Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 
55
millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə 
fəxr edə bilməz». 
Bu bir həqiqətdir ki, ömrünün bütün şüurlu his-
səsini Azərbaycanda Milli Azadlıq hərəkatının və 
milli istiqlal mübarizəsinin tədqiqinə və öyrənilməsi-
nə  həsr etmiş,  əvvəllər də bir neçə  dərsliyin müəllifi 
olan alim üçün vətən tarixi dərsliyini yazmaqdan üs-
tün və  şərəfli heç nə ola bilməz.. Həqiqətən ümum-
milli liderimiz Heydər Əliyevin tapşırığı əsasında bu 
dərsliyin yazılmasında iştirak etməsini professor 
X.Məmmədov Ulu Öndərimiz tərəfindən ona göstəril-
miş  ən böyük etimad kimi dəfələrlə müxtəlif istiqa-
mətli yazılarında və çıxışlarında xüsusi qeyd etmişdir. 
 Alimin  əsərlərindən biri də 1996-ci ildə  nəşr 
olunmuş «Azərbaycan milli hərəkatı» (1875-1918-cı 
illər) adlanır. Əsər XX yüzilliyin sonlarında çap olun-
sa da, əslində müəllif bu əsərin üzərində Bakı Dövlət 
Universitetinin aspiranturasında təhsil aldığı illərdə, 
özü də gizli şəkildə  həm tədqiqat aparmış, həm də 
bəhs olunan dövrün qeyri-leqal inkişaf edən milli 
azadlıq hərəkatının  ən gənc üzvlərindən biri olmuş-
dur. 
Adından göründüyü kimi bu əsəri də müəllif 
Azərbaycanın milli hərəkat tarixinə həsr etmişdir. Bu-
rada Azərbaycan milli hərəkatının ilkin oyanışdan 
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına  


 
56
qədərki dövrü ilk dəfə olaraq işlənmiş, real və elmi 
baxımdan olduğu kimi tarixilik saf-çürük edilərək 
bəhs olunan dövrün mövzu üzrə həqiqi mənzərəsi tam 
aydınlaşdırılmışdır. Bu əsərində professor X.Məmmə-
dov Azərbaycan tarixində ilk dəfə milliyətcə erməni 
olan P.V.Mosesovun «Azərbaycanda vətəndaş müha-
ribəsi» (1917-1920-ci illər) adlı doktorluq dissertasi-
yasında Azərbaycanın milli hərəkat tarixinə  hər cürə 
ləkə yaxan» və xalqımızın düşməni, Azərbaycanlıla-
rın 31 Mart Soyqırımını  təşkil edən S.Şaumyana 
«milli qəhrəman» adının qazandırmasına etiraz edə-
rək, onun əsl murdar və qaniçən simasını açmağa nail 
olmuşdur.  
Bəli, Sovet Ittifaqının «milli qəhrəmanı sayılan 
bu türk və azərbaycanlıların qaniçən qatili haqqında 
doğru olanı yazmaq vaxtı ilə  hər azərbaycanlı alimi-
nin cəsarət etdiyi iş deyildi. Professor X.Məmmədo-
vun bu əsərində elmi dövriyəyə ilk dəfə daxil etdiyi 
etibarlı  mənbələr və arxiv sənədləri indiyə kimi də 
bəhs olunan mövzunun isıqlandırılmasında ən etibarlı 
mənbələr kimi tədqiqatçılar tərəfindən geniş istifadə 
olunmaqdadır.  Əsərdə  əsas işıqlandırılan hadisələrin 
ardıcıllığı belədir:  
Milli istiqlal mübarizəsinin sosial-iqtisadi və si-
yasi təməli, maarifçilik hərəkatı və milli-mədəni inki-
şaf, milli demokratik ideyalarının  


 
57
formalaşmasında aydınların rolu, birinci rus inqilabı 
və Azərbaycanda milli demokratik fikir, erməni-Azər-
baycan - türk münaqişəsi və onun milli hərəkatın inki-
şafına təsiri, Müsavat partiyasının yaranması və milli 
istiqlal mübarizəsində onun rolu, I Dünya müharibəsi 
illərində Azərbaycanın iqtisadi və sosial - siyasi duru-
mu, 1917-ci il fevral inqilabı  və istiqlal hərəkatının 
ümummilli prosesə çevrilməsi, milli istiqlalın gerçək-
ləşməsi uğrunda mübarizəsi və s.  
Müəllif Azərbaycan milli demokratik fikrinin 
inkişafından bəhs edərək göstərir ki, birinci rus inqila-
bı ərəfəsində Azərbaycan yazıçıları, publisistləri, ana 
dilində  mətbuat orqanları açmaq imkanı  əldə edərək 
«Həyat», «Füyuzat», «Tərəqqi», «Təkamül», «Irşad , 
«Iqbal» və başqa mətbu orqanlarını yaratdılar. Bu-
nunla da onlar ictimai-siyasi fikir tarixinin əsasını 
qoydular. Əsası Azərbaycanın görkəmli filosofu Hey-
dər Hüseynov tərəfindən qoyulmuş bu problemin də 
ilk dəfə geniş  şəkildə Azərbaycan tarixşünaslığında 
elmi əsaslarla, tarixi həqiqətin olduğu kimi işlənməsi 
professor X.Məmmədovun adı ilə bağlıdır. Bu işin el-
mi cəhətdən əhəmiyyəti bir də ona görə dəyərlidir ki, 
ona müasir dövrün ictimai-siyasi prosesləri prizma-
sından baxılmışdır.  
Əsərin  əvvəlində müəllif Azərbaycanda milli 
hərəkatın tədqiqatçılarını tarixi ardıcıllıqla qruplaşdı 


 
58
raraq,  əsas cəhətləri göstərmək, nəyin doğru, nəyin 
həqiqətdən uzaq olduğunu bir məqsəd kimi qarşıya 
qoymuşdu. Əvvəlcə 1917-1920-ci illər tarixi ilə yana-
şı milli hərəkatın əvvəlki illərinə nəzər salır və haqlı 
olaraq qeyd edir ki, bəhs olunan dövrdə yazılmış təd-
qiqat  əsərləri milli hərəkatın mərhələlərinin ümumi 
mənzərəsinin müəyyən tərəfini canlandırmaq baxı-
mından əhəmiyyətlidir. Bu baxımdan A.Rayevskinin, 
Y.Pathauzerin, M.D.Hüseynovun, Ə.Qarayevin, 
Q.Hüseynovun, M.Quliyevin və digər tədqiqatçıların 
adlarını qeyd edir. XX yüzilliyin 50-60-cı illərində 
Azərbaycanda Sovet Hakimiyyətinin qələbəsinə  həsr 
edilmiş akademik nəşrlərdən də bəhs olunur və Y.To-
karjevski, P.Əzizbəyova, C.Quliyev, K.Şahgəldiyev, 
Z.İbrahimov, M.İsgəndərov, A.Milman, İ.B.Striqu-
nov, Z.Əliyeva,  Ə.Sumbatzadənin  əsərlərini təhlil 
edir və belə bir qərar verir ki, «Sovet siyasi ideologi-
yasının nəfəsi bu əsərlərə  də toxunduğundan onlarda 
problemin elmi və obyektiv tədqiqindən danışmaq çə-
tindir. Azərbaycanın milli hərəkatının sonrakı dövrü-
nü təşkil edən  əsərlərin digər qrupunu 80-cı illərdən 
etibarən başlayaraq Sovet imperiyasının dağılmağa 
başlaması və başa çatması ilə bir dövrdə yaranan əsər-
lərin xüsusi əhəmiyyəti qeyd olunur və müstəqil 
Azərbaycan dövlətinin yaranması ərəfəsində meydana 
gələn  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə