Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 
72
 
Azərbaycana qarşı təcavüzü, uydurma erməni soyqırı-
mı məsələsi və tarixi həqiqətlər, 1918-ci ildə erməni-
lərin törətdikləri mart soyqırımı, 1918-1920-ci illərdə 
erməni millətçilərinin Naxçıvan, Zəngəzur, Qarabağ-
da törətdikləri qanlı cinayətləri, azərbaycanlıların de-
portasiyası  və onun faciəli sonluqları (1948-1953-cü 
illər), Qanlı yanvar faciəsi və Xocalı soyqırımı. 
Bu  əsərin iki müəllif tərəfindən yazılmasına 
baxmayaraq kitabın ön sözündə göstərilmişdir ki, ta-
rix elmləri doktoru, professor X.Məmmədov ciddi ax-
tarışlardan sonra belə bir obyektiv və düzgün nəticə 
çıxarmışdır ki, ermənilər Rusiya ilə yanaşı Qərbi Av-
ropa ölkələri və Irandan yardım aldıqları üçün güclü 
silahlanmaq imkanı əldə etmişlər. Erməni millətçiləri-
nin silahlanmasında erməni milyonçularının böyük 
maliyyə yardımı olmuşdur». Doğrudan da tarixən er-
mənilər türk-müsəlman  əhalisinə qarşı apardıqları 
qanlı müharibələrdə    həm Rusiya, həm də dünyanın 
başqa dövlətləri tərəfindən silah və maliyyə  dəstəyi 
almış, türklər və azərbaycanlılar isə erməni vəhşiliyi-
nin qurbanı olmuşlar. Tarixi qaynaqlarda və elmi ədə-
biyyatda bu məsələnin bütün təfərrüatı ilə işıqlandırıl-
ması  həqiqətən də X.Məmmədovun qələminə  məx-
susdur. 
Əsərdə tarixi problem kimi təhlilə cəlb edilmiş 
ikinci bir ciddi məsələ ondan ibarətdir ki,  


 
73
 
ümummilli lider Heydər  Əliyev tərəfindən Azərbay-
canlıların soyqırımı haqqında 26 mart 1998-ci il , 20 
yanvar 1990-cı il və 26 fevral 1992-ci il Xocalı soyqı-
rımı haqqında tarixi və siyasi hadisələrə qiymət veril-
məsi məsələlərə müəllif tərəfindən tarixi və siyasi cə-
hətdən təhlil edilərək müvafiq tezislər verilmişdir.  
Müəllif haqlı olaraq erməni məsələlərini də, 
araşdırarkən hadisələrin dövrləşməsinin dəqiq tarixi 
bağlılığını belə ifadə etmişdir ki, bu da məsələnin in-
kişaf istiqamətlərini, meydana gəlmə  səbəblərini, er-
mənilərin «dənizdən-dənizə», «böyük Ermənistan» 
yaratmaq xülyalarının və qondarma erməni soyqırımı 
haqda dünyaya bir əllərində  dəsmal, bir əllərində  də 
məkrli göz yaşları (bu ifadə ilk dəfə erməni yazar 
M.Şaginyandan gəlmişdir) danışdıqları  və yaydıqları 
yalanların üstü açılır. Müəllif bu haqda belə yazır: 
«Tarixi faktlar sübut edir ki, təkcə XX yüzillikdə azə-
ri türkləri 4 dəfə milli ayrı-seçkilik və erməni şovinist 
siyasətinin hədəfi olmuş, deportasiyaya məruz qalmış, 
əslində xalqımıza qarşı soyqırım və genosid siyasəti 
həyata keçirilmişdir».  
Bu açıqlamadan sonra əsərin digər hissələrində 
erməni vandalizmini, 20 yanvar hadisələrini, Xocalı 
qətliamını da verməklə ermənilər tərəfindən təkcə 
Azərbaycan xalqına qarşı deyil, həm də bizə qardaş 
olan Türkiyə xalqının başına  


 
74
gətirilmiş tarixi faciələrin tam xəritəsi oxucuların gö-
zü önündə bir daha canlanır. Doğrudan da müəllif 
göstərir ki, məhz XX yüzillikdə xalqımıza qarşı soy-
qırım siyasətinin birinci dövrü: 1905-1906-cı illər, 
ikinci dövrü 1917-1920-ci illər, üçüncü dövrü 1948-
1953-cü illər, dördüncü dövrü 1988-1994-cü illərdə 
olmaqla böyük bir tarixi dövrü əhatə edir və indi də 
bu təcavüz davam etdirilməkdədir.  
Bu bölgünü verərkən professor X.Məmmədov 
1936-1937-ci illərdə  rəhbər vəzifə tutan və sonralar 
«üçlük (troyka) adlandırılan Sumbatov-Topuridze, 
Borşev, Gerasimov, Sinma, Şerin, Qriqoryan, Mar-
karyan, Qalstyan, Ohenesyan və Avanesyanların təx-
minən 2 il ərzində 80 mindən çox insanın kütləvi qır-
ğınına səbəb olmalarını, təşkil etmələrini və Azərbay-
canda böyük səlahiyyətlərə sahib olan bu «üçlük» tə-
rəfindən xalqın  ən qabaqçıl ziyalılarının qırılmasını 
da unutmur və ilk dəfə olaraq Qubada, Qarabağda, 
Şamaxıda, Naxçıvanda və Göyçayda kütləvi (toplu) 
məzarlıqların adlarını elm aləminə  bəyan edir. Çox 
keçmədi ki, həmin məzarlıqlar Qubada, Qazaxda, Qa-
rabağda bütün dünya xalqlarının gözü qarşısında aş-
kar olundu.  
 Azərbaycanlıların Ermənistandan, öz dədə-ba-
ba yurdlarından deportasiyası məsələləri tarixşünaslı-
ğımızda kifayət qədər, (XX yüzilliyin  


 
75
 
sonlarında və XXI yüzilliyin əvvəllərində) işlənsə də 
X.Məmmədov bu hasdisələrin məhz ermənilərin 
«türksüz Ermənistan « yaratmaq ideyasının ilk mərhə-
ləsi olduğunu göstərir. Məlum olur ki, keçən XX əsrin 
50-80-ci illərində ermənilərin təmizləmə siyasətinin 
nəticəsində 200 mindən çox soydaşımız dəbə-baba 
yurdları olan qərbi Azərbaycandan məcburi köçürül-
müşlər. Türklərdə bu haqda bir məsəl var: yersiz gəldi 
yerli qaç! Vaxtı ilə XIX yüzilliyin 20-ci illərində Qri-
boyedov da yazırdı ki, Irandan Qarabağa və Naxçıva-
na köçürülən ermənilər yaylaqda olan azərbaycanlıla-
rın evlərini tutduqlarından onlar qışı öz yurdlarında 
çadırlarda keçirtdilər. Buna görə  də Veliçko «Qaf-
qaz» əsərində qeyd edirdi ki, əgər erməni tarixinin üz 
qabığı üçün «uydurma sözündən başqa bir söz axtar-
saydıq «xəyanət» sözündən yaxşısı olmazdı».  
Bütün bunlara görə də professor X.Məmmədov 
bu  əsərində ermənilərin azərbaycanlılara və türklərə 
qarşı törətdikləri bütün cinayətləri, ardıcıl, sistemli, 
mükəmməl və planlı qaydada həm tarixi reallığı, həm 
də erməni və xarici dövlətlərin rəsmi sənədlərinə, ta-
rixçilərinin fikirlərinə əsaslanaraq ermənilərə beynəl-
xalq hüquq normaları səviyyəsində çox əsaslı cavab-
lar hazırlamışdır. Belə ki, tarixi həqiqətləri, faktları və 
rəqəmlərin əsasında başlanan monoqrafiyada  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə