11
uzaq olması, namərdə, nadana yerini bilməzə
əyilməməsi, sözünü üzə deməsi, yaxşılara iman
gətirib ağıllı adamların hörmətini saxlaması, on-
ların qeydinə, qayğısına qalması ağlı kəsəndən bu
günə kimi Xəqani müəllimi sevdirir, ucaldır və
həyat yollarını işıqlandırır.
Dostum Xəqani Məmmədovun elmi, təhsi-
li, əsərləri, alimliyi nə qədər dəyərli, qiymətli,
yüksəkdirsə, insanlığı ondan qat-qat yüksəkdir.
Ağılla əxlaqın qovuşduğu bir alim ömrü-
nün arzuları kimi nisgilləri də çoxdur. Hər biri-
miz kimi Qarabağ dərdi, əsir torpaqlarımızın, el-
obalarımızın həsrəti Xəqani müəllimin də qəlbini
didir, parçalayır, hər an kövrəldir, sızıldadır. Bu
sızıntılar sətirlərə çevrilib çoxsaylı məqalələrdə,
kitablarda əksini tapsa da, torpaqlarımız işğaldan
azad edilməyincə sönən deyil.
Vətənini, xalqını xoşbəxt, torpaqlarını azad
görmək Xəqani müəllimin ən böyük arzusudur.
Bir alim ürəyi bu arzularla döyünür, yaşayır və
yaradır. Bu ömürlə nəinki bir dost kimi mənim,
onu tanıyan hər bir kəsin fəxr etməyə haqqı var.
Ömrün uzun olsun, Xəqani müəllim!»
Tahir RZAYEV,
millət vəkili
12
Bu sətirləri yazmağa başlayarkən xəyalım
məni 30 il əvvələ, 1979-cu ilə apardı. O vaxt ağ-
lıma belə gətirməzdim ki, 25 yaşlı cavan bir aspi-
rant dostuma 30 ildən sonra 55 yaşı münasibətilə
təbrik yazacağam. Bu illər elə bir göz qırpımında
keçib gedib, ömrün sürətlə keçən illərinə çevrilib.
Ancaq keçən bu illər ərzində Xəqani şərəfli bir
həyat yolu keçmiş, aspirantlıq pilləsindən profes-
sorluq vəzifəsinə yüksəlmişdir.
Taleh elə gətirib ki, biz həyat yollarında
qoşa addımlamışıq. Eyni vaxtda eyni kafedrada
aspirant olmuşuq. Tədqiqat sahəmiz eyni prob-
lem, elmi rəhbərimiz eyni adam olub. Eyni ildə
universitetdə müəllimlik fəaliyyətinə başlamış,
eyni ildə namizədlik dissertasiyası müdafiə etmi-
şik və az vaxt fərqi ilə elmlər doktoru və profes-
sor adını almışıq. Elmi taleyimizdə kədərimiz də,
sevincimiz də bir olub. Deyirlər çətin günlər ada-
mı yaxınlaşdırır. Bu deyim bizim münasibətlərdə
təsdiqlənib.
Haşiyə: Elmi rəhbərimizlə Müdafiə Şura-
sının sədri arasında xoşagəlməz münasibətlərin
çanağı bizim başımızda çatladı, ikimiz də bəd-
xahlığa ünvan olduq.
13
Zərdüşt təliminə görə şər qüvvələrə qarşı
mübarizədə insanın başlıca silahı xeyirxah fikir,
xeyirxah söz və xeyirxah əməldir. Ömrünü bu üç
tezis üzərində kökləyənlərə yaxşı adam deyirlər.
Hə yaxşı ki, dünya belələrindən xali deyil. Belə
xeyirxah insanlardan biri universitetin o dövrdəki
Elmi işlər üzrə prorektoru, professor Yəhya
Məmmədov (bu adı oxuyan hər bir kəs şübhə et-
mirəm ki, onun ruhuna rəhmət oxuyacaq) hər iki-
mizi o bədxahların əlindən aldı. Bu anlar Xəqani
ilə mənim aramda olan münasibətlər artıq dostlu-
ğa çevrildi. Biz sonrakı taleh yollarımızı da qoşa
addımladıq və bu gün də dostluğumuz davam
edir.
Professor Xəqani Məmmədovu tanıyan
hər bir kəs mənim belə bir fikrimi təsdiqləyər ki,
o çox səbirli və təmkinli adamdır. Allah səbr
edənləri sevər deyimi var. Ümumiyyətlə, iman
iki paranın birləşməsindən ibarətdir: bir yarısı
səbr, o biri yarısı sükutdur. Bu cəhətdən Xəqani
müəllim qibtə ediləsi adamlardan biridir. Yoldaş-
larına, dostlarına və tanıdığı hər bir kəsə səbr və
hörmətlə yanaşan Xəqani müəllimin qazandığı
uğurlarda bu cəhət həmişə aparıcı olmuşdur.
Bundan sonraki bütün həyatında tanrı səbri və
təmkini onun əlindən almasın.
14
Xəqani müəllim çox istedadlı pedaqoq-
dur. Tələbələri onu xeyirxah və qayğıkeş bir
müəllim kimi sevir və ona hörmətlə yanaşır. Xə-
qani müəllim tariximizin ən aktual problemlərin-
dən olan milli-azadlıq hərakatı tarixinin tədqiqat-
çısıdır. Onun bu problemə həsr edilmiş monoqra-
fiya və məqalələri ciddi tədqiqаt işləridir.
Inkarolunmaz həqiqətdir ki, şəxsiyyətin
cəmiyyətdə tutduğu yerin əsas göstəricisi ailədir.
Bu kiçik cəmiyyəti idarə edə bilməyənlərdən heç
nə gözləmək olmaz. Xəqani müəllim olduqca cid-
di və mehriban ailə başçısıdır. O, ağıllı, tərbiyəli
və cəmiyyət üçün faydalı olan üç ovlad böyütmüş-
dür. Onun ailəsi milli və mənəvi dəyərləri qoruyub
saxlayan nümunəvi ailələrdəndir.
Əziz Xəqani müəllim! Sən ömrünün ən
müdrik illərini yaşayırsan və qəlbində həyata ke-
çirmək istədiyin arzuların var. Qoy tanrı səni ar-
zularına qovuşdursun, istədiyin qədər şirin ömür
nəsib olsun. 55 yaşın mübarək!
Bir xatirəm köçəcəkmi xatirələrə
Min xatirə köçəcəkdir mənimlə, əfsus».
Fəzail İBRAHİMLİ,
tarix elmləri doktoru, professor,
millət vəkili
15
Azərbaycanın görkəmli tarixçi alimi, tarix
elmləri doktoru, professor, Xəqani Məmmədov
öz müasirlərindən yüksək elmi imkanları, fitri is-
tedadı, iti zəkası və digər mənəvi keyfiyyətləri ilə
fərqlənən ziyalılarından biridir. Mən Xəqani
müəllimi Bakı Dövlət Universitetində birgə işlə-
diyim illərdən tanıyıram. O, nəinki müəllimlik et-
diyi fakültələrdə, bütövlükdə Universitet kollekti-
vinin dərin hörmətini qazanmışdır.
Xəqani müəllim tələbəlik və aspiranturada
oxuduğu illərdə də ictimai işlərdə fəal iştirak et-
miş, görkəmli tarixçi alimlərin rəhbərliyi altında
elmi tədqiqat işləri aparmış və bunun nəticəsində
də ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən
sonra bir neçə il doğulub boya-başa çatdığı Ağca-
bədi rayonunda müəllimlik etdikdən sonra yeni-
dən BDU-nun tarix fakültəsinin aspiranturasına
daxil olaraq təhsilin bu pilləsini də çox uğurla ba-
şa vurduqdan sonra doğma universitetdə ali hu-
manitar təhsilin formalaşmasında böyük zəhmət
çəkmişdir.
Professor Xəqani Məmmədov çox qısa bir
vaxtda universitetin böyük kollektivinin dərin
hörmətini qazanmaqla yanaşı həm də Azərbaycan
tarixinin indiyənə kimi öyrənilməmiş sahəsinin
ən tanınmış tədqiqatçılardan biri olduğunu sübut
Dostları ilə paylaş: |