Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə9/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

 
18
sıdır. Bu baxımdan təlimi diferensiallaşdırarkən xüsusi təlimə ehtiyacı olan şagird-
lərlə iş texnologiyasının nəzərə alınması mühüm amildir.  
 
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Müəllim tərəfindən qiymətləndirmə meyarları  əsasında müəyyən təlim mərhələsi-
nin əvvəlində və sonunda şagirdin tədris materiallarının mənimsənilməsi üzrə irəli-
ləyiş səviyyəsi və digər nailiyyətləri barədə hesabatlar verilir. Məzmun standartları-
nın mənimsənilməsi istiqamətində,  əsasən, aşağıdakı qiymətləndirmə növlərindən 
istifadə olunur: 
1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Diaqnostik 
qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdiril-
məsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim 
strategiyalarının seçilməsinə xidmət edir. 
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bölmə və ya fəsillərin əvvəlində, şa-
gird başqa ümumi təhsil müəssisəsindən  gəldikdə, sinfi dəyişdikdə və digər zəruri 
hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı tə-
min etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən 
aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jur-
nallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.  
Diaqnostik qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə 
olunur: 
Üsullar 
Vasitələr 
Tapşırıqvermə Çalışmalar 
Müsahibə (şifahi 
yoxlama) 
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq 
hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama 
zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq) 
istədiyi məsələnin  yazıldığı vərəq) 
Valideynlərlə və digər 
fənn müəllimləri ilə 
əməkdaşlıq 
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və 
ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış 
vərəq) 
Vəsaitdə 6-cı sinif şagirdlərinin ilkin səviyyələrinin yoxlanmasını ümumi sorğu, 
müsahibə vasitəsilə aparmaq nəzərdə tutulur.  
2.  İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə).  Yeni məktəbdaxili 
qiymətləndirmənin  əsas mahiyyətini  formativ qiymətləndirmə təşkil edir. 
Yeni və  ənənəvi qiymətləndirmə arasında  əsas fərq gündəlik rəqəmli qiymətlərin 
yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagir-
din təlim nəticələrinə nail olması və nəticədə  summativ qiymətləndirmədə nailiy-
yət qazanmasına kömək məqsədilə aparılır.  
Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəm-
li qiymət almaq üçün deyil,  yaxşı nəticə göstərmək üçün  çalışır. Formativ qiymət-
ləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini 
və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və 
təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. 


 
19
Formativ qiymətləndirmədə  aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə 
olunur: 
 
Üsullar 
Vasitələr 
Müşahidə Müşahidə vərəqləri 
Şifahi sual-cavab 
Şifahi nitq bacarıqları  üzrə  qeydiyyat vərəqi 
Tapşırıqvermə Çalışmalar 
Valideynlərlə və digər fənn 
müəllimləri ilə əməkdaşlıq 
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki 
fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) 
Oxu 
Dinləmə üzrə qeydiyyat vərəqi 
Oxu üzrə  qeydiyyat vərəqi 
Yazı Yazı bacarıqlarının  inkişafı üzrə  qeydiyyat vərəqi 
Layihə 
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən 
olunmuş meyar cədvəli 
Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası 
Şifahi və yazılı təqdimat Meyar 
cədvəli 
Test Test 
tapşırıqları 
Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri 
 
Müəllim üçün metodik vəsaitdə  hər bir mövzunun sonunda qiymətləndirmə me-
yarları müəyyən olunmuşdur. Bu meyarlar hər mövzuda nəzərdə tutulan təlim 
məqsədlərinə  nə  dərəcədə nail olunduğunu qiymətləndirmək məqsədilə müəyyən 
edilir. Bu meyarlar kurikulum sənədinin tərkib hissəsi olan qiymətləndirmə stan-
dartlarına əsasən hazırlanmışdır. Praktik dərslərdə müəllim qiymətləndirməni apar-
maq üçün fəaliyyət tapşırığının nəticəsi olan iş vərəqlərini, yaxud fləş-yaddaşa ya-
zılmış faylı yoxlayır, dərsin digər mərhələlərində də bu meyarlara uyğun olaraq şa-
girdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.  
Müəllim hər mövzu üzrə tövsiyə olunan meyarlar üzrə aşağıdakı üsul və formalar-
dan istifadə etməklə qiymətləndirmə apara bilər.  
 
Müşahidəyə görə qiymətləndirmə. Müəllimin ibtidai siniflərdə formativ qiymətlən-
dirməni öz müşahidəsinə  əsasən aparması daha məqsədəuyğundur. Müşahidəyə 
görə bütün sinif üzrə formativ qiymətləndirmə aparmaq üçün belə  cədvəldən 
istifadə etmək olar: 
 
№ 
Şagirdin soyadı və adı 
M. 1 
M. 2 
M. 3 
Cəmi Nəticə Müəllimin qeydi 
1.  Əliyeva Zöhrə 2 



Yaxşı 
 
2. Ağazadə Orxan 




Orta 
 
 
Burada 1, 2, 3 qiymətləri meyarlar üzrə uyğun olaraq zəif, orta və yaxşı nəticələri 
göstərir. Ümumi qiyməti çıxarmaq üçün isə intervaldan istifadə etmək daha məqsə-
dəuyğundur; məsələn: 3–5 arası “Zəif”, 6–7 arası “Orta”,  8–9 arası isə “Yaxşı”. 
Fərdi özünüqiymətləndirmə.  Şagirdlər hər tədris vahidinin sonunda dərslikdə 
verilmiş “Ümumiləşdirici tapşırıqlar” səhifəsindəki tapşırıqları yerinə yetirir. Bu, 
müəllimin  şagirdlərə düzgün istiqamət göstərməsi üçün bir vasitədir. Formativ 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə