Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

 
36
Mən, əlbəttə, tarixçi deyiləm və təbiidir ki
bu istiqamətdə elmi-nəzəri və  tədqiqat işləri də 
aparmamışam. Deməli, tarixə, tarixi mövzularda 
yazılmış əsərlərə, elmi-tədqiqat materiallarına el-
mi-nəzəri səviyyədə qiymət verməyə  də  çətinlik 
çəkirəm. 
Ancaq elə müəlliflər, elə əsərlər, elə kitab-
lar var ki, onlara tarixçi olmasan da münasibət 
bildirmək, rəy söyləmək, fikir bildirmək müm-
kündür. Belə müəlliflərdən biri tarix elmləri dok-
toru, professor Xəqani Məmmədovdur. Bunun, 
şübhəsiz ki, səbəbləri var. Ən əvvəl, burada pro-
fessor Xəqani Məmmədovun tədqiqata cəlb etdi-
yi mövzuları, müraciət etdiyi fakt və hadisələri 
yada salmaq lazımdır. Heç kimə sirr deyildir ki, 
bir sıra hallarda, xüsusilə əvvəllər adi, ötəri möv-
zulara, heç bir xüsusi və ciddi tədqiqat və araşdır-
ma yükü olmayan, xalqımızın, millətimizin tarixi 
taleyi üçün o qədər də  əhəmiyyət kəsb etməyən 
mövzularda dissertasiyalar yazılırdı, kitablar çap 
olunurdu. Ancaq tariximiz, soykökümüz, keçdi-
yimiz mübarizə yolları  və s. haqqında yazmaq 
daha vacib və zəruridir. 
Məsələyə bu prizmadan yanaşsaq, qeyd et-
məliyik ki, Xəqani Məmmədovun tədqiqat mate-
rialları, müraciət etdiyi mövzular bilavasitə xalqı-


 
37
mızın tarixi, müstəqillik və suverenlik uğrunda 
mübarizəsi, soyqırımı, deportasiya və s. kimi ak-
tual, taleyüklü hadisələrə həsr olunmuşdur. Indi - 
aşkarlıq və demokratiya dövründə bu mövzularda 
hamı yaza bilər. Ancaq əvvəlki illərdə belə möv-
zularda əsər yazmaq, kitab çap etdirmək, hər şey-
dən əvvəl, elmi sanbal və istedadla yanaşı, vətən-
daş  cəsarəti, iradə, qətiyyət və  əzmkarlıq tələb 
edirdi. 
Xəqani Məmmədovun bir alim kimi yaradı-
cılığının fərdi keyfiyyətləri, elmi-tədqiqat istiqa-
məti, siyasi-ideoloji diapazonu barədə danışarkən 
daha bir məsələ üzərində dayanmaq lazım gəlir. 
Bu da onun əsərlərindəki ifadə və yanaşma tərzi, 
əlvan və elastik kompromizasiya, geniş bilik, in-
formasiya və dünyagörüşündən doğan zəngin dil 
və üslubdur. Bu baxımdan professor Xəqani 
Məmmədovun elmi üslubu, elmi dili, tarixi hadi-
sələrə  və faktlara yanaşma tərzi, yazı manerası 
olduqca maraq doğurur. Xəqani müəllimin elmi 
dili hər cür akademizmdən, ağır, mürəkkəb üs-
lubdan uzaqdır. Onun dili olduqca sadə, aydın və 
rəvandır. Heç də  təsadüfi deyildir ki, professor 
Xəqani Məmmədovun xalqımızın keçdiyi tarixi 
inkişaf yolunun ən çətin və mürəkkəb dövrlərinə 
həsr olunmuş kitabları birnəfəsə oxunur, oxucu 


 
38
qətiyyən yorulmur, maraq və  həvəslə  əsərin so-
nuna can atır. 
...Azərbaycan Müəllimlər Institutunun Ağ-
cabədi filialının son vaxtlar abadlaşdırılmış, xü-
susi zövq və səliqə ilə təmir edilmiş həyətini gə-
zirəm, tədris korpusuna, auditoriyalara, kafedra-
lara baş  çəkirəm, koridorlarla addımlayıram, di-
varlarda filialda həyata keçirilən elmi-pedaqoji 
tədbirləri, elmi-nəzəri konfrans və diskussiyaları 
əks etdirən fotolara baxıram, materialları oxuyu-
ram, qaynar, yaradıcı mühitlə rastlaşıram. Müasir 
işıqlandırma və istilik sistemi, yaradılmış əlveriş-
li mühit, sağlam mənəvi-psixoloji ab-hava bura 
qədəm basan hər kəsdə xoş duyğular, təhsilimi-
zin, elmimizin sabahına möhkəm inam, bu şərai-
ti, bu gözəlliyi yaradanlara minnətdarlıq hissləri 
yaradır.  
Qəlbimdən bu sözlər keçir: Azərbaycan 
Müəllimlər Institutunun Ağcabədi filialının di-
rektoru Xəqani Məmmədovun adının qarşısında 
tarix elmləri doktoru, professor, «Qızıl Qələm» 
mükafatı laureatı sözləri ilə yanaşı, daha bir ləya-
qətli titul da əlavə olunur: bacarıqlı elm təşkilat-
çısı». 
Ziyəddin SULTАNОV, 
«Xalq qəzetinin bölgə müxbiri, 
 Əməkdar jurnalist 


 
39
PROFESSOR XƏQANI MƏMMƏDOVUN 
HƏYAT VƏ FƏALİYYƏTİNİN 
 
ƏSAS TARİXLƏRİ 
 
Xəqani  Məmməd  oğlu  Məmmədov  
1954-cü il iyun ayının 18-də Azərbaycan Res-
publikasının Ağcabədi  şəhərində anadan olmuş-
dur.  
 
1959  - Ağcabədi şəhər Hüsülü kənd orta  
məktəbinin I sinfinə qəbul olunub. 
 
1968 - ÜİLKGİ sıralarına qəbul edilmişdir.  
 
1970 - Ağcabədi şəhər 1 saylı orta məktəbini   
bitirmişdir. 
 
1970 - 
Azərbaycan Dövlət Universitetinin tarix 
fakültəsinə qəbul olunur.  
 
1975  - Azərbaycan Dövlət Universitetinin tarix 
fakültəsini bitirir və Təhsil Nazirliyinin göndəri-
şinə  əsasən Ağcabədi  şəhər 7 saylı  səkkizillik 
məktəbə ixtisası üzrə tarix müəllimi təyin edilir.  
 


 
40
1977 - Ağcabədi şəhər 1 saylı orta məktəbə tarix 
müəllimi təyin edilir.  
 
1979 -Azərbaycan Dövlət Universitetinin aspi-
ranturasının əyani şöbəsinə qəbul olunduğu üçün 
Ağcabədi  şəhər 1 saylı orta məktəbin müəllimi 
vəzifəsindən azad olunur. 
 
1982 -Aspiranturanı başa çatdırır və  АDU-nun 
tarix fakültəsinə müəllim vəzifəsinə təyin edilir.  
 
1985-»Azərbaycan Kommunist Partiyasının zəh-
mətkeşlərin  əmək tərbiyəsi sahəsində  fəaliyyəti 
(1976-1980-ci illər) mövzusunda müdafiə edərək 
tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.  
 
1987
 
-
 
Müsabiqə yolu ilə «Sov. IKP tarixi» ka-
fedrasına baş müəllim təyin edilir. 
 
1989  - Müsabiqədən keçdiyinə görə «Siyasi ta-
rix» kafedrasının Təbiət fakültələri üzrə dosent 
vəzifəsinə seçilir. 
 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə