84
siyasi, tarixi köklərini dərindən bilən Xəqani müəllim,
əslində milli istiqlalın mərkəzində duraraq onu təşkil
edən və istiqamətləndirən qeyrətli vətən oğullarından
biri olmuş, vətəni qarşısında bu kiçik xidmətlərini heç
yerdə dilinə belə gətirməmişdir. Əslində isə onun içə-
risində alovlanmağa başlayan milli azadlıq duyğuları-
nın həqiqətə çevrildiyi bir dövrdə bu sahədə kifayət
qədər araşdırmalar aparmış və milli istiqlalın son nəti-
cəsi olan müstəqilliyə aparan mübarizə yolunda bütün
bilik, bacarıq və səylərini qoyaraq canından keçməyə
hazır olan vətən fədailərindən biri olmuşdur. Məhz
buna görədir ki, ümummilli liderimiz Heydər Əliye-
vin tapşırığına əsasən ümumtəhsil məktəblərinin XI
sinifləri üçün yeni «Azərbaycan tarixi» dərsliyinin ya-
zılması məsələsi gündəmə gələndə bu işə cəlb edilən
seçilmiş tarixçi alimlərdən biri də məhz Xəqani müəl-
lim olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün və Dağlıq
Qarabağın erməni işğalından azad olacağı günü gör-
mək arzusu Xəqani müəllimin əbədi arzularından biri
olaraq bu gün də tam qüvvədə qalmaqdadır. O, rəh-
bərlik etdiyi filialın pedaqoji kollektivi ilə tez-tez cəb-
hə bölgələrində olur, zabit və əsgərlərlə görüşlər keçi-
rir. Onlara mənəvi dayaq olur, gənclərdə düşmənə
nifrət hissi tərbiyəsi aşılayır ki, bu da günümüzün ən
vacib məsələlərindən biridir.
85
Azərbaycanın görkəmli tarixçi alimləri tərəfin-
dən yüksək qiymətləndirilən «Erməni iddiaları və
Azərbaycanlıların soyqırımı» əsəri onun müəllifinin
bu sahədə uzun illər apardığı səmərəli elmi tədqiqat
işinin nəticəsi də hesab etmək olar. Çünki XIX- XX
yüzilliklərdə tarixin səhifələrinə çıxarılmış «şərq mə-
sələsi», «erməni vilayəti», «erməni məsələsi», sonda
isə «Qarabağ problemi» adı ilə daxil olmuş türk və
Azərbaycan xalqlarına qarşı yönəldilmiş erməni qa-
niçənləri tərəfindən törədilmiş cinayət hadisələri, soy-
qırımları, terror və zorakılıqlar, qətl və deportasiyalar,
tarixi sübuta heç bir ehtiyacı olmayan təkzibolunmaz
faktlar və sənədlər əsasında araşdırılaraq zəmanəmiz
və gələcək tariximiz üçün çox vacib olan elmi nəticə-
lər və tezislər, sanballı məlumat-informasiya mənbəyi
yaradılmışdır. Əsərdə tarixi həqiqətlərin araşdırılması
10 bölmədə belə bir ardıcıllıqla verilmişdir:
- tarixi həqiqətlər faktlar və rəqəmlərin dili
ilə, erməni millətçilərinin Azərbaycan xalqına qarşı
əsassız iddiaları, erməni məsələsi necə yarandı, XX
yüzilliyin əvvəllərində erməni faşistlərinin Azərbay-
cana qarşı təcavüzü, uydurma erməni soyqırımı» və
həqiqi tarixi reallıqlar, ermənilərin azərbaycanlılara
qarşı 1918-ci ilin mart ayında törətdikləri soyqırım
hadisələri, Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngə-
zur bölgəsində erməni millətçilərinin 1918-1920-ci il
86
lərdə törətdikləri terror və cinayətlər, 1948-1953-cü
illərdə azərbaycanlıların dədə-baba yurdu olan indiki
Ermənistan ərazisindən deportasiyası onun dəhşətli və
acı nəticələri xüsusi ardıcıllıqla araşdırılaraq tarixi
analitik və müqayisəli təhlil edilir və sözün əsl məna-
sında «böyük ermənistan» yaratmaq iddiasının boş bir
xülya olduğunu oxuculara tarixi faktlar və arxiv sə-
nədləri ilə çatdırır. Monoqrafiyada ilk dəfə olaraq
müəlliflər belə bir tarixi hadisəni təsdiq edərək bildi-
rirlər ki, məlum «Qanlı yanvar faciəsi» də (1990-cı
il), sonrakı «Xocalı faciəsi də (1992-ci il) ermənilərin
rus imperiyasının xeyir-duası və köməkliyi ilə üçyüz
ilə yaxın bir dövrdə azərbaycanlılara qarşı yönəldil-
miş kütləvi qırğın ssenarilərinin növbəti mərhələsi ol-
muşdur. Monoqrafiyada verilmiş tarixi təhlillərdən
aydın olur ki, müasir dünya siyasətinin şahmat fiqur-
larından biri olan və bütün beynəlxalq qanun və kon-
vensiyalara zidd olaraq Azərbaycanda süni yolla,
məqsədli şəkildə yaradılmış Ermənistan - Azərbaycan
və Dağlıq Qarabağ məsələsi təkcə ermənilərin işi yox,
həm də cənubi Qafqazda özünə dayaq nöqtəsi axtaran
bir çox dünya dövlətlərinin birgə işinin nəticəsidir.
Doğrudur, BMT də AŞPA da, ATƏT də, Avropa bir-
liyi də bu məsələlərə öz münasibətini dəfələrlə bildir-
mişdir, lakin hələ də münaqişənin həlli istiqamətində
87
real nəticələr yoxdur və dünya ictimaiyyəti də bu mə-
sələyə göz yumur.
Monoqrafiya hazırlanarkən ümummilli lideri-
miz Heydər Əliyevin tariximizin yazılması, öyrənil-
məsi və təbliği üçün söyləmiş olduğu aşağıdakı bu
fikri əsas götürülmüşdü: «Tariximiz bizim üçün dərs
olmalıdır və biz Azərbaycan tarixinin bütün səhifələ-
rinə işıq salmaq, tariximizi bugünkü və gələcək nəsil-
lərə daha da geniş anlatmaq, xalqımızın tarixini doğ-
ru, düzgün və obyektiv həqiqətlərə uyğun dünyaya
çatdırmaq üçün çox iş görməliyik».
Respublika Təhsil Nazirliyi tərəfindən bu əsə-
rin dərs vəsaiti kimi istifadəsinin tövsiyə olunması bir
daha onun elmi metodiki cəhətdən çox sanballı bir
əsər olduğuna dəlalət edir. Əsərdə verilmiş hadisələ-
rin tarixi şəbəkəsinin genişliyi bir də onunla əhəmiy-
yətlidir ki, müəllif Qarabağın beşminillik tarixi bir
dövrünü araşdırarkən antik və müasir dünya alimləri-
nin qərərsiz və obyektiv fikirlərindən bəhrələnərək
keçmiş sovet alimlərinin, erməni əsilli yalançı tədqi-
qatçıların əsərlərindəki qərəzli fikirləri təkzib edə-edə
onlara çox tutarlı cavablar verilmişdir. Qeyd etmək
yerinə düşər ki, bu əsərdə ilk dəfə olaraq ermənilərin
azərbaycanlılara və türklərə qarşı üçyüzillik əsassız
iddialarının ideoloqu olan erməni kilsələrinin və din-
darlarının fəaliyyətindən də ətraflı bəhs olunmuşdur.
Dostları ilə paylaş: |