80
azərbaycanlıların öz dədə-baba yurdlarından deporta-
siyası, «erməni məsələsi necə yarandı?» və s. məsələ-
lərə aid çoxsaylı məqalələr və monoqrafiyalar xüsusi
mərhələ təşkil edir. Bu cəhətdən «Türkiyədə və Azər-
baycanda erməni millətiçilərinin cinayətləri», «Ermə-
ni iddialar və Azərbaycanlıların soyqırımı» monoqra-
fiyaları ermənilərin gerçək tarixinin öyrənilməsində
çox dəyərli tarixi faktlarla, arxiv materialları ilə zən-
gin, dünya kitabxanalarından əldə olunmuş ədəbiyyat-
lar əsasında yazılmış əsərlər olmaqla yanaşı, bu sahə-
də olan boşluğun aradan qaldırılmasında və Azərbay-
can tarixşünaslığında Dağlıq Qarabağ məsələsinin öy-
rənilməsində xüsusi əhəmiyyət kəsb edən əsərlərdən-
dir.
Professor X.Məmmədovun yaradıcılığının III
mərhələsində (1-ci mərhələ milli istiqlal, 2-ci mərhələ
milli müstəqilliyimiz və Azərbaycanın ərazi bütövlü-
yü, soyqırım, deportasiya və s.) kim olum?, nəyim
olsun?, nəyə nail olum?- sualları yox, həmişəki kimi
xalqımız üçün çox vacib olan Azərbaycanın ərazi bü-
tövlüyü, Bakı ilə Təbrizin və Irəvanın birləşməsi kimi
gələcəkdə görüləcək qlobal məsələlər düşündürür.
Bəli, adi bir insan ömrü yaşamış bu alim dü-
şüncələrinin milli azadlıq ideyalarından başlanan ya-
radıcılıq yolu Azərbaycan-türk xalqlarının soyqırım
faciələrini başı üzərinə qaldıraraq
81
dünya birliyini və beynəlxalq təşkilatları ittiham et-
məklə yanaşı böyük türk və Azərbaycan fatehlərinin
ruhları qarşısında borclu qalmamaq üçün milli birliyi-
mizin, ərazi bütövlüyümüzün qorunması qayğısına
qalır və bütün əsərlərində bu ideyanı ön plana çəkir.
Xəqani müəllimin əsərləri vasitəsilə yaxın keç-
mişdə olmuş iki erməni terroruna nəzər saldıqda nəyi
görürük?: «Daşnaksütyun», «hınçaq», «erməni azad-
lıq hərəkatı» və «Krunk (komitet revolsionnıy uprav-
leniya Naqornoqo Karabaxa sözlərinin baş hərflərin-
dən yaradılmışdır və ermənicə yayındırıcı mənası
«durna» deməkdir) təşkilatlarının Sumqayıt hadisələ-
rini törədərək, günahı azərbaycanlıların üstünə yıxma-
ları və buna cavab olaraq Xocalı qətliamını həyata ke-
çirtmələri.
Əvvəldə qeyd etmişdik ki, Xəqani müəllim pe-
daqoji sahədə də uzun illərdir ki, səmərəli fəaliyyət
göstərir. Bu cəhətdən o, tədris müəssisəsinin rəhbərin-
dən tələb olunan bütün keyfiyyətlərə malik bir şəxsiy-
yətdir, fəal ictimai xadim və tanınmış təhsil işçisidir.
O, rəhbərlik etdiyi Ağcabədi filialının maddi - texniki
bazasının gündən-günə möhkəmləndirilməsi, kadr po-
tensialının daha da tənzimlənməsi, mənəvi- psixoloji
mühitin pedaqoji cəhətdən daha da sağlamlaşdırılma-
sı, professor- müəllim heyətinin peşəkarlıq səviyyəsi
82
nin yüksəldilməsi və pedaqoji prosesin digər prob-
lemlərinin, yeni tədris plan və proqramlarının tərtibi,
mükəmməl dərslik və dərs vəsaitlərinin nəşr etdiril-
məsi, filial kitabxanasının fondunun yeni-yeni nəşr-
lərlə zənginləşdirilməsi, fakültə və kafedraların işinin
canlandırılması, təhsilin bakalavr və yenidənhazırlan-
ma mərhələsinə aid işlərin icrası və digər aktual prob-
lemlərinin həlli istiqamətində bütün bacarıq və im-
kanlarından maksimum istifadə etməklə həyata keçi-
rilməsi və s. problemin həll edilməsində bütün səy və
bacarığını əsirgəmir. Sürətlə inkişaf edən ali məktəb
təhsilinin qarşıya qoyduğu məsələlərin yerinə yetiril-
məsi onun şəxsi keyfiyyətləri ilə birləşəndə sanki bu
sahədə bir tamlıq yaranır. O, nüfuzlu və bacarıqlı təd-
ris təşkilatçısı, peşəkar tarixçi alim, xeyirxah, əzmkar,
ciddi və sonsuz sayda müsbət keyfiyyətlərə məxsus
fəal ictimai xadimdir.
Professor X.Məmmədovun fəaliyyət göstərdiyi
sahələrdən biri də onun elmi seminarlarda, elmi nəzə-
ri və praktik konfranslarda, tələbəlik illərindən indi-
yənə kimi respublikamızda və xarici dövlətlərdə
Azərbaycan tarixi və onun müxtəlif problemlərinə
həsr olunmuş tədbirlərdə etdiyi çoxsaylı çıxışları, mə-
ruzə və görüşləri təşkil edir. O, tarixə olub-keçmiş ha-
disələr kimi baxmağı xoşlamır. Ona görə də bir tarix-
çi pedaqoq
83
kimi dəfələrlə mədəni, ictimai, sosial, iqtisadi və siya-
si həyatımızın müxtəlif sahələrinə aid maraqlı fikirlər
söyləmiş və çox qiymətli əsərlər yaratmağa müvəffəq
olmuşdur.
Buna görə də professor X.Məmmədovun əsər-
lərinə təkcə respublikamızda deyil, həm də xarici
dövlətlərdə ciddi maraq göstərilir. Bu cəhətdən onun
Polşada nəşr olunan «Xudafərin», Isveçrədə nəşr olu-
nan «Araz» və Türkiyə Respublikasında nəşr olunan
«Azərbaycan» jurnallarında çap olunmuş əsərləri zə-
manəmiz üçün çox aktualdır.
Rəhbərlik etdiyi və rəsmi opponenti olduğu
çoxsaylı dissertasiya işlərinə elmi və məntiqi əsaslarla
zəngin olan çox dəyərli elmi pedaqoji təhlil verməklə
yanaşı, hər bir iddiaçının fikirlərini, qarşısında qoydu-
ğu məsələləri təhlil etmək üçün gənc mütəxəssislərə
diqqət və qayğı ilə yanaşmış, onlarda özünə inam his-
si kimi vacib bir keyfiyyətin formalaşmasına nail ol-
maqla bərabər, bu sahədə etibarlı rəhbər, yeri düşdük-
də təcrübəli tərəfdaş, həlim, qayğıkeş və mehriban
müəllim kimi fəal həyat mövqeyi tutmuşdur.
Bir cəhəti də qeyd etmək vacibdir ki, Azərbay-
canda XX yüzilliyin 90-cı illərindən başlanan milli
azadlıq hərəkatımızın iştirakçılarından biri də Xəqani
müəllim özü olmuşdur. Başqalarına tam aydın olma-
yan bu məsələlərin
Dostları ilə paylaş: |