Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 
47
rəfindən qovulması, XX yüzilliyin Xocalı soyqı-
rımı, saysız-hesabsız erməni terror və zorakılıqla-
rı, dünya və respublika əhəmiyyətli minlərlə tari-
xi, dini abidələrimizin erməni vandalizminin qur-
banına çevrilməsi və tariximizin digər müasir ak-
tual məsələləri.  
Bu əsərlər içərisində «Azərbaycan milli hə-
rəkatı», «Aydınlarımızın istiqlal mücadiləsi», 
«Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm 
və  mədəniyyət sahəsində  fəaliyyəti», «Azərbay-
can xalqının milli istiqlal mübarizəsi», «Türkiyə-
də  və Azərbaycanda erməni millətçilərinin cina-
yətləri», «Erməni iddiaları  və azərbaycanlıların 
soyqırımı» adlı monoqrafiyalar, dərsliklər və dərs 
vəsaitləri xüsusi yer tutaraq Azərbaycanda milli 
azadlıq hərəkatının XIX yüzilliyin sonunu və XX 
yüzilliyi bütövlükdə əhatə edən geniş bir dövrün 
siyasi və tarixi salnaməsini özündə əks etdirir.  
 Mən, Xəqani müəllimi Bakı Dövlət Uni-
versitetində birgə təhsil aldığımız illərdən tanıyı-
ram. O, çox az bir vaxtda nəinki müəllimlik etdi-
yi fakültələrin, bütövlükdə çoxsaylı universitet 
kollektivinin dərin hörmət və ehtiramını qazan-
mışdı. Həyat səhifələrini vərəqlədikcə gözlərimiz 
önündə bir insanın mənalı və işıqlı ömür simfoni-
yası daha aydın canlanır:  


 
48
Məmmədov Xəqani Məmməd oğlu 1954-
cü ilin adi yaz günlərinin birində Qədim Qarabağ 
torpağının səfalı guşələrindən biri olan Ağcabədi 
şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 
O, 1970 -ci ildə indiki Bakı Dövlət Universiteti-
nin tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə 
həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, 
1975-1979-cu illərdə təyinatla Ağcabədinin 1 və 
7 saylı şəhər məktəblərində öz ixtisası üzrə müəl-
limlik etmişdir. Təhsilini artırmaq məqsədi ilə 
1979-cu ildə Bakı Dövlət Universitetinin əyani 
aspiranturasına daxil olur və 1982-ci ildə aspiran-
turanı müvəffəqiyyətlə bitirərək universitetdə ix-
tisası üzrə müəllim vəzifəsində saxlanılır. Ona 
əziz və doğma olan bir kollektivdə, özü də vaxti-
lə ona bu fakültədə  dərs demiş respublikamızın 
tanınmış tarixçi alimləri ilə birlikdə işləmək xoş-
bəxtliyi nəsib olmuşdur. Sağlam mənəvi psixoloji 
mühit universitetdə işlədiyi illərdə Xəqani müəl-
limin həm elmi, həm pedaqoji, həm də dünyagö-
rüşünün formalaşmasında xüsusi bir mərhələ təş-
kil edir.  
Yorulmadan gecəli - gündüzlü apardığı çox-
illik səmərəli elmi işlərin nəticəsi olaraq 1985-ci 
ildə namizədlik, 1998-ci ildə isə «Azərbaycanda 
maarifçilik və milli hərəkat» (XIX əsrin sonları-XX  əsrin 
əvvəlləri) mövzusunda doktorluq dissertasiyası müda-


 
49
fiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi al-
mışdır. 
Nəinki yazıldığı dövrdə, indinin özündə  də  və 
bundan sonra da bu əsər öz əhəmiyyətini heç vaxt itir-
məyəcək. Dissertasiyanın avtoreferatında tədqiqatın 
elmi yeniliyi haqda deyilir: «Dissertasiyada ilk dəfə 
olaraq Azərbaycan milli hərəkatının təkamül tarixi iz-
lənilmiş, hər bir məsələnin özünəməxsus xüsusiyyət-
ləri səciyyələndirilmişdir. Buna görə də tədqiqat işin-
də Azərbaycanda maarifçilik və milli hərəkatın ana-
dilli mətbuat uğrunda mübarizəsindən başlanmış, 
Azərbaycan Xalq Cümhuriyyətinə qədər keçib gəldiyi 
çətin, mürəkkəb və  zəngin təkamül prosesi mərhələ-
lərlə izlənilmişdir. Bu fundamental tədqiqat işinin 
məqsəd və vəzifələri isə müəllif tərəfindən aşağıdakı 
kimi müəyyənləşdirilmişdir: Azərbaycanda maarifçi-
lik və milli hərəkat tarixinin ardıcıl, sistemli şəkildə 
öyrənilməmiş XIX yüzilliyin sonları-XX yüzilliyin 
əvvəllərini əhatə edən dövrün araşdırılması, Azərbay-
can milli hərəkatının  əsasını  təşkil edən milli - de-
mokratik partiyaların və müsəlman təşkilatlarının for-
malaşması  və  təkamülü prosesini işıqlandırmaq, 
Azərbaycan dövlətçiliyinin yaranmasının zəmini olan 
tarixi-siyasi hadisələri təhlil etmək, milli hərəkat tari-
xinin təkamül prosesini izləmək, milli təkamül tarixi-
nin əsas mərhələlərini müəyyənləşdirmək, milli hərə-
kat tarixinin spesifik xüsusiyyətlərini ardıcıl sistem-
ləşdirmək və  əsas təkamülünü üzə  çıxarmaq, Azər-
baycan tarixşünaslığında problemin tədqiqi ilə bağlı 


 
50
yazılmış  əsərləri ümumiləşdirərək onlara münasibət 
bildirmək, sovet tarixşünaslığının bu dövrün tədqiqi 
ilə bağlı araşdırmalarının qüsur və yanlışlıqlarını kon-
septual  şəkildə üzə  çıxartmaq, işlənməmiş arxiv sə-
nədlərindən ilk dəfə istifadə etməklə yeni tarixi fakt-
ları və məxəzləri elmi dövriyyəyə daxil etmək. 
Həqiqətən də bu əsər yazılana qədər Azərbay-
can milli hərəkatı, onun ayrı-ayrı dövrləri və hadisələ-
ri barədə çoxsaylı əsərlər yazılsa da, nə sovet tarixşü-
naslığında, nə də onun tərkib hissəsi olan Azərbaycan 
tarixşünaslığında, məsələyə «sinfi mübarizə» mövqe-
yindən yanaşıldığından mövzuya konseptual milli ba-
xımdan yanaşılmamışdır. Lakin müəllifin yazdığı işin 
obyektiv nəticələri və ümummilli hərəkatdan bəhrə-
lənməsi dissertasiyanın elmi əhəmiyyətini daha da ar-
tırmış və bunun nəticəsində bu tədqiqat işi bəhs olu-
nan mövzu üzrə ən etibarlı mənbə kimi gələcəkdə ya-
zılacaq tədqiqat işləri üçün örnək rolunu yerinə yetir-
məkdədir. 
 Dissertasiya  işinin rəsmi opponentləri olmuş 
Azərbaycanın görkəmli tarixçi alimləri, tarix elmləri 
doktorları, prof. T.Musayevanın, prof. S.Qarayevin və 
prof. X.Köçərlinin vaxtilə bu tədqiqat işinin vətən ta-
riximizin inkişafındakı  gələcək  əhəmiyyəti barədə 
söylədikləri müsbət fikirlər özünü artıq çoxdan doğ-
rultmuşdur.  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə