Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   2   3   4   5   6   7   8   9   ...   26

 
26
nın yollarında heç də həmişə yaşıl işıq yanmayıb. 
Bəzən qırmızı, bəzən də sarı işıq da nəsib olub bu 
ömür yollarının qatarının aydın yollarına. Xəqani 
müəllimin ömür yollarının ayları, illəri bu qatarın 
vaqonlarıdır. Bu vaqonlardan isə dostlara profes-
sorun saymaqla bitməyən nailiyyətləri, elmi əsər-
ləri, monoqrafiyaları, dərs dediyi tələbələr, yetiş-
dirdiyi elm adamları, mütəxəssisləri boylanır. 
Xəqani müəllim məhz saydıqlarımızın içərisində 
fəxrlə gəzən ağır gəmidir. Mən yenə bu gəminin 
55-ə çatmasına inana bilmirəm və bu yaşın gəldi-
yini görəndə yadıma hörmətli şairimiz N.Həsən-
zadənin aşağıdakı misraları düşür: 
 
İllər pillələrmiş bizdən ötəri,  
Yollara gah bürkü gah da çən düşür.  
Şöhrətin sevinci yaşın kədəri,  
Tərs kimi ikisi bir vaxta düşür. 
 
Xəqani müəllim! Fikirləşirəm 55-i haqladın 
100-ə  nə qaldı, arzum budur 100-ü haqlayasan, 
mən də sağ olam və onda deyəm,  əziz dostum 
Xəqani müəllim, 100-ü haqladın 150-yə  nə qal-
dı» 
 
İbrahim ZEYNALOV, 
  tarix elmləri doktoru, professor  


 
27
 
Mən eşidəndə ki, X.M.Məmmədovun 55 il-
lik yubileyi tamam olur, qərara aldım ki mütləq öz 
sözümü deməliyəm. Xəqani müəllimi 30 ilə ya-
xındır ki, tanıyıram və bir kollektivdə, yəni Bakı 
Dövlət Universitetində çalışırıq. Onun təşkilatçılı-
ğı, savadı  və  rəhbərlik qətiyyəti nəzərə alınaraq 
Azərbaycan Respublikası Prezidenti yanında Döv-
lət  İdarəçilik Akademiyasına dekan, sonra isə 
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi fi-
lialına direktor vəzifələrinə təyin еdildi. 
X.M.Məmmədov aspiranturada oxuduğu ilk 
günlərdə elmi axtarışlara ciddi girişdi, hamımızın 
gözlədiyi kimi, dissertasiya işlərini vaxtında ye-
kunlaşdırıb namizədlik və doktorluq dissеr-
tаsiyаlаrını müdafiə etdi. Onun elmi axtarışları-
nın məhsulu olan «Azərbaycan milli hərəkatı 
(1875-1918-ci illər)» adlı doktorluq dissertasiyası 
və monoqrafiyası Azərbaycan tarixçiləri tərəfin-
dən yüksək bəyənildi. Ancaq Xəqani müəllim 
bunlarla kifayətlənmədi. Sonralar yeni-yeni elmi 
əsərlər, ali və orta məktəblər üçün dərs vəsaitləri 
və monoqrafiyalar yazıb elmi ictimaiyyətin istifa-
dəsinə verdi. Həmin  əsərlərdə Azərbaycan Xalq 
Cümhuriyyətinin maarif və  mədəniyyət sahəsin-
də  fəaliyyəti, Azərbaycan xalqına qarşı erməni 


 
28
cinayətkarları tərəfindən törədilən soyqırımlar və 
deportasiyalar ətraflı tədqiq edilmişdir və elmi ic-
timaiyyət tərəfindən bəyənilmişdir. 
X.M.Məmmədov həqiqətən yaradıcı alim, 
istedadlı  rəhbər, sevimli dost və gözəl insandır. 
O, yüksək insani keyfiyyətlərə malik olan xeyir-
xah rəhbər və  təcrübəli pedaqoqdur. Adını  və 
şəxsiyyətini yüksək tutduğum, bir çox tələbələri-
nə  və dostlara ideal və nümunə olan Xəqani 
müəllim işlədiyi və çalışdığı universitetdə böyük 
hörmətə və nüfuza malikdir. Işlədiyi və çalışdığı 
bütün sahələrdə xalqına, Vətəninə, elinə və oba-
sına ləyaqətlə xidmət etmiş, ona göstərilən bütün 
etimadları özünün yüksək intellektual zəkası, də-
rin erudisiyası və ağsaqqallıq müdrikliyi ilə doğ-
rultmuşdur. 
Hörmətli dostum, 55 illik yubileyin çox 
mübarək, tanrı köməyin olsun!» 
 
Azаd RZAYEV, 
BDU-nun Azərbaycan tarixi»  
kafedrasının müdiri, tarix elmləri   
namizədi, dosent  
 
 


 
29
Bu gün respublika elmi ictimaiyyətinin 
görkəmli alimlərindən biri, Azərbaycanda və türk 
dünyasında tanınmış dəyərli tarixçi alim, yüzlərlə 
insanın qəlbində özünə  əbədi heykəl ucaldan, 
sevgi və istək dolu mənalı ömür yaşayan Xəqani 
Məmməd oğlu Məmmədovun anadan olmasının 
55 və elm-pedaqoji fəaliyyətinin 30 ili tamam 
olur. Qəlbinin hərarətini, zəngin elmi biliyini is-
təkli tələbələrinə öyrətmək, tanıdıtanımadı bütün 
insanlara  əlindən gələn köməyi etmək, onlara 
mənəvi dayaq olmaq Xəqani müəllimin elmi-pe-
daqoji və ictimai-siyasi fəaliyyətinin başlıca ama-
lına çevrilmişdir. Məhəmməd Peyğəmbər (s.) hə-
dislərinin birində demişdir: «İnsanların ən xeyir-
lisi başqalarına xeyri dəyəndir». Xəqani müəllim 
həmişə belə xeyirxah insanlardandır. 
Qədim Roma imperatorlarından birinin de-
diyi kimi, ən böyük elm müdriklikdir, ən yüksək 
müdriklik isə xeyirxahlıqdır. Bu baxımdan 
X.M.Məmmədov yeni tarixi şəraitdə  fəaliyyətə 
başlayarkən bütün hərəkətlərində  və addımların-
da haqqın qələbəsinə çalışmış, təbiətindəki saflıq 
və səmimiyyət, mənəvi və əxlaqi mübarizə üçün 
ona dönməz cəsarət və qətiyyət verilmişdir. Onun 
həm rəhbər, həm müəllim, həm mütəxəsis kadr 
və  həm də bir ziyalı kimi həqiqət konsepsiyası 


 
30
daha geniş ictimai məkan ölçüsü kəsb edir, Vətə-
nə və xalqına xidmət оnun bаşlıcа amalıdır. 
Hər kəsi səbirlə dinləmək, hadisələrə doğ-
ru-düzgün qiymət vermək, mühakimələrində ob-
yektivlik, sərbəstlik, ardıcıllıq və  qətiyyətlilik 
Xəqani müəllimin həyat kredosudur. 
Xəqani Məmmədov ağsaqqal insan, müdrik 
adam, dəyərli alim, gözəl təşkilatçı, əvəzsiz dost, 
minlərlə insanın və tələbə dünyasının sevdiyi is-
təkli müəllim, təcrübəli pedaqoq, xalqını  və  Və-
tənini canı qədər sevən insandır. Yaxşılıq və xe-
yirxahlıq onun qanında və canında, bütün elmi və 
pedaqoji yaradıcılığında, praktik əməllərində  və 
mənalı ömür bioqrafiyasındadır. 
X.M.Məmmədov Azərbaycan tarix elmində 
öz sözünü deyən yaradıcı və məhsuldar tədqiqat-
çı alimdir. Mənim  şəxsən yadımdadır. Xəqani 
müəllim bizim Bakı Dövlət Universitetinin aspi-
ranturasına daxil olduğu ilk günlərdən elmə necə 
böyük həvəsi və istəyi vardır. Məhz həmin istək 
arzusu ilə  Xəqani müəllim respublikanın, o za-
mankı Ittifaq dövlətinin mərkəzi  şəhərlərinin ki-
tabxanalarında, arxivlərdə yorulmaq bilmədən 
axtarışlar aparar, yeni-yeni arxiv materiallarını 
elmi dövriyyəyə  cəlb edərdi. Həmin ciddi elmi 
axtarışların məntiqi nəticəsidir ki, onun qələmi-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə