Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   2   3   4   5   6   7   8   9   ...   26

 
21
dekan vəzifəsində  çаlışmış prоfеssоr 2007-ci il-
dən AMI-nin Ağcabədi fililalında direktor 
vəzifəsində çаlışır.  
Qısa bir vaxt ərzində filialda kifayət qədər 
işlər görüb, onun tədris və maddi-texniki bazası-
nın möhkəmləndirilməsi sahəsində nailiyyətləri 
var. Bu haqda respublika mətbuatında indi də 
çoxlu yazılar dərc оlunur.  
Azərbaycan tarixinə, elminə  və  təhsilinin 
inkişafına istiqamətlənmiş bir məhəbbət hissi 
X.Məmmədovun əsrin son illərində yazdığı əsər-
lərinin pafosunu və həqiqi vəziyyətini təşkil edir. 
Yaxşı  cəhətlərindən çox danışmaq və yazmaq 
olar, lakin ən yaxşı  əlamətlərdən biri budur ki, 
Xəqani müəllimdə  əllaməlik, fürsətdən istifadə 
etmək, gərəksiz yerə  mətləbi uzatmaq, ölçübiçi 
gözləmədən, təhlil etmədən nəticə çıxartmaq, tez 
qərar vermək, kiçik bir məsələni şişirdib həyəcan 
qaldırmaq onun xarakterinə və elmi-pedaqoji fəa-
liyyətinə yaddır.  Şəxsiyyətin kamilliyi, davamlı 
ağıl və iradi keyfiyyətlərə malik olmaq, xarakter 
bütövlüyü Xəqani müəllimin təbəssümlü çöhrəsi-
ni daha qabarıq tamamlayan insani amillərdəndir.  
Həm mənim, həm də  Xəqani müəllimin 
ürəyincə olan çox istəklərimiz var ki, bunlardan 
biri Qarabağ  məsələsidir. Arzu edirəm ki, Qara-


 
22
bağın azadlığını görək və Xəqani müəllimin bun-
dan sonrakı yubileylərini və doğum günlərini 
onun doğulub boya-başa çatdığı aranlı dağlı Qa-
rabağda daha təntənə ilə qeyd edək.  
Həyatımız çox qaynar keçir. Lakin qayğı-
lar, problemlər, dostlar və çoxsaylı zənglərin içə-
risində bir Xəqani yüksəkliyi var. - Azərbaycan-
şünaslıq tarixində, ana dili tarixində Xaqani Şir-
vanidən Xəqani Məmmədova qədər keçilmiş ta-
rix və həmin tarixin müasir zirvəsində çox cəsa-
rətlə duranlardan biri professor Xəqani Məmmə-
dov, mənim əziz dostum Sizə, gələcək fəaliyyəti-
nizdə, xüsusilə xalqımızın tale yüklü məsələləri 
istiqamətindəki görəcəyiniz böyük işlərdə uğurlar 
arzulayıram». 
 
Xəlil ISMAYILOV
Tarix elmləri doktoru, professor, 
Əməkdar mədəniyyət işçisi, 
BDU-nun Kitabxanaçılıq və 
 informasiya fakültəsinin dekanı 
 
 


 
23
Memuar janrında yazılmış bir kitabda gözəl 
bir epiqraf oxumuşam: «Xatirələr faydalı olsun 
deyə, səmimi yazılmalı gerçəkliyə  tən gəlməli-
dir». 
Professor Xəqani müəllimlə tanışlığımız 
80-ci illərin  əvvəllərindən başlamışdır. Onun 
qayğıkeşliyini, səmimiliyini Bakı Dövlət Univer-
sitetinin aspiranturasına imtahan verəcəyim za-
man ərəfəsində hiss etmişəm.  
Əgər soruşsalar ki, Xəqani Məmmədovu 
necə xarakterizə edərdiniz, fikirləşmədən mən 
deyərdim: O, istedadlı alim, bacarıqlı, təcrübəli 
müəllim, yaxşı dost və səmimi insandır. Hər insa-
nın ömür tarixi var. Bu tarixin məzmunu, zəngin-
liyi, onun keçdiyi həyat yolu, dostluq və yoldaş-
lıq münasibətləri ilə müəyyənləşir. 
 Xəqani müəllim elə dostlardandır ki, ona 
tərif gərək deyildir. Onun nə fəxri ada, nə də təm-
təraqlı sözlərə ehtiyacı yoxdur. Xəqani müəllim 
ciddi xarakterli, elmə, Vətənə, elə-obaya vurğun 
ziyalıdır. Onun xarakteri, istedadı və mümtaz zə-
kası doğrudan da təkcə alimlik peşəsində deyil
həm də insanlıq üfüqlərində parlayır. 
Nümünəvi ziyalılığı, davranışı, sakit, təm-
kinli olması, səliqəli geyimi, səmimi xasiyyəti, 
nurani siması ilə nəzərləri həmişə cəlb edir, baş-
qalarından seçilir. O, həmişə öz elminə, məntiqi 


 
24
təfəkkürünə, düşüncəsinə, mühakimələrinə söy-
kənən bir insandır. 
Xəqani müəllimin həyatda özünəməxsus 
elə bir fəlsəfəsi var ki, onun həyat lirikasında mə-
nəvi saflıq, poetik təbiət, Vətənə, xalqa sədaqət 
üstünlük təşkil edir. 
Çoxlarından fərqli olaraq Xəqani müəllim 
təkcə öz taleyini yaşamır. O, həm də kimlərinsə 
taleyini yaşayır. Belə olmasaydı Xəqani müəllim 
bu qədər sevilməzdi. Onun qəlbindən, gözlərin-
dən parlayan göz yaşları onu sevənlərin yanaqla-
rından süzülür. 
Bir dəfə qoca Tolstoydan soruşurlar: Özü-
nüzü necə hiss edirsiniz? Cavab verir: «Allaha 
şükür, narahat» Xəqani müəllim də belədir, özü 
üçün, el-obası, qohum-əqrabası üçün narahat 
olur.  
 
Əziz dost qulaq as ürəyimin səsinə,  
Yeni gələn bu təzə ildə 55 yaşın mübarək. 
Gəlin dostlar alqış deyək bu bayrama, 
Qoy hər obada, hər eldə mübarək olsun.  
 
İlhamını eldən alıb, el qayğına qalan  
Zəhmətinin bəhrəsiylə 55-ə çatan 
Gələcəyə yol göstərib, şərəfli yol keçib 
Elm adını uca tutub professor olub. 
Qazandığı bu zəfərlə 55-ə çatıb 
 
Qazandığınız bu zəfərlə bu adınız mübarək! 


 
25
Əziz dost! Mən 55-illik zamanın arasında 
sənin sədaqət dolu üzünü, günəş kimi parlaq tale-
yini görürəm. Sən fikrən dostlarla, insanlarla ya-
naşı addımlayırsan, Vətənlə, millətinlə, xalqınla 
nəfəs alırsan, sənin böyüklüyün bundadır. Mən 
sənin xoşbəxt simanda, sənin uzaqgörən gözləri-
nin şöləsində həyata olan sevgini, eşqi görürəm. 
Xəqani müəllim! Illər ötub keçdikcə siz də 
həyatın acısını-şirinini duya-duya, dada-dada 
müdrikləşirsiniz. Kaş  hər dəfə ömrün müəyyən 
dolayına çatdıqda qohum-əqraba, dost-tanış, tanı-
yanlar hamılıqla təəccüb edib soruşalar: Yəni 
doğrudanmı, onun bu qədər yaşı var? Indi mən də 
fikirləşirəm ki, sevimli dostumuz Xəqani müəlli-
min 55 yaşa çatmasına necə inanasan? 
Mən fikirləşirəm Xəqani Məmmədovun iki 
taleyi var: biri uşaqlıq çağından  əlindən tutaraq 
bu 55 il ona yar olmuş, onu tələbə, müəllim, 
alim-professor kimi dostlara sevdirmiş, Xəqani 
Məmmədov sevgisini qəlblərə doldurmuş  tаnrı 
sevgisidir, ikincisi isə Milli dəyərləri yüksək tu-
tan  şəxsiyyətin Vətənə, millətə  və dövlətə  оlаn 
sеvgisidir.. 
55 illik bir ömrün ağrılı-acılı, sevincli-kə-
dərli günləri zərrəciklər kimi ayların, illərin qa-
ranlıq guşəsinə səpələnib. Lakin bu zərrəciklər il-
lərin qaranlıq guşəsində də parlayır, gələcəyə nur 
saçır. 
Xəqani müəllimin qatarı düz 55 ildir ki, 
aram-aram, sakit-sakit yol gedir. Bu ömür qatarı-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə