Microsoft Word biblioqrafiya


X.M.Məmmədov haqqında gör-



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   2   3   4   5   6   7   8   9   ...   26

 
6
X.M.Məmmədov haqqında gör-
kəmli alimlərin, millət vəkillərinin 
və pedaqoqların fikirləri 
 
Xəqani müəllim ilə sonralar dostluğa çevri-
lən tanışlığımızın 39 ilə çatdığını düşünəndə mə-
ni heyrət bürüdü. Mənim üçün bu sanki dünənin 
hadisəsi idi və bu illər ərzində az qala 40 ilə ça-
tan dostluğumuzun nə zaman yaşa dolduğundan 
görünür xəbərsiz olmuşuq. Ötən əsrin 70-ci illə-
rində biz Azərbaycan Dövlət Universitetinin tarix 
fakültəsinin tələbələri idik. Həmin illərdə bu fa-
kültə öz siyasi perspektivinə görə nüfuzlu fakül-
tələrdən biri sayılırdı və el arasında çox vaxt bu 
fakültəyə «raykom fakültəsi» də deyirdilər. Məhz 
1970-ci ildə biz çox böyük müsabiqə nəticəsində 
formalaşan cəmisi 25 nəfərdən ibarət olan tarix 
fakültəsinə daxil olmuşduq. Bu 25 nəfərdən  ən 
yaşlısı artıq yaşı 35-i haqlamış  və  səkkiz ildən 
çox universitetin qapısına ayaq döyüb öz arzusu-
na qovuşan ucarlı Məmməd Əliyev idi, ən cavan 
isə 16 yaşı yenicə tamam olmuş Xəqani Məmmə-
dov idi. Qəribə burasında idi ki, qrupun ən yaşlısı 
ilə ən gənc nümayəndəsi yataqxanada bir otaqda 
qalırdılar və sonralar bu mehribançılıq onlar ara-


 
7
sında dostluğa çevrildi. Hətta vəzifə vərəsəliyinə 
görə də onlar bir-birini tamamladılar və Məmmə-
di sinif nümayəndəsi vəzifəsindən çıxaranda 
onun yerinə artıq bütün semestri əla qiymətlərlə 
başa vuran Xəqanini qoydular. Doğrudan da elə 
ilk dərs ilində Xəqani öz istedadını ortaya qoydu 
və smestri əla qiymətlərlə başa vurdu. 
  Tələbəlik illərində  Xəqaninin intellektual 
potensialı açıq-aydın özünü göstərirdi və bu po-
tensial onun universiteti qırmızı diplomla qurtar-
ması ilə  təsdiqləndi. Mən tam səmiyyətlə etiraf 
edirəm ki, Xəqaninin qırmızı diplomu gecə-gün-
düz oxumaqdan qızarmış gözlərinin rəngindən 
mayalanmışdı. Elə bunun nəticəsi idi ki, o aspi-
ranturanı da uğurla başa vurub elmlər namizədi 
oldu və az sonra çox maraqlı bir mövzuda dok-
torluq dissertasiyası müdafiə etdi. Xəqaninin 
doktorluq işi maraqlı bir mövzuya - XIX əsrin 
sonu - XX əsrin  əvvələrində Azərbaycan milli 
hərəkatına həsr edilmişdi. Əslində sovet dövrün-
də belə mövzular qeyri-rəsmi formada qadağan 
olunmuş mövzular sırasına daxil edilmişdi. Sovet 
ideologiyasının böhranından sonra Azərbаycan 
milli hərəkatı, onun mərhələləri, aparıcı  şəxsiy-
yətləri haqqında araşdırma aparmaq, əsərlər yaz-
maq necə deyərlər dövrün başlıca tələbatına çev-


 
8
rilmişdi. Bu tələbatı ilk ödəyənlərdən biri Xəqani 
Məmmədov oldu. Onun doktorluq dissertasiyası 
Azərbaycan milli hərəkatının aydın bir mənzərə-
sini yaratmış, dönüş məqamlarını müəyyənləşdir-
miş və bu hərəkatın hansı tarixi şəxsiyyətlərin çi-
yinlərində getdiyini ortaya qoymuşdu. Bu araş-
dırma kitab kimi nəşr olundu və sözün tam məna-
sında tarixşünaslığımızı  zənginləşdirən bir əsərə 
çevrildi. Eyni zamanda bu mövzu üzərində  iş 
X.Məmmədovun bir alim kimi formalaşmasında 
mühüm rol oynadı. Şübhəsiz ki, milli diriliyimi-
zin  əsas dayaqları olan H.Zərdabi,  Ə.Hüseynza-
də,  Ə.Ağaoğlu,  Ə.Topçubaşov, M.Ə.Rəsulzadə 
kimi işıqlı şəxsiyyətlərin Azərbaycan milli hərə-
katında rolunu araşdırdıqca, bu işıqdan bir az da 
bizim dostumuz Xəqaninin payına düşdü. Elə bu 
mövzunun işığında o, doktor da, professor da ol-
du və elmi araşdırmalarının gedişində respublika-
nın aparıcı tarixci alimlərindən birinə çevrlidi. Bu 
gün prof. X.Məmmədov XI siniflər üçün «Azər-
baycan tarixi» dərsliyinin müəlliflərindən biridir 
və minlərlə şagirdimiz keşməkeşli tariximizin sir-
lərini onun yazdığı dərslikdən öyrənir. Bu az bir 
alimə nəsib olan hadisədir və Xəqani bu etimadı 
öz elmi, öz intellektual bacarığı  və pedaqoji sə-
riştəsinə görə qazanmışdır. 55 yaş dostumuz Xə-


 
9
qaninin təqvim yaşıdır. Lakin o, elmdə qazandığı 
uğurlara görə daha gəncdir. Həyat dəyişir və za-
man sürətlə inkişaf edir. Xəqani bir vaxtlar tələ-
bəlik illərində aldığı beşlərin cəmi ikisini yan-ya-
na qoyub. Arzu edirəm ki, onun həyatda qazandı-
ğı  «əla»lar tələbəlik illərində aldığı «5»lərin sa-
yından həm kəmiyyət etibarı ilə çox, məna və 
məzmun etibarı ilə daha da sanballı olsun». 
  Cəmil HƏSƏNLI, 
tarix elmləri doktoru,professor,  
millət vəkili 
 


 
10
Insan  əməli ilə tanınır. Özünə  və sözünə 
güvənəndə, kimliyini anlayanda, nə üçün yaşadı-
ğını  və yaratdığını  dərk edib qiymətləndirəndə 
böyüklük qazanır, sevilir, hörmət sahibi olur.  
Var-dövlət, vəzifə insanlığın meyarı olma-
dığı halda insanlıq varın, dövlətin, vəzifənin me-
yarıdır. Insan ağlı, kamalı, düşüncəsi ilə daha 
dövlətlidir.  
Tarix elmləri doktoru, professor, yaxın dos-
tum Xəqani Məmmədov da belə dövlətli insan-
lardan biridir. Onu uzun müddət tanıdığıma, 
dostluq etdiyimə görə haqqında mübaliğəsiz, 
həm də daha ətraflı danışa bilərəm. Ancaq onun 
tərifə ehtiyacı yoxdur. Xəqani müəllimi bir şəx-
siyyət, alim, vətəndaş, yaxşı ailə başçısı kimi ta-
nıdan, sevdirən haqqında deyilən tərifli sözlər de-
yil, əməlləri, vətənpərvərliyi, insani keyfiyyətləri, 
vətənə xalqa və dövlətə məhəbbətidir. Buna görə 
də hesab edirəm ki, o, öz insani xüsusiyyətlərinə 
görə yalnız mənim deyil, insanlığı qiymətləndi-
rən hər bir kəsin dostudur, əzizidir. 
Özünə  və sözünə sadiqliyi, ağlına və dü-
şüncəsinə arxalanması, zəhmətinə  və elminə gü-
vənməsi, tamahının və səbrinin sahibi olması, sa-
dəliyi, təvazökarlığı, səmimiyyəti həyatının mə-
nası bilməsi, yalandan, qeybətdən, paxıllıqdan 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə