Microsoft Word biblioqrafiya


 - «XX əsrin siyasi tarixi (I h.) (mühazirə  kursu) adlı dərsliyi nəşr olunur. (həmmüəllif).    1994



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 
41
1991 - «XX əsrin siyasi tarixi (I h.) (mühazirə 
kursu) adlı dərsliyi nəşr olunur. (həmmüəllif). 
 
1994 - Təbiət fakültələri üzrə «Siyasi tarix kafed-
rasının dosenti vəzifəsini tutur. 
 
1995 - «XX əsrin siyasi tarixi» (I h.) (mühazirə 
kursu) adlı dərsliyi nəşr olunur. (həmmüəllif). 
 
1995 - «XX əsrin siyasi tarixi (II h.) (mühazirə 
kursu) adlı dərsliyi nəşr olunur. (həmmüəllif). 
 
1995-2003  -Bakı Biznes Universitetinin prorek-
toru və Humanitar elmlər kafedrasının müdiri və-
zifələrini icra etmişdir.  
 
1996 -«Azərbaycan milli hərəkatı» (1875-1918-
ci illər) adlı mоnоqrаfiyаsı nəşr edilmişdir. 
           
1998 - 
«Azərbaycanda maarifçilik və milli hə-
rəkat» (XIX yüzilliyin sonları -XX yüzilliyin əv-
vəlləri) mövzusunda müdafiə edərək tarix elmləri 
doktoru, alimlik dərəcəsi almışdır.  
            
1999 - 
«Azərbaycanın qədim və orta əsrlər tari-
xi» kafedrasına dosent vəzifəsinə kеçirilir. 


 
42
            
1999 - 
«Aydınlarımızın istiqlal mücadiləsi» ad-
lı kitabı nəşr edilmişdir. 
            
1999 - 
«Azərbaycan Xalq Cümhuriyyətinin təh-
sil, elm və  mədəniyyət sahəsində  fəaliyyəti» 
(1918-1920-ci illər) adlı kitabı (həmmğəllif) nəşr 
edilmişdir. 
 
2000 - 
Müsabiqə yolu ilə «Azərbaycanın qədim 
və orta əsrlər tarixi» kafedrasının professor əvəzi 
vəzifəsini tutur.  
           
 2000 -Azərbaycan tarixi» аdlı ümumtəhsil mək-
təblərinin XI sinifləri üçün dərsliyi çap olunur 
(həmmüəllif).  
           
2001  - Yeni Azərbaycan Partiyasına üzv qəbul 
olunur. 
           
2003 - 
Səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə 
alınaraq Respublika Təhsil Nazirliyinin «Fəxri 
fərman»ı ilə təltif оlunur. 
          


 
43
2004 - 
Azərbaycan Respublikası Prezidenti ya-
nında Dövlət Idarəçilik Akademiyasında fəaliy-
yət göstərən Ixtisaslaşdırılmış Müdаfiə Şurasının 
yanında Elmi seminarın sədri təyin edilmişdir.  
  
2005 - 
«Azərbaycanın qədim və orta əsrlər tari-
xi» kafedrasında 0.5 ştat  əvəzçiliklə qalmaqla 
başqa işə keçdiyi üçün tutduğu vəzifədən azad 
edilir.  
 
2005   Azərbaycan Respublikası Prezidenti ya-
nında Dövlət Idarəçilik Akademiyasında «Rəhbər 
kadrların ixtisasının artırılması fakültəsinin deka-
nı vəzifəsinə təyin edilir. 
 
         
 2005 - «Azərbaycan xalqının milli istiqlal mü-
barizəsi» (XIX yüzilliyin sonları -XX yüzilliyin 
əvvəlləri) adlı dərsliyi nəşr edilmişdir. 
 
        
 2000-2007 - 
Azərbaycan Milli Elmlər Akade-
miyasının Tarix Institutunda və Bakı Dövlət Uni-
versitetində  fəaliyyət göstərən  İxtisaslaşmış Mü-
dafiə Şuralarının üzvü olmuşdur.  


 
44
         
2006 - «Türkiyədə  və Azərbaycanda erməni 
millətçilərinin cinayətləri» adlı kitabı  nəşr edil-
mişdir (həmmğəllif). 
     
2007  
- Azərbaycan Müəllimlər Institutunun 
Ağcabədi filialına direktor təyin edilmişdir. 
 
2008 - «Erməni iddiaları  və azərbaycanlıların 
soyqırımı» adlı kitabı  nəşr edilmişdir (həmmğ-
əllif). 
    
2008 -«Qızıl qələm» mükafatına layiq görül-
müşdür. 
 
2000-2008 - Rusiya, Ukrayna, Belarusiya, Polşa, 
Almaniya, Türkiyə,  İran, Birləşmiş  Ərəb  Əmir-
likləri və Gürcüstanda elmi ezamiyyətlərdə ol-
muşdur. 
 
2009 -«İlin nüfuzlu ziyalısı» fəxri adını alır. 
 
 
 
 
 


 
45
Ömrün və elmin zirvəsində 
(Həyat və yarasıcılığına həsr olunmuş tarixi oçerk

 
Müasir dövrdə xalqımızın ictimai, siyasi və 
mədəni həyatında elə tarixi şəxsiyyətlər var ki, 
onların həyat və  fəaliyyətləri, gördükləri xeyir-
xah işlər müəyyən zaman keçdikdən sonra özünü 
daha qabarıq göstərir. Azərbaycan xalqı da belə 
oğulları ilə daim fəxr etmiş, onların zəkasının işı-
ğına və sözünün dəyərinə pənah aparmışdır. Belə 
ziyalılardan biri də böyük bir tarixi dövr üçün 
xalqımızın istiqlal və milli azadlıq salnaməsini 
yaratmış, müasir dövrdə Azərbaycanın görkəmli 
tarixçi alimlərindən biri olan tarix elmləri dokto-
ru, professor Xəqani Məmmədovdur. O, öz müa-
sirlərindən yüksək elmi imkanları, fitri istedadı, 
iti zəkası, insanlar arasındakı böyük nüfuzu və 
digər mənəvi keyfiyyətləri ilə fərqlənən ziyalılar-
dan biridir. XX yüzilliyin sonlarında çox qiymətli 
və geniş  əhatəli elmi pedaqoji tədqiqat işləri ilə 
Azərbaycanın tarixçi alimlərinin sırasına daxil 
olan bu gənc alim qısa zaman kəsiyində elmi icti-
maiyyətin dərin hörmət və səmimiyyətini qazan-
mışdır.  
Onun elmi tədqiqatlarında əsasən tariximi-
zin bu məsələləri daha geniş  işıqlandırılmışdır: 


 
46
Azərbaycanda milli azadlıq hərəkatının meydana 
gəlməsi, inkişaf mərhələləri və  nəticələrinə aid 
olan araşdırmaları, Azərbaycan Xalq Cümhuriy-
yəti və onun əsas rəhbərlərinin həyat və  fəaliy-
yətlərinin obyektiv işıqlandırılması, 1993-1995-
ci illərdə Azərbaycanın Dövlət Müstəqilliyinin 
bərpası və qorunub saxlanılması uğrunda mübari-
zə, müstəqil dövlət quruculuğumuzun əsas istiqa-
mətlərinin tədqiqi, hüquqi dövlət quruculuğu mə-
sələləri, müstəqil Azərbaycanın ilk Konstitusiya-
sının qəbul olunması, ölkənin iqtisadi və sosial 
inkişaf məsələləri, Azərbaycanda vətəndaş  cə-
miyyətinin qurulması, milli təhlükəsizlik və xari-
ci siyasət problemləri, Ermənistan-Azərbaycan 
və Dağlıq Qarabağ problemi, ermənilərin azər-
baycanlılara və türklərə qarşı əsassız ərazi iddia-
ları, azərbaycanlıların soyqırımı, torpaqlarımızın 
erməni silahlı qüvvələri tərəfindən zaman-zaman 
zəbt olunması, erməni terrorçu partiyaları, təşki-
latları və onun ən məşhur cəlladlarının xalqımıza 
qarşı törətdikləri qanlı faciələr, Azərbaycanın 
dövlətçilik və milli mənafelərinə düşmən kəsil-
miş  bəzi qüvvələrin dövlət çevrilişi cəhdlərinin 
qarşısının alınması, 1990-cı ilin 20 Yanvar faciə-
si, azərbaycanlıların dədə-baba torpaqlarından 
rus və ermənilərin birləşmiş silahlı qüvvələri tə-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə