Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

 
68
 
lığında ilk dəfə olaraq professor X.Məmmədovun tə-
şəbbüsü ilə elmi dövriyyəyə daxil edilmişdir.  
  Məlumdur ki, uzun illər, xüsusi ilə də keçmiş 
sovet rejimi dövründə xalqımızın istiqlal mübarizəsi-
nin öndərləri, onların həyat və fəaliyyətləri ayrıca təd-
qiqat işinin obyekti olmamış,  əksinə, bəzi yazılarda 
onlara «xalq düşmənləri», «pantürkist», «panisla-
mist», «burjua millətçi» « adları verilərək ictimai qı-
naq yerinə çevrilmişlər. Həyatlarını öz xalqının xoş-
bəxt gələcəyi uğrunda əsirgəməyən bu insanların hə-
yat və fəaliyyətlərinin öyrənilməsi XX yüzilliyin 90-
cı illərindən sonra başlanmış və bu tədqiqat işi müəlli-
fin Azərbaycanın ictimai fikrinə həsr olunmuş ən gör-
kəmli əsərlərdən biri kimi qiymətləndirilir. 
 Müəllifin fikrincə «Aydınlarımızın istiqlal 
mücadiləsi» əsərinin sonunda göstərilir ki, XIX yüzil-
liyin sonları - XX yüzilliyin əvvəllərində «Azərbay-
can milli hərakatında ziyalıların rolunun tədqiq edil-
məsi, istiqlal mübarizəsinin liderləri  Ə.Hüseynzadə-
nin,  Ə.Ağaoğlunun,  Ə.Topçubaşovun, M.Rəsulzadə-
nin və digər siyasi xadimlərin həyatlarının və ictimai 
siyasi fəaliyyətlərinin öyrənilməsi... bu böyük tarixi 
şəxsiyyətlərin çox zəngin, ictimai, siyasi, elmi- publi-
sistik fəaliyyətlərinin tədqiq edilməsi həm tariximizin 
«ağ səhifələri»nin öyrənilməsinə xidmət  


 
69
 
edəcək, həm də onların zamanın və məkanın hüdudla-
rını  aşan irsinin öyrənilməsi tarix elmimizin milli--
məfkurə  işığında obyektiv təhlil edilməsində örnək 
rolunu oynayacaqdır».  
 Doğrudan da yaxın keçmiş və müasir reallıq-
lar müəllifin bu fikirlərinin nə qədər doğru olduğunu 
bir daha təsdiq etdi. Çox qısa bir vaxtda nəinki tarixçi 
alimlər, hətta ictimai elm sahələrinin başqa tədqiqat-
çıları tərəfindən də bu tarixi şəxsiyyətlərin ictimai-si-
yasi fəaliyyətləri, elmi-nəzəri və publisistik yaradıcı-
lıqları, bütövlükdə onların maarifçilik ideyaları tədqiq 
edilib, hərtərəfli öyrənilərək yeni nəslə çatdırılması 
istiqamətində yüzlərlə elmi-tədqiqat işləri yazılaraq 
insanların istifadəsinə verildi. 
Professor X.Məmmədovun yaradıcılığında 
onun 2005-ci ildə nəşr etdirdiyi «Azərbaycan xalqının 
milli istiqlal mübarizəsi» (XIX yüzilliyin sonları - XX 
yüzilliyin  əvvəlləri.) adlı  əsəri də xüsusi yer tutur. 
Mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilən 
bu əsərin xalqımızın milli istiqlal mübarizəsinin öyrə-
nilməsi tarixində özünə məxsus yeri var. Azərbaycan 
tarixşünaslığında müəllif ilk dəfə olaraq bu əsərdə 
milli istiqlal mübarizəsini aşağıdakı kimi dövrləşdir-
məklə bu təkamülü belə bir ardıcıllıqla vermişdir: 
Maarifçilik, sosial - demokratçılıq, islamçılıq, türkçü-
lük və istiqlalçılıq.  


 
70
Əsərdə maarifçilik və anadilli mətbuatımızın 
yaradılmasından başlanan milli azadlıq hərəkatının 
inkişafı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma-
sınadək olan böyük milli azadlıq mübarizəsinin bütün 
dövrləri  əsaslı  şəkildə tutarlı elmi mənbələr  əsasında 
tam işıqlandırılmışdır. Bu əsərdə ilk dəfə olaraq 
X.Məmmədov Azərbaycan xalqının milli azadlıq hə-
rəkatını keçmiş sovet tarixşünaslığında verilmiş yan-
lış izahını elmi əsaslarla rədd etmiş  və bu səbəbdən 
ilk dəfə olaraq çoxsaylı arxiv materiallarını elmi döv-
riyyəyə cəlb etmək zəruriyyətinin öhdəsindən layiqin-
cə gəlməyə müvəffəq olmuşdur.  
Üç fəsildən ibarət olan bu əsər Azərbaycanda 
milli azadlıq hərəkatı tarixinin öyrənilməsinə  həsr 
olunmuş ilk obyektiv, sanballı elmi tədqiqat işlərin-
dən biri olmaqla Azərbaycan xalqının milli hərəkat 
tarixinin ilkin oyanış mərhələsi»ndən başlayaraq xal-
qımızın tarixdə öz müstəqilliyini ikinci dəfə elan etdi-
yi 1991-ci ilin 18 oktyabrına kimi olan dövrün tam el-
mi nəzəri təhlilini vermişdir. Doğrudur, müəllif Azər-
baycan milli azadlıq hərəkatını  əsasən aşağıdakı 3 
dövrə bölərək; 1875-1905-ci illər, 1905-1914-cü illər, 
1914-1918-ci illər üzrə  təsnifləşdirdiyini bildirsə  də, 
faktiki olaraq əsərin mətnindən öz əbədi və möhtəşəm 
bayrağı ilə dan yeri kimi dalğalanan ümummilli lide-
rimiz Heydər Əliyevin memarı  


 
71
 
olduğu müasir, müstəqil Azərbaycan Respublikasının 
bugünkü  əzəmət və vüqarı adamın gözləri önündə 
tam siması ilə canlanır.  
Tədqiqatlardan aydın olur ki, XXI yüzilliyin 
əvvəllərindən başlayaraq X.Məmmədovun elmi araş-
dırmalarında onun ikinci bir möhtəşəm yaradıcılıq is-
tiqaməti və yolu formalaşmağa başlayır. Bu da alimin 
xalqımıza qarşı ermənilərin  əsassız  ərazi iddiaları, 
Azərbaycanlıların və türklərin soyqırımları, deportasi-
yalar və digər məsələlərə həsr olunmuş sistemli yazı-
larının məntiqi nəticəsi kimi meydana gəlmişdir. 
«Türkiyədə  və Azərbaycanda erməni millətçilərinin 
cinayətləri» və «Erməni iddiaları və azərbaycanlıların 
soyqırımı»  əsərləri bu cəhətdən xüsusi elmi əhəmiy-
yətə malikdir. Qeyd etmək vacibdir ki, Azərbaycanın 
siyasi birliyi, suverenliyi və  ərazi bütövlüyünün qo-
runması, düşmənə, xüsusilə  də 300 ildən artıq xalqı-
mıza qarşı qənim kəsilmiş erməni cəlladlarının törət-
dikləri qanlı cinayətlərə gənclərdə nifrət hissi tərbiyə-
si bu əsərlərin əsas mahiyyətini təşkil edir.  
«Erməni iddiaları və azərbaycanlıların soyqırı-
mı» əsəri aşağıdakı problemlər üzrə işlənmişdir-tarixi 
həqiqətlər faktların və rəqəmlərin dili ilə, erməni mil-
lətçilərinin Azərbaycana qarşı əsassız iddiaları, ermə-
ni məsələsi necə yarandı, XX əsrin əvvəllərində ermə-
ni millətçilərinin  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə