Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   2   3   4   5   6   7   8   9   ...   26

 
11
uzaq olması, namərdə, nadana yerini bilməzə 
əyilməməsi, sözünü üzə deməsi, yaxşılara iman 
gətirib ağıllı adamların hörmətini saxlaması, on-
ların qeydinə, qayğısına qalması ağlı kəsəndən bu 
günə kimi Xəqani müəllimi sevdirir, ucaldır və 
həyat yollarını işıqlandırır.  
Dostum Xəqani Məmmədovun elmi, təhsi-
li,  əsərləri, alimliyi nə  qədər dəyərli, qiymətli, 
yüksəkdirsə, insanlığı ondan qat-qat yüksəkdir.  
Ağılla  əxlaqın qovuşduğu bir alim ömrü-
nün arzuları kimi nisgilləri də çoxdur. Hər biri-
miz kimi Qarabağ dərdi, əsir torpaqlarımızın, el-
obalarımızın həsrəti Xəqani müəllimin də qəlbini 
didir, parçalayır, hər an kövrəldir, sızıldadır. Bu 
sızıntılar sətirlərə çevrilib çoxsaylı  məqalələrdə, 
kitablarda əksini tapsa da, torpaqlarımız işğaldan 
azad edilməyincə sönən deyil. 
Vətənini, xalqını xoşbəxt, torpaqlarını azad 
görmək Xəqani müəllimin  ən böyük arzusudur. 
Bir alim ürəyi bu arzularla döyünür, yaşayır və 
yaradır. Bu ömürlə  nəinki bir dost kimi mənim, 
onu tanıyan hər bir kəsin fəxr etməyə haqqı var.  
Ömrün uzun olsun, Xəqani müəllim!» 
 
Tahir RZAYEV, 
millət vəkili 


 
12
 
Bu sətirləri yazmağa başlayarkən xəyalım 
məni 30 il əvvələ, 1979-cu ilə apardı. O vaxt ağ-
lıma belə gətirməzdim ki, 25 yaşlı cavan bir aspi-
rant dostuma 30 ildən sonra 55 yaşı münasibətilə 
təbrik yazacağam. Bu illər elə bir göz qırpımında 
keçib gedib, ömrün sürətlə keçən illərinə çevrilib. 
Ancaq keçən bu illər  ərzində  Xəqani  şərəfli bir 
həyat yolu keçmiş, aspirantlıq pilləsindən profes-
sorluq vəzifəsinə yüksəlmişdir.  
 Taleh elə  gətirib ki, biz həyat yollarında 
qoşa addımlamışıq. Eyni vaxtda eyni kafedrada 
aspirant olmuşuq. Tədqiqat sahəmiz eyni prob-
lem, elmi rəhbərimiz eyni adam olub. Eyni ildə 
universitetdə müəllimlik fəaliyyətinə başlamış, 
eyni ildə namizədlik dissertasiyası müdafiə etmi-
şik və az vaxt fərqi ilə elmlər doktoru və profes-
sor adını almışıq. Elmi taleyimizdə kədərimiz də, 
sevincimiz də bir olub. Deyirlər çətin günlər ada-
mı yaxınlaşdırır. Bu deyim bizim münasibətlərdə 
təsdiqlənib.  
 Haşiyə: Elmi rəhbərimizlə Müdafiə Şura-
sının sədri arasında xoşagəlməz münasibətlərin 
çanağı bizim başımızda çatladı, ikimiz də  bəd-
xahlığa ünvan olduq. 


 
13
  Zərdüşt təliminə görə şər qüvvələrə qarşı 
mübarizədə insanın başlıca silahı xeyirxah fikir, 
xeyirxah söz və xeyirxah əməldir. Ömrünü bu üç 
tezis üzərində kökləyənlərə yaxşı adam deyirlər. 
Hə yaxşı ki, dünya belələrindən xali deyil. Belə 
xeyirxah insanlardan biri universitetin o dövrdəki 
Elmi işlər üzrə prorektoru, professor Yəhya 
Məmmədov (bu adı oxuyan hər bir kəs şübhə et-
mirəm ki, onun ruhuna rəhmət oxuyacaq) hər iki-
mizi o bədxahların əlindən aldı. Bu anlar Xəqani 
ilə mənim aramda olan münasibətlər artıq dostlu-
ğa çevrildi. Biz sonrakı taleh yollarımızı da qoşa 
addımladıq və bu gün də dostluğumuz davam 
edir. 
 Professor Xəqani Məmmədovu tanıyan 
hər bir kəs mənim belə bir fikrimi təsdiqləyər ki, 
o çox səbirli və  təmkinli adamdır. Allah səbr 
edənləri sevər deyimi var. Ümumiyyətlə, iman 
iki paranın birləşməsindən ibarətdir: bir yarısı 
səbr, o biri yarısı sükutdur. Bu cəhətdən Xəqani 
müəllim qibtə ediləsi adamlardan biridir. Yoldaş-
larına, dostlarına və tanıdığı hər bir kəsə səbr və 
hörmətlə yanaşan Xəqani müəllimin qazandığı 
uğurlarda bu cəhət həmişə aparıcı olmuşdur. 
Bundan sonraki bütün həyatında tanrı  səbri və 
təmkini onun əlindən almasın. 


 
14
  Xəqani müəllim çox istedadlı pedaqoq-
dur. Tələbələri onu xeyirxah və qayğıkeş bir 
müəllim kimi sevir və ona hörmətlə yanaşır. Xə-
qani müəllim tariximizin ən aktual problemlərin-
dən olan milli-azadlıq hərakatı tarixinin tədqiqat-
çısıdır. Onun bu problemə həsr edilmiş monoqra-
fiya və məqalələri ciddi tədqiqаt işləridir. 
 Inkarolunmaz  həqiqətdir ki, şəxsiyyətin 
cəmiyyətdə tutduğu yerin əsas göstəricisi ailədir. 
Bu kiçik cəmiyyəti idarə edə bilməyənlərdən heç 
nə gözləmək olmaz. Xəqani müəllim olduqca cid-
di və mehriban ailə başçısıdır. O, ağıllı, tərbiyəli 
və cəmiyyət üçün faydalı olan üç ovlad böyütmüş-
dür. Onun ailəsi milli və mənəvi dəyərləri qoruyub 
saxlayan nümunəvi ailələrdəndir. 
  Əziz Xəqani müəllim! Sən ömrünün ən 
müdrik illərini yaşayırsan və qəlbində həyata ke-
çirmək istədiyin arzuların var. Qoy tanrı səni ar-
zularına qovuşdursun, istədiyin qədər şirin ömür 
nəsib olsun. 55 yaşın mübarək! 
 
Bir xatirəm köçəcəkmi xatirələrə 
Min xatirə köçəcəkdir mənimlə, əfsus». 
 
Fəzail İBRAHİMLİ, 
tarix elmləri doktoru, professor,   
millət vəkili 


 
15
Azərbaycanın görkəmli tarixçi alimi, tarix 
elmləri doktoru, professor, Xəqani Məmmədov 
öz müasirlərindən yüksək elmi imkanları, fitri is-
tedadı, iti zəkası və digər mənəvi keyfiyyətləri ilə 
fərqlənən ziyalılarından biridir. Mən Xəqani 
müəllimi Bakı Dövlət Universitetində birgə işlə-
diyim illərdən tanıyıram. O, nəinki müəllimlik et-
diyi fakültələrdə, bütövlükdə Universitet kollekti-
vinin dərin hörmətini qazanmışdır. 
Xəqani müəllim tələbəlik və aspiranturada 
oxuduğu illərdə də ictimai işlərdə fəal iştirak et-
miş, görkəmli tarixçi alimlərin rəhbərliyi altında 
elmi tədqiqat işləri aparmış və bunun nəticəsində 
də ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən 
sonra bir neçə il doğulub boya-başa çatdığı Ağca-
bədi rayonunda müəllimlik etdikdən sonra yeni-
dən BDU-nun tarix fakültəsinin aspiranturasına 
daxil olaraq təhsilin bu pilləsini də çox uğurla ba-
şa vurduqdan sonra doğma universitetdə ali hu-
manitar təhsilin formalaşmasında böyük zəhmət 
çəkmişdir.  
Professor Xəqani Məmmədov çox qısa bir 
vaxtda universitetin böyük kollektivinin dərin 
hörmətini qazanmaqla yanaşı həm də Azərbaycan 
tarixinin indiyənə kimi öyrənilməmiş sahəsinin 
ən tanınmış tədqiqatçılardan biri olduğunu sübut 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə