Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 
51
 Elmi  fəaliyyəti ilə yanaşı zaman keçdikcə 
X.Məmmədov pedaqoji sahədə də müəyyən nai-
liyyətlər qazanmış  və bunun nəticəsində 2001-
2005-ci illərdə Bakı Dövlət Universitetinin 
«Azərbaycan tarixi» kafedrasının professoru və-
zifəsini tutaraq, elmi pedaqoji fəaliyyətini daha 
da genişləndirmişdir.  
Respublika ictimaiyyəti professor X.Məm-
mədovu təkcə tanınmış alim, yaxşı müəllim kimi 
deyil, həm də yaxşı tədris təşkilatçısı və qabaqcıl 
ali məktəb işçisi kimi tanıyır. O, Bakı Dövlət 
Universitetində  işləməklə yanaşı eyni vaxtda 
1996-2003-cü illərdə Bakı Biznes Universitetin-
də Beynəlxalq  Əlaqələr üzrə prorektor, «Huma-
nitar fənnlər» kafedrasının müdiri vəzifələrini də 
icra etmişdir. O, Dövlət İdarəçilik Akademiyası-
na dəvət olunur və 2005-2007-ci illərdə akademi-
yanın «Rəhbər kadrların ixtisasının artırılması» 
fakültəsinə dekan və eyni zamanda burada fəaliy-
yət göstərən Ixtisaslaşdırılmış Müdafiə Şurasının 
nəzdində olan Elmi seminara müvəffəqiyyətlə 
rəhbərlik edir.  
Bir qədər sonra onun təhsil sahəsindəki pe-
şəkar fəaliyyətini və bu sahədəki səriştəsini nəzə-
rə alan Azərbaycan Respublikasının Təhsil Na-
zirliyi 2007-ci ilin oktyabr ayında professor 


 
52
X.
Məmmədovu Azərbaycan Müəllimlər Institutunun 
Ağcabədi filialına direktor vəzifəsinə təyin edir.  
Qeyd etmək yerinə düşər ki, Ağcabədi Rayon 
İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutmuş bu təyi-
nat rayon ictimaiyyətinin və ziyalılarının böyük rəğ-
bətinə səbəb oldu. Filiala rəhbərlik etdiyi qısa bir za-
manda uzun illər bu sahədə qazandığı  təcrübə onun 
köməyinə gəlir və bunun nəticəsi kimi tez bir zaman-
da filialın maddi-texniki bazasını  və  təlim-tərbiyə 
prosesini müasir tələblər səviyyəsinə qaldırmağa nail 
olur.  
Filialda mənəvi- psixoloji cəhətdən görülmüş 
çox qiymətli olan işlərin nəticəsidir ki, filialın profes-
sor- müəllim heyətindən bir nəfər ölkə Prezidenti cə-
nab Ilham Əliyevin sərəncamı ilə «Tərəqqi medalı» 
almış, bir nəfərə isə Təhsil Nazirliyi tərəfindən «Qa-
baqcıl təhsil işçisi» döş nişanı verilmişdir. Aparılan 
məqsədyönlü işlərin nəticələrindən biri kimi bu müd-
dət ərzində pedaqoji prosesdə, ali təhsilli gənc mütə-
xəssislərin formalaşmasında, filialın kadr potensialı-
nın möhkəmləndirilməsində və onların seçilib yerləş-
dirilməsində, yerinə yetirilən elmi işlərin keyfiyyəti-
nin daha da yaxşılaşdırılmasında, filialın maliyyə - tə-
sərrüfat fəaliyyətinin yenidən qurulmasında, istilik 
sisteminin müasir avadanlıqlarla təchiz edilərək işə 
salınmasında, kitabxana fondunun yeni tədris ədəbiy-
yatı ilə zənginləşdirilməsində
  


 
53
və bütövlükdə ali məktəb həyatının digər sahələrini 
də əhatə edən çoxlu nailiyyətlər qazanılmışdır. 
 Fəxrlə qeyd etməliyik ki, bəhs olunan dövrdə 
qazanılmış ümumi nailiyyətlərin içərisində X.Məm-
mədovun özünəməxsus elmi pedaqoji nailiyyətləri də 
az deyildi. Onun qələminin məhsulu olan 15-dən çox 
monoqrafiyanın 4-ü, 100-dən çox elmi məqaləsinin 
20-si məhz son 3 ilin payına düşür.  
O, elmi - pedaqoji fəaliyyətə başlayandan indi-
yə kimi tarixçi alimlərin yetişdirilməsi məqsədi ilə bir 
neçə aspirant və dissertanta elmi rəhbərlik etmiş, 30-a 
kimi namizədlik və doktorluq dissertasiyası üzrə rəs-
mi opponent, 90-a qədər dissertasiya işinə rəy vermiş, 
monoqrafiya və  dərs vəsaitlərinin elmi redaktoru ol-
maqla bu istiqamətdəki işini indi də davam etdirir. O, 
Azərbaycanda və xaricdə nəşr olunan bir neçə jurnal-
ların redaksiya heyətinin və alimlik dərəcəsi verən 
müdafiə şuralarının üzvüdür.  
Respublikanın elmi ictimaiyyətinə yaxşı  mə-
lumdur ki, professor X.Məmmədovun çoxşaxəli elmi 
pedaqoji yaradıcılığında dərslik, dərs vəsaitlərinin və 
tədris proqramlarının yazılması  və  tərtibi də xüsusi 
bir yer tutur. Bunların içərisində alimin Azərbaycanın 
tanınmış digər tarixçi alimləri ilə birlikdə həmmüəllif 
olduğu ümumtəhsil  


 
54
məktəblərinin 11-ci sinfləri üçün yazılmış «Azərbay-
can tarixi» (Bakı, 2000) dərsliyinin xüsusi yeri vardır. 
Çünki bu dərslik birbaşa Azərbaycan xalqının böyük 
oğlu, bütün dünyada tanınmış ictimai-siyasi xadim, 
ümummilli liderimiz Heydər  Əliyevin göstərişi və 
rəhbərliyi altında yazılmışdır. Dərslik indiyə kimi hər 
il təkrar nəşr edilərək «Çox zəngin, mürəkkəb və zid-
diyyətli hadisələrlə, böyük uğurlarla dolu tariximizin 
1918-2003-cü illər dövrünün tədrisi və  mənimsənil-
məsində sözsüz ki, böyüməkdə olan nəslin milli özü-
nüdərk, vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri 
dəyərlər əsasında tərbiyə edilməsində» müstəsna əhə-
miyyətə malikdir.  
Bu dərslik quruluşuna görə 6 bölmə, 19 fəsil, 
58 paraqraf və 349 səhifədən ibarətdir. Elmi pedaqoji 
cəhətdən çox təqdirəlayiqdir ki, dərsliyin  əvvəlində 
və son səhifəsində ümummilli liderimiz Heydər  Əli-
yevin gənc nəslin təlim-tərbiyəsinə aid olan çoxsaylı 
müdrik fikirlərindən nümunələr verilmiş, dərsliyin ilk 
səhifəsində Ulu Öndərin gələcəyimiz olan gənclərin 
qarşısında qoyduğu vəzifə  aşağıdakı kimi müəyyən-
ləşdirilmişdir: «... İndi müstəqil Azərbaycanın hər bir 
gənci məktəbdə milli təhsil alaraq öz xalqının, milləti-
nin, qədim zamanlardan indiyə kimi olan tarixini gə-
rək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətəndaş 
ola bilməz. Əgər bunu bilməsə o, vətənini qiymətlən-
dirə bilməz. Əgər bunu bilməsə o,  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə