyyəti kimi  tanınır. Delikt 

məsuliyyəti haqqında qaydalar burada tətbiq edilmir.  



 

71 


 

Bunlardan  əlavə, beynəlxalq sərnişin daşınması müqaviləsi 

üzrə müştəri (sərnişin) artıq bağlanmış müqavilənin  şərtlərini 

sonradan dəyişmək  hüququna malikdir. Məsələn, sərnişin 

müqavilənin ləğv edilməsini, yaxud ondan qismən istifadə 

edilməsini, marşrutun və  səfərin müddətinin dəyişdirilməsini və s. 

tələb edə bilər. Bunu nə ilə izah etmək olar? 

Məlum olduğu kimi, sərnişinlər öz əmək, mədəni, məişət, 

şəxsi, ailə  və digər ehtiyaclarını ödəmək üçün daşıma prosesində 

iştirak edirlər, müəyyən bir yerdən başqa yerə gedirlər. Onların şəxsi 

mənafeləri və maddi (iqtisadi) imkanları müxtəlif olmaqla yanaşı 

dəyişə bilər. Təbii ki, sərnişinlərə müqavilə  şərtlərini dəyişmək 

hüququ verilməlidir.  

Beynəlxalq  sərnişin daşınması müqaviləsi ilə daxili sərnişin 

daşınması müqaviləsi arasında da fərqli cəhətlər vardır. Birinci, bu 

müqavilələr  subyekt  tərkibinə görə bir-birindən fərqlənirlər. Belə 

ki, beynəlxalq sərnişin daşınması müqaviləsində  iştirak edən 

subyektlərdən (daşıyıcı  və  sərnişindən) biri hökmən xarici dövlətə 

məxsus  şəxs olmalıdır. Daxili sərnişin daşınması müqaviləsinin 

subyektləri rolunda isə  həmişə eyni bir dövlətin  şəxsləri çıxış edir.  

Bununla belə, istisna hal kimi, beynəlxalq sərnişin daşınması 

müqaviləsinin subyektləri qismində eyni bir dövlətin  şəxsləri də 

müqavilədə  iştirak edə bilərlər. Belə halda, beynəlxalq sərnişin 

daşınması müqaviləsi daxili sərnişin daşınması müqaviləsindən  

onunla fərqlənir ki, bu müqaviləyə  görə  sərnişin xaricə  səfər edir,  

daşıma iki dövlət arasında həyata keçirilir.  

İkinci, göstərilən müqavilələr bir-birindən 

hüquqi 

tənzimetmə  mənbəyinə  görə  fərqlənir. Daxili sərnişin daşınması 

müqaviləsi ayrı-ayrı dövlətlərin                            milli  (daxili)  hüququ  ilə 

tənzimlənir. Beynəlxalq sərnişin daşınması müqaviləsinə  gəldikdə 

isə, qeyd edə bilərik ki, bu müqavilə növü, ilk növbədə, beynəlxalq  

 

 



 

72 


 

nəqliyyat konvensiyaları (sazişləri) ilə  tənzimlənir. Afina 

Konvensiyasının,    Varşava Konvensiyasının, Sərnişinlərin və 

baqajın beynəlxalq avtomobil daşınması müqaviləsi haqqında 

Konvensiyanın, vahid BSK  qaydalarının  (A əlavəsinin) və digər 

beynəlxalq hüquqi sənədlərin beynəlxalq sərnişin daşımalarının 

nizamlanmasında 

əhəmiyyəti böyükdür. MDB məkanında  

avtomobillə  beynəlxalq  sərnişin daşınması müqaviləsi Bişkek 

Konvensiyası ilə tənzimlənir.  

Beynəlxalq sərnişin daşımaları ikitərəfli dövlətlərarası 

nəqliyyat  sazişləri ilə də tənzimlənə bilər. Azərbaycan Respublikası 

bir çox dövlətlərlə (Türkiyə, Türkmənistan, Qazaxıstan, Rumıniya, 

Moldova,  İran, Latviya, Rusiya Federasiyası, Birləşmiş  Ərəb 

Əmirlikləri,  İordaniya Haşimilər Krallığı, Niderland Krallığı  və b.) 

beynəlxalq avtomobil daşımaları və əlaqəsi haqqında ikitərəfli saziş 

imzalamışdır. Bizim ölkə hava və dəmir yolu daşımaları sahəsində də 

bir sıra dövlətlərlə ikitərəfli sazişlər bağlamışdır. Bu sazişlər 

beynəlxalq sərnişin daşımalarının tənzimlənmə-sində mühüm 

əhəmiyyət  kəsb edir.  

Beynəlxalq nəqliyyat konvensiyaları (sazişləri) sərnişin 

daşımalarının daha vacib şərtlərini (gediş bileti, daşıyıcının 

məsuliyyəti, daşıyıcıya tələb irəli sürülməsi qaydaları) müəyyən edir. 

Buna görə  də onun digər  şərtlərinin ayrı-ayrı  dövlətlərin milli 

(daxili) hüququ ilə  tənzimlənməsinə  ehtiyac yaranır. Hal-hazırda 

beynəlxalq  sərnişin  daşınması    müqaviləsinin tənzimlənməsində 

milli (daxili) hüquq və  nəqliyyat təşkilatlarının tarifləri (daşıma 

qaydaları) əsas rol oynayır.

1

 

 



 

2.4.Beynəlxalq baqaj daşınması müqaviləsi 

 

 Beynəlxalq sərnişin daşımaları zamanı  sərnişin daşıyıcıya 



baqaj təhvil verə bilər. Daşıyıcıya baqaj təhvil vermək sərnişinin 

malik olduğu əsas hüquqlardan biridir. Bu hüquq həyata keçirilərkən 

                                                            

1

 Бах: Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 



1981, с.74. 


Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə