Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 
31
nin məhsulu kimi Azərbaycanın XIX əsrin sonu 
XX əsrin əvvəllərini əhatə edən milli hərəkat tari-
xi, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm 
və  mədəniyyət sahələrində  fəaliyyəti, Türkiyədə 
və Azərbaycanda erməni quldurları tərəfindən tö-
rədilən soyqırımlar və b. samballı tədqiqat əsərlə-
ri yazıldı və geniş elmi ictimaiyyətin istifadəsinə 
verildi. Xəqani müəllim doktorluq dissertasiyası-
nı müdafiə etməklə kifayətlənmədi. Müdafiədən 
sonra onun ali məktəblər üçün dəyərli dərs vəsaiti 
və monoqrafiyası, bir çox elmi əsər və məqalələri 
işıq üzü gördü. Onun Azərbaycan tarix elminin 
müxtəlif sahələrinə dair çoxlu elmi əsərləri, dərs-
likləri və monoqrafiyaları, ali məktəblərimizdə 
tədris edilən və sevilərək oxunan kitabları vardır.  
X.M.Məmmədov dövlətçiliyimizin qorun-
masında və möhkəmlənməsində vətəndaş qeyrəti 
ilə irəlidə gedən ziyalılarımızdandır. Təhsil siste-
minin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə 
dair Xəqani müəllimin səmərəli təklifləri və töv-
siyələri vardır. Gözünün nurunu, qəlbinin işığını, 
elmi təfəkkürünü və zəkasının mayasını tələbələ-
rinə, magistrlərinə və yetirmələrinə verən Xəqani 
müəllim bu gün həqiqətən hamıdan daha çox 
xöşbəxt insandır, ona görə ki, onun yetişdirdiyi 
ləyaqətli kadrlar, yüzlərlə mütəxəssis Xəqani 


 
32
müəllimi özünün idеalı sanır, ona çox böyük sev-
gi və sayğılarla, hörmət və ehtiramla yanaşırlar. 
Əzizim Xəqani müəllim! Ömür dünyanızın 
müdriklik çağı olan 55 illik yübleyiniz mübarək 
olsun. Siz Azərbaycan xalqı üçün, minlərlə tələbə 
və tədqiqatçılar üçün zəngin irs yaratmısınız. Si-
zin bu zəngin irsinizdən neçə-neçə insanlar istifa-
də edəcək, öyrənəcək, faydalanacaq və ömrünüzə 
Uca Tanrıdan xeyir-dua diləyəcəklər. Siz insanı 
ucaldan, həqiqətlərlə adamları yaşadan  şirin-şər-
bət arzularla xöşbəxt gələcəyə inanan bəşəri ide-
yalarla özünü ətrafdakılara sevdirən xeyirxah 
əməllərlə yaşayan və fəaliyyət göstərən gözəl bir 
insan, fədakar alim, Azərbaycan Müəllimlər Ins-
titutunun Ağcabədi filialını  cənnət məkanına çe-
virən təşkilatçı bir rəhbər, bizim üçün mehriban 
bir qardaş  və istəkli dostsunuz. Allahımız həmi-
şə köməyiniz olsun». 
 
Nuru MƏMMƏDOV, 
tarixi elmləri nаmizədi,dоsеnt, professor 
 
 
 


 
33
Tarix elmləri doktoru, professor, Azərbay-
can Müəllimlər Institutunun Ağcabədi filialının 
direktoru Xəqani Məmmədovu 30 ildən çoxdur 
ki tanıyıram. O, çox istedadlı tarixçi alim, gör-
kəmli elm xadimi və respublikamızda yaxşı tanı-
nan tədris təşkilatçılarından biridir.  
 Professor  X.Məmmədovun çoxsaylı mo-
noqrafiyaları, dərslikləri, dərs vəsaitləri və  tərtib 
etdiyi fənn proqramları var. Onun həmmüəllif ol-
duğu ümumtəhsil məktəblərinin XI sinifləri üçün 
tərtib  еtdiyi dərsliklərdən biri olan «Azərbaycan 
tarixi» kitabı 2000-ci ildən indiyənə kimi hər il 
təkrar nəşr olunur.  
Xəqani müəllimi mən çoxdan, Bakı Dövlət 
Universitetinin tələbəsi olduğum illərdən tanıyı-
ram. Sonralar tale belə gətirdi ki, 2007-ci ilə kimi 
həmin universitetdə bir yerdə  əməkdaşlıq etdik. 
Onun çox yaxşı insani keyfiyyətləri var. Onları 
saymaqla başa çatdırmaq olmaz. Professor Xəqani 
Məmmədovu nəinki respublikamızın, həm də xa-
rici dövlətlərin elmi pedaqoji ictimaiyyəti yaxşı ta-
nıyır.  Əsərləri xarici dövlətlərdə  dəfələrlə  nəşr 
olunub. Bir necə ixtisaslaşmış müdafiə şuralarının 


 
34
üzvü olub. Onun pedaqoji fəaliyyəti ilə elmi fəa-
liyyəti həmişə bir-birini tamamlayır. 
 Dağlıq Qarabağ  və Ermənistan- Azərbay-
can məsələlərində dаim prinsipal mövqe nümayiş 
etdirib. Ömrünün çox hissəsini şərəfli vətən tari-
ximizin çox zəngin və maraqlı bir dövrünü araş-
dırmağa həsr edib.  
Mən, Xəqani müəllimi həmişə ölkəmizdə 
həyata keçirilən bütün ictimai - siyasi proseslərin 
ön sıralarında görmüşəm. Bir dəfə  də olsa onun 
bədbin və ümüdsüz olduğunu görməmişəm. Xə-
qani müəllimi bir də ona görə sevirik ki, o, dəhşət 
dərəcədə yaxşı  həmsöhbətdir, sədaqətli dostdur, 
qabiliyyətli və həssas insandır.  
Sonda çox qiymətli bir məsələni də qeyd et-
mək yerinə düşərdi. Professor X.Məmmədovun 
həyatda çox qiymətli bir nailiyyəti də var. Bu 
onun ailədə  cəmiyyətimiz üçün, xalqımız üçün 
çox gərəkli olan övladlar tərbiyə edib, boya-başa 
çatdırmasıdır. Özü kimi xanımı da, övladları da 
xalqımız və dövlətimiz üçün strateji cəhətdən çox 
qiymətli olan sahələrdə çalışmaqla insanların və 
cəmiyyətimizin sağlamlığı keşiyində dururlar. Heç 
şübhəsiz ki, professor X.Məmmədovun çoxillik 


 
35
səmərəli elmi-pedaqoji fəaliyyətinin tükənməyən 
enerji mənbələrindən biri də  məhz onun sağlam 
ailə mühitinə malik olmasıdır.  
 Ömrünün zirvəsində durub, onun keçmiş 
və gələcək günlərinə baxan Xəqani müəllimə çox 
böyük nailiyyətlər və xoşbəxtliklər arzulamaq 
olar. Mənim arzum isə budur ki, qəlbində hansı ar-
zuları varsa həmin arzularına çatsın və bu arzula-
rın içərisində Azərbaycanımızın  ərazi bütövlüyü-
nün qeyd ediləcəyi qələbə günündə Xəqani müəl-
limlə həmin təntənədə olmağı arzulayıram».  
 
Nadir İSMAYILOV, 
BDU-nun kitabxanaçılıq      
və informasiya fakültəsinin dosenti 
 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə