Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə69/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   65   66   67   68   69   70   71   72   ...   99

 
 
266
ça-parça  eliyim.  Mənim  qılıncıma  şahlar  şahının  əli  dəyif.  An-
cax fikrinnən çəkindi. Qadın üstündə özünü öymək iyiddiyə ya-
raşmaz. Qadına özünü göstərmək iyidə yaraşmaz. Ancax gəl bir 
bunu qılıxla, görək cadu nədi, piti nədi, şahmar nədi? Aldı görək 
Qoç Koroğlu nə deyir, biz diyək, siz şad olun. 
Qələm alıb yazammaram, 
Bu cəbrə mən dözəmmərəm. 
Yer üzündə gəzəmmərəm, 
Dünya mana dar görünör. 
–  Ayə,  zalım  oğlu,  zalım,  genə  ağlına  yaramaz  söz  gəl-
məsin. Vallahi, səni bunnan da pis günə sallam.  
Aldı Pərzad xanım: 
Pərzad deyir, tanı məni, 
Tərk etmişəm xanımanı. 
Şahmar ollam, çallam səni, 
Dünya sana mar görünər. 
Koroğlu gördü kü, qız dediyinnən dönmüjək, dedi: 
–  Ay  qız,  adam  balasısan,  məni  hövsələdən  çıxartma.  And 
olsun  Allaha,  əlimi  Misri  qılınca  atsam,  səni  iki  yerə  parçalı-
yaram. Tez torpağı arala, uşaxları çıxart, incitmə. 
Pərzad  xanım  baxdı  gördü  daha  sınax  bəs  eliyir,  bir  sehr 
oxudu, dəlilər torpax məngənəsinnən azad oldular. İlannar çəkil-
di,  dörd  yannarı  çiçəyə,  gülə  döndü.  Necə  də  eləməsin,  insan 
övladıdı.  Pərzad  xanım  az  qalıf  iyirmi  yaşa  çıxsın.  Həyatın 
quruluşu belədi.  
Koroğlu dedi: 
– Ay Pərzad xanım, sən yeddi qat yerin altında olsan da, gə-
nə  səni  tutub  gətirəjəm.  Qaçsan  da,  quş  oluf  uçsan  da,  nə  dona 
girsən də sənnən əl çəkən döyüləm. Mana ağa Koroğlu diyəllər. 
Çox  atım-atım  atılma.  Sən  hələ  Qırata  bələd  döyülsən.  Səni 
Qıratın dırnaxlarının altında tapdıyaram. Nə qədər qaşsan, mən-
nən qutara bilməzsən. 


 
 
267
Qız  hərrəndi,  bir  ceyran  libasına  girdi,  anardan  bəri  dönüf 
Koroğluya  doğru  baxanda  ceyran  nə  olar?  Ceyranın  gözəlliyi 
Koroğluyu mat elədi. Bir xeyli baxannan sonra dedi: 
– Bu  insan övladıdı, bunu qovmaxnan  nə çıxar?  Diyijəhlər 
Koroğlu bu qızın başına bu işi gətirif, qızı tapdıyıb. Gəl incitmə 
zən
1
  əhlini.  Çünki  zən  əhlini  incitdikcə  sənnən  zən  əhlinin 
zəhləsi gedər. Zən əhliyi qılıxlamax yaxşıdı. Koroğlu dedi: 
–  Ay  bala,  bir  mana  yaxın  gəl  gör  nə  oxuyuram.  Yönünü 
Çənlibelə  doğru  çöyürüf  görək  “Sarıtel”  havasına  nə  deyəjəh, 
biz diyəh, inşallah, siz şad olasınız. 
Yönü bəri duran dağlar, 
Ellər səni bəzər bir gün. 
Bir üzü bənövşəli bağlar, 
Yarım səndə gəzər bir gün. 
Koroğlu gördü kü, bəyax ceyran livasına girif özünü ceyran 
göstərən  xanım  anardan  bəri  gəler,  ancax  insan  libasında  gəler. 
Koroğluya yaxınnaşer. Nətəər olmasa da insandı. İnsan duyğusu 
var,  insan  düşüncəsi  var.  Telli  sazın  səsini  eşidif  mat-məətəl 
qalan  Pərzad  xanım  qulaq  aser.  Koroğlu  aldı  görək  burda 
ikinciyi nejə deyir, biz deyək, siz eşidin inşallah. 
Hər iyiddə olmaz hünər, 
Od olmasa ojax sönər. 
Dövlətdidən dövlət dönər, 
Ağıl başdan itər bir gün. 
Baxıf  gördü  kü,  bəyax  qaçan  qız  lap  yaxın  gəldi.  Özü  də 
insan  libasında,  gözdəri  də  yaşarıf.  Koroğluya  boylaner.  Aldı 
görək Qoç Koroğlu nə deer: 
Koroğlu Çənlibellərdə, 
Qalmışam fitnə-fellərdə. 
Mən ölsəm qürbət ellərdə, 
Kim qəbrimi qazar bir gün. 
                                                             
1
 Zən əhli – qadın tayfası. 


 
 
268
Pərzad xanım lap yaxınlaşdı: 
–  Əgər  sən  Koroğlusansa,  bu  viranxana  düzdərdə,  bu 
dağlıxlarda nə gəzersən? Nə itirifsən?  
Koroğlu dedi: 
– Ay Pərzad xanım, dərdsiz aşığın ağladığını heç görüfsən-
mi? Axı mənim böyük dərdim var. O dərdin əlacı bircə səndədi, 
ona görə sənin yanına gəlmişəm.  
–  Əfəndim,  düzünü  de  görək,  sən  niyə  gəlifsən?  Sənin 
fikrin nədi, mən səni anlıyım. 
Bir daşın üstündə Pərzad xanım əyləşif gözdərini  Koroğlu-
nun  üzünə  zillədi.  Bəlli  Əhməd,  Eyvaz  xan,  o  birisi  dəli  bir-
birinə  sıxılıf  mat-məəttəl  qalıflar.  Bu  qadında  olan  şücaətə,  bu 
qadında  olan  hərəkətə  mətəl  qalıflar.  Görək  burda  Koroğlu 
götürüf nə başa salacax, biz diyək, siz həməşə şad olun, inşallah. 
“Quba kərəmi” qaydasında  Koroğlu Pərzad xanıma  nə deyəjəh, 
Pərzad xanım Koroğluya nejə fikir verəjək? 
Qız qulaxlarının ikisini də aşdı, gözünü də düz Koroğlunun 
gözünə zillədi.  
Qoç Koroğluyam, çıxdım dalannan, 
Ərzəmi götürdüm divanə gəldim. 
Xotyarın oğlunnan peyman eylədim, 
Fikrimi zay etdim, imana gəldim. 
– Yanı nətəəri? 
– Xanım, açıxlasam  böyük olajax. İnşallah, özün  görərsən. 
Niyə imana gəldiyimi sən biləjəksən. 
– Hansı xotyardı? Kimnən söhbət geder? 
Pərzad  gözünü  Koroğlunun  gözünə  zillədi.  Əmbə  Koroğlu 
gözünü  çöyürüf  Eyvaznan  Halaypozanın  üzünə  baxdı.  Gördü 
vallah, bir qız görəndə oynaxlıyan oğlannar indi elə bileynən ki, 
əsirdilər. Təmiz donuzdurub  bunnarı,  heç  irəngləri üstərinə gəl-
mer. Bəlli Əhməd də qılıncını yerə qoyuf mat-məəttəl boylaner. 
Onacan aldı Koroğlu: 
 


 
 
269
Bu dağların zirvəsinə varanda, 
Qılınc çəkif düşman bağrın yaranda. 
Samur qırağında məclis quranda, 
Mey içdim, məst oldum, məstana gəldim. 
– Ay iyid, düz danış, düz de. Çünki düzdük hər şeyi yenər, 
inşallah.  Məqsədini,  düzünü  deynən,  nəyə  gəlifsən?  Nədi  işin 
mənnən? 
– Qulaq as, bala: 
Koroğluyam, sözüm qırma, küsərəm, 
Bir yel oluf dağ başında əsərəm. 
Getməsən də bil başını kəsərəm, 
Səni aparmağa Mərvana gəldim. 
Koroğlunun  belə  yumşax  göynəməyi  Pərzad  xanımın  çox 
xoşuna  gəldi.  Pərzad  xanım  elə  bileynən  on  ildi  Koroğlunun 
yanında mehtərriy eliyif. Lap yaxınnaşdı: 
– O ki  məni aparajaxsan, söylə görüm kimə aparajaxsan, a 
Koroğlu? 
Ancax  hərdən-hərdən  Eyvazın  üzünə  baxer.  Çünki  Eyvaz 
buna ləyax oğuldu. 
Koroğlu  gördü  kü,  Pərzad  xanımın  əhvalı  özündə  döylü, 
bəyaxki cadu-pitikdən də əsər-əlamat yoxdu. Dedi: 
– Qulaq as gör nə deyirəm. 
Aldı  görək  nə  diyijək,  biz  diyək  inşallah,  siz  şad  olun. 
“Bağdad dubeytisi”ynən görək necə dedi. 
Ovçu olan ovun izlər, 
Dur varax bizim ellərə. 
Ağcaquzu yolun gözdər, 
Dur, varax bizim ellərə. 
Pərzad  xanım  Ağcaquzu  adını  eşidəndə  bir  xeyli  diksindi. 
Dedi: 
–  Koroğlu,  Ağcaquzu  hara,  sən  hara?  Ağcaquzu  Hasan 
paşanın oğlu, hancarı siz dost oldunuz?  
Dedi: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə