Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 
76
 
tədqiqat işinin sonrakı  tədqiqat ardıcıllığı belədir: 
«Ermənilərin Azərbaycana qarşı əsasız iddiaları, «Er-
məni məsələsi necə yarandı?, adlı sərlövhələrdə ermə-
nilərin bir etnik qrup olaraq eramızdan əvvəl II minil-
likdən başlayaraq XX yüzilliyin əvvəllərinə kimi elmi 
ədəbiyyatda və dünya tarixşünaslığında ermənilərin 
real olmuş vəziyyətləri (əlbəttə tarixləri yox) araşdırı-
laraq dünyada olan çoxsaylı etnik qruplardan biri ol-
duğu, heç bir əraziləri və dövlətçilik ənənələrinin ol-
madığı oxucuların diqqətinə çatdırılır. Buradakı inan-
dırıcı faktlar əsasən dünya tarixçilərindən və onların 
əsərlərindən, arxiv sənədlərindən xəbər verir. 
Əsərin elm aləmi üçün maraqlı  cəhətlərindən 
biri də bundan ibarətdir ki, ermənilərin XX yüzillikdə 
azərbaycanlılara qarşı törətdikləri bütün cinayətlərdə 
Rusiyanın «Zaqafqaziyada şəraitə görə  hərəkət et-
mək» prinsipini başlanğıc olaraq əsas götürülür və bu 
siyasətin 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 
1948-1953-cü illərdə  və  nəhayət 1988-1994-cü illər 
üzrə araşdıraraq bu illərin hər dövrünü, yerli hadisələ-
rin cənubi Qafqaz və dünya ədəbiyyatında təsvirinə 
çox ciddi elmi təhlil verməklə 1915-ci il, 24 aprel 
«yalançı erməni soyqırımı»na da geniş aydınlıq gəti-
rərək sübut edir ki, yalançı erməni soyqırımının, tari-
xi, siyasi və məntiqi cəhətdən heç  


 
77
 
bir  əsası yoxdur və bu, ermənilərin zaman-zaman 
azərbaycanlılara və türklərə qarşı  həyata keçirdikləri 
qanlı cinayətlərin izlərini itirmək üçün beynəlxalq 
aləmdə yaratdıqları siyasi əxlaqsızlıqdan başqa bir 
şey deyil.  
Monoqrafiyada erməni millətçilərinin cinayət-
ləri araşdırılarkən fəsillərdən birinin müəllif tərəfin-
dən «Qanlı yanvar faciəsi» adlandırılması bu hadisə-
lərin bir-biri ilə nə qədər bağlı olduğunu, ermənilərin 
üç  əsrdən çox Cənubi Qafqazda, xüsusilə Azərbay-
canda azərbaycanlılara və burada yaşayan başqa xalq-
lardan olan milli azlıqlara və etnik qruplara (məhz on-
ların Azərbaycan vətəndaşı olduqlarınа görə) tutduq-
ları qanlı divanda Rusiyanın ermənilərlə əməli cəhət-
dən bir olduqları müəllif tərəfindən dünya tarixşünas-
lığında ermənilərin türk-müsəlman dünyasına qarşı 
apardıqları soyqırım siyasətinin növbəti mərhələsi ki-
mi təhlil olunur və qiymətləndirilir. Bundan sonra bu 
hadisələrin davamı olan Xocalı soyqırımına ayrıca yer 
ayrılır, çoxsaylı Azərbaycan  əsirlərindən 12 nəfərin 
xatirələri verilir və dünya mətbuatının 14 adda qəzet 
və jurnalında Xocalı faciəsi haqqında verilmiş məqa-
lələrdən seçmələr verilir. Nə  əsirlərin ifadələrini, nə 
də qeyd olunan seçmələri həyəcansız oxumaq müm-
kün deyil. Bu yazıları oxuyanda adama elə  gəlir ki, 
sanki dünyanın sonu çatıbmış... 


 
78
Müəllif nəinki 1988-1994-cü illərdə, hətta Dağ-
lıq Qarabağ hadisələri başlayana kimi, erməni terror 
təşkilatlarının törətdikləri yüzlərcə terror və qətl hadi-
sələrini də ümumi rus-erməni hücumlarının tərkib his-
səsi kimi əsərdə ayrıca tədqiqat obyektinə çevirmiş, 
çoxsaylı insan tələfatları və digər itkiləri göstərmişdir. 
Bu da əsərin əhəmiyyətini daha da artırmışdır.  
Müəlliflər əsərin nəticəsində ümummilli lideri-
miz Heydər Əliyevin erməni xislətini ifşa edən fikir-
lərindən birini oxuculara belə xatırladırlar:«Alman fa-
şistləri kimi ermənilər də Azərbaycanın işğal edilmiş 
yerlərində hər şeyi dağıtdılar,.... erməni işğalçılarının 
faşizmdən heç bir fərqi yoxdur».  
Bu əsərin əhəmiyyətini artıran cəhətlərdən biri 
də budur ki, müəlliflər tərəfindən dərsliyin sonunda 
«sənədlər» adı ilə verilmiş «Azərbaycanlıların soyqı-
rımı haqqında» Heydər  Əliyevin 1998-ci il 26 mart 
tarixli, azərbaycanlıların qərbi Azərbaycandakı dədə--
baba yurdları olan torpaqlarından deportasiyaları haq-
qında 1997-ci il 18 oktyabr tarixli Sərəncamları  və 
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 
«31 mart - Azərbaycanlıların Soyqırımı Günü» müna-
sibətilə 30 mart 2004-cü il tarixli müraciəti də tarixi 
və siyasi baxımdan çox əhəmiyyətlidir. Bu monoqra-
fiyanın gənc nəslin vətənpərvərlik tərbiyəsində əhə 


 
79
 
miyyətini nəzərə alan respublikanın Təhsil Nazirliyi 
onun dərs vəsaiti kimi istifadə olunmasına icazə ver-
mişdir. Əsərdə müxtəlif dillərdə olan çoxsaylı ədəbiy-
yat və arxiv materiallarından geniş istifadə olunması 
onun elmi əhəmiyyətini daha da artırmışdır.  
Professor X.Məmmədovun əsərləri üzrə ardıcıl 
aparılmış təhlillər göstərir ki, XXI əsrin başlanğıcına 
kimi Azərbaycanda milli istiqlal hərəkatını  tədqiq 
edən müəllif XXI əsrin əvvəllərindən başlayaraq elmi 
tədqiqat işlərinin istiqamətini dəyişir. O,vaxtı ilə 
«Azərbaycan milli hərəkatı» (1875-1918-ci illər) adlı 
əsərinin son səhifələrindən birində böyük həyəcanlı 
belə bir fikir işlədir: Azərbaycan Respublikası XX 
yüzilliyin əvvəllərində olduğu kimi yenə erməni təca-
vüzünə  məruz qalmış  və torpaqlarımızın 20 faizi iş-
ğalçılar tərəfindən zəbt olunmuşdur. Ermənistandan və 
Vətənimizin işğal olunmuş torpaqlarından qovulmuş 
bir milyondan artıq qaçqın və  məcburi köçkün dözül-
məz şəraitdə yaşamaqdadır.  
Hazırkı dövrdə professor X.Məmmədovun ya-
radıcılığında xalqımıza qarşı əsassız erməni iddiaları-
nı, Türkiyə  və Azərbaycanda ermənilərin törətdikləri 
qanlı cinayətlər, terror və soyqırımlar, 20 yanvar və 
Sumqayıt hadisələri, Xocalı soyqırımı , 31 mart -A-
zərbaycanlıların soyqırımı, erməni vandalizmi və 
Azərbaycan mədəniyyəti,  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə