Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə70/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   66   67   68   69   70   71   72   73   ...   99

 
 
270
– Xanım, ajığın tutmasın, qulaq as. 
Gözəl xanım, olma naşı, 
Nə gəzersən dağı-daşı? 
Ağcaquzu qoşun başı, 
Dur, varax bizim ellərə. 
Pərzad xanım dedi: 
–  Koroğlu,  o,  hansı  qoşunun  başçısıdı?  O  necə  qoşuna 
başçılıx eliyer? 
Koroğlu dedi: 
– Qulaq as, gör dünyada nələr olajax, nələr var. 
Aldı görək Koroğlu birin də: 
Sona tərk etməz gölünü, 
Xoryada verməz telini. 
Koroğlunun öz gəlini, 
Dur, varax Çənlibellərə. 
Pərzad xanım mat qalıf: 
– Bu nə işdi? Ağcaquzu hara, Koroğlu hara? Koroğlu, o ki 
sən  məni  özünə  gəlin  kimi  aparajaxsan,  onda  gedərəm.  Əmbə 
onu  bil  ki,  Ağcaquzu  sən  deyən  kimi  iyid  olmasa,  onda  zəhər 
içif özümü tələf eliyərəm. 
Koroğlu dedi: 
–  Bala,  heç  darıxma,  Pərzad  xanım.  Mana  Qoç  Koroğlu 
deyəllər.  Mən  səni  zornan  da  aparardım.  Əmbə  bilerəm  ki,  sən 
zor  işlədiləsi  qız  döyülsən.  Hər  şey  sənin  ürəyincə  olacax.  Bu 
günnən mən sənin qaynatanam.  
Eyvaz atdan endi, Pərzad onun atına  mindi. Üzü  dağ aşağı 
yola  başdadılar. Eyvaz atın  yüyəninnən  yapışıf özü payi-piyada 
geder,  Bəlli  Əhməd,  Halaypozan,  Koroğlu  atın  belində,  Pərzad 
xanım Koroğlunun əlinnən gözünü çəkmer. 
– Bala, deyən sənin mana deyəcəyin sözün var. Bir onu de.  
– Qoç Koroğlu, bax o sənin əlindəki sazı istiyirəm.  
– Ay bala, oxumax haçan fikrinə gəlif? 


 
 
271
–  Yox,  sənin  Koroğluluğun  bir  idisə,  o  sazın  eşqi,  o  sazın 
səsi  doğrudan  da  məni  o  yola  gətirif.  Mənim  cadumu  o  saz 
pozdu. 
Koroğlu mat-mətəl qaldı. 
– Eşq olsun, Aşıx Cünun. 
Vaxtikən  Aşıx  Cunun  demişdi  “saz  cadu  qırar”.  Aşıx 
Cununun bu sözü Koroğlunun yadına gələn vaxtı dedi, qızım, bu 
saz  bu  günnən  sana  peşkəşdi.  Allah  qoysa,  ürəyin  nə  ister, 
çalarsan, oxuyarsan.  
Bəli, Pərzad xanım sazı əlinə alıf, sazın sinəsinnən öpdü. 
– Ağa Koroğlu, doğurdan da mana birinci həmdəm verdin. 
Gəlhagəl,  söylüyə,  danışa,  Ağ  qayıya  yaxınnaşan  vaxtı 
Koroğlu dedi: 
– Bəlli Əhməd, Eyvaz, Halaypozan, siz bax burdan beləsinə 
o  qoruxlardan,  o  gözəl  güllərdən  çəllək  düzəldərsiniz.  Pərzad 
xanımı, atını, elə bəziyərsiniz ki, görənnər desinnər doğurdan da 
xan  qızı  gəler,  toy  olor.  Ancax  mən  burdan  kəsə  yolnan  Ağ 
qayanın  altınnan  addıyıf,  Niyar  xanmı  muştuluxluyuf,  dəliləri 
sizin  pişvazınıza  göndərəjəm,  göndərəjəm  ki,  sizi  toynan,  zur-
noynan, çalğıynan aparsınnar. 
Sən  saydığını  say,  fələk  gör  nə  sayer.  Bir  az  aralaşdılar, 
bunnar  çəmənni,  çiçəkli  yerrərnən  əylənə-əylənə,  gül  dəstəsi 
yığa-yığa  getməhdə  olsun,  Koroğlu  Ağ  qayanın  altındakı  tək 
cığıra  çatan  vaxtı  gördü  kü,  qarşıda  bir  atdı  duruf.  Ancax  heç 
belə atdı buna rast gəlmiyif.  
Bir zaman Hasan paşanın ən istəkli tacirini Koroğlu al qana 
buluyuf  Niyar  xanımın  yanına  gətirən  vaxtı  Niyar  xanım 
Koroğluya belə bir atmaca demişdi: 
–  Ay  səni  Əliyə  rast  gələsən,  bu  yazığı  niyə  bu  hala  salıf-
san? Babayi-Əmirə rast gələsən. İnsan özünnən gücsüzü bu hala 
salarmı? Allah-taala varrıya var verif ki, yoxsula baxsın, yoxsula 
əl tutsun. Allah-taala güclüyə güc verer ki, gücsüzü güjdülərdən 
qorusun. 


 
 
272
Niyar  xanımın  dediyi  o  söz  Koroğlunun  yadına  tüşdü. 
Ancax  Koroğlu  vejinə  də  almadı.  Seviner.  Böyük  bir  mətləbi 
yerinə yetirif Koroğlu. 
Atdı  yolda  duror.  Ancax  Qıratın  nə  alt  yannan,  nə  üst 
yannan  addamağı  baş  tutmur.  İstəmer  atının  ayağı  xarav  olsun, 
bir ağızdan salamsız-kalamsız: 
– Ay mazarrat, yolu niyə kəsifsən? 
Həmən  atdı  heç  Koroğluya  əhəmiyyət  vermədi.  Heç  guya 
bunu  görmör,  eşitmer.  Koroğlu  bir  hündürdən  bağıran  vaxtı 
gördü kü, Qırat altında titrədi. Qırata bir zopa vurmax istiyəndə 
gördü  Qırat  tərpənmer  yerinnən.  Ayə,  bu  mazarrat  kim  idi 
mənim  yolumu  kəsdi?  Götürüf  görək  burda  nə  deyəjək,  biz 
deyək, siz şad olun, inşallah. 
Tatsan, kürdsən, nə millətsən, 
En atınnan, Əcəm oğlu. 
Yol kəsənsən, mazarratsan, 
En atınnan, Əcəm oğlu. 
Atın üstündəki dedi: 
–  Ayə,  ağlını  başına  yığ,  bu  nədi  salamsız-kalamsız  məni 
sən təhqir eleersən. Mən niyə atdan tüşməliyəm?  Niyə sana  yol 
verməliyəm? Bax o yannan gediynən. Dədeyin yolu ha döy? 
Koroğluyu  od  götürməsin,  neyləsin?  Koroğlu  nağayırma-
lıdı? Özünə bir zor verdi, birin də: 
Aslan kəsifdi qarşını, 
Axıdajam göz yaşını. 
İndi üzəjəm başını, 
En atınnan, Əcəm oğlu. 
Atdı  qımışdı.  Bu  qımışanda  Koroğlu  daha  da  dəli  olma-
dımı?!  Ayə,  deysən  bu  tufağı  dağılmış  məni  tanımer.  Gəl  adını 
buna  açeynan,  deynən  ki,  mən  Koroğluyam.  Yoxsa  bu  atdan 
tüşüf  eliyənə  oxşamer.  Məni  buranın  qoruxçusu  sayer.  Aldı 
görək Koroğlu nə deyer:  
 


 
 
273
Qoç Koroğlu mənəm, mənəm, 
Çətin dediyimnən dönəm. 
Əlimnən şikar vermərəm, 
En atınnan, Əcəm oğlu. 
– Ayə, Qoç Koroğlusan, bağışda məni, tanımadım. Elə bil-
dim buranın qoruxçusu-zadısan. Onunçun sana ajıxlandım ki, nə 
demək isteyirsən, ay Qoç Koroğlu? 
–  Atdan  tüş.  Gətir  atının  ciloyunu  bağla  mənim  atıma. 
Yanıma tüş Çənlibelə aparajam səni.  
– Ay Koroğlu, məni Çənlibelə nəyə aparersan? 
– Səni özümə ram eləmək istiyirəm. 
–  Ay  Koroğlu,  axı  mən  ram  olan  döyüləm.  Heç  kim  məni 
ram  eliyə  bilməz.  Əgər  atımı  istiyirsənsə  atdarı  sürəyə  qoyax. 
Sənin atın addıyar, mən atımı sana verrəm. Mənim atım addıyar, 
atını əlinnən alaram. Əyər iyidsənsə, düzdüyə əməl elə. 
Koroğlu dedi: 
– Baş üstə. 
Koroğlu elə biler Qıratdan ayrı at yoxdu.  
– Atımızı hardan sürək? 
Koroğlu dedi: 
– Bax bu qaratikənniyi, bu daşdığı görörsənmi? 
– Bəli. 
– Burdan baravarına Ağ qayıyı belə dolanax. Kim qavaxca 
mənim durduğum yerə gəlif çıxsa, o, qalib gəler.  
Koroğlu Qıratı mahmızlıyan vaxtı gördü ayə, bu at gözdən 
itdi.  Hələ  bunun  Qıratı  yerinnən  tərpənmiyif  bu  Ağ  qayıyı 
dolanıf buna qarşı gəler. 
–  Ayə,  bu  atı  bunun  əlinnən  alsam  pütün  dünya  mənim 
ayağımın altda olmiyajaxmı? 
Atdı yetirdi: 
–  Ağa  Koroğlu,  bəs  sən  atını  tərifliyirdin  ki,  sənin  atın 
mənimkini ötər. Nooldu? Atın heç yerinnən tərpənmədi?!  


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə